105
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
BŞ-ın hərbi proqramı, Polşa və Kolumbiya hökümətləri ilə işləyərək bu
Paktları onların əsas hərbi təhcizat proqramlarına tətbiq edirlər. Hərbi
Dürüstlük Paktları silah təhcizatı prosesinin ən ilkin mərhələlərində işə
başlamalıdır. Onlar geniş şəffafl ıq əldə etmək üçün imkanlar irəli sürür
və müqavilə sənədləşdirmələrini və nəzarəti təkmilləşdirir,həmçinin
qiymətləndirmənin mexanizmlərini, alınacaq avadanlığın texniki tələblərini
daha dolğun ifadə edir və nəticədə sərf olunan pula görə dəyərli avadanlıq
alınır. Hərbi Dürüstlük Paktları kimi vasitələrdən istifadə, başqa idarələr
və nazirliklər üçün də islahatlara getmək üçün katalizator rolunu oynayır.
Mənbə: Kolumbiyda Hərbi Dürüstlük Paktları ilə bağlı ətrafl ı məlumat üçün,bax: M.
Pyman, A. Waldron and L. Avelia, “Practical Implication of Defence Integrity Pacts.
Experience in Columbia” (2006); Transparencia por Co
lombia and Transparency
International UK, “An independent review of the procurement of military items” (2006).
Hər iki yazı bu ünvandadır www.defenceagainstcorruption.org.
107
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
8-ci Fəsil
Ofset Mexanizmləri
Hərbi texnika və silah alqı-satqısı zamanı dürüstlüyün təmini və korrupsi-
ya risklərinin azaldılması peşəkar fəaliyyətin aşağıdakı sahələrini əhatə edir:
texniki tələblərin hazırlanması və onların analizi və qiymətləndirilməsindən
başlamış, Müdafi ə Nazirliyinin təhcizat funksiyalarının təşkil olunmasına
qədər. Bu istiqamətlərin çoxunda, dürüstlük praktikasını daha da gücləndirən
kifayət qədər bilik və bacarıqlar toplanmışdır. İndiki dövrdə müasir hərbi
təhcizat prosesində, ofset sisteminin geniş və sürətlə yayılmasına baxma-
yaraq, ofset anlaşmalarının yoxlanılması çox az miqyasda aparılır və ofset
mexanizmləri üzrə müzakirələrə və ya qabaqcıl praktikaların hazırlanmasına
çox az təsadüf edilir.
Beynəlxalq Şəffafl ığın (Transparency International) qiymətləndirmələri
göstərir ki, hətta inkişaf etmiş ölkələrdə belə,ofset anlaşmaları daha çox kor-
rupsiya riskləri yaradır. BŞ-ın təcrübəsinə görə çox ölkələrin hərbi rəhbərliyi
bu fi kri bölüşürlər, ancaq onların hökümətləri bu riskləri aradan qaldırmaq
üçün uyğun hərəkət etmirlər. Ofsetlə bağlı daha güclü şəffafl ıq rejimləri və
dürüstlük standartları müəyyən edib həyata keçirmək üçün, hərbi sənaye və
hökümətlərin beynəlxalq müstəvidə birgə səylərinə təcili ehtiyac duyulur.
Bu fəsil müasir ofset müqavilələrinin qısa xülasəsini verir. Son-
ra spesifi k korrupsiya riskləri və ofset müqavilələrinin müasir yoxlama və
qiymətləndirmə təcrübələri təsvir edilir. Sonuncu bölmə qabaqcıl praktikanın
minimal standartlarını ifadə edən nümunələr gətirir.
Müasir Ofsetlərdən İstifadə
Xarici ölkədən avadanlıq və ya xidmətləri almaq üçün şərt kimi tələb
olunan kompensasiya praktikalarını ofsetlər adlandırmaq olar. Ofsetlər birba-
şa və dolayı olurlar. Birbaşa ofsetlər, hərbi eksport üçün satış müqaviləsində
yer alan hərbi məmulatlar, müqavilənin maddələri və xidmətlərdən ibarət
olub müqavilə əsasında hazırlanan sazişlərdir. Birbaşa olmayan ofsetlər isə
hərbi eksport müqaviləsində yer alan mal və xidmətlərlə bağlılığı olmayan
maddələr və xidmətlərdir. Ofset əsas eksport müqaviləsinə əlavə olaraq ha-
zırlanır.
Ofsetləri, II Dünya Müharibəsindən sonra Avropanın iqtisadiyyatını bərpa
etmək üçün, 1945-ci ildən sonra həyata keçirməyə başlamışlar. Ofsetlər,demək
olar ki, sırf hərbi məqsədlər üçün istifadə olunur. İndiki zamanda, çoxlu sayda
ölkələr hərbi texnika və silahla bağlı müqavilə imzaladıqları zaman, ofset
müqaviləsinin hərbi müqavilənin 100% dəyərini ödəməsini tələb edirlər. Avs-
triya və Hollandiyada bu tələblər 100% -ı da aşır və üyğun olaraq 178% və
108
Ofset Mexanizmləri
118%-dir. Yəni bu ölkələrdə ofset müqavilələrinin iş dəyəri əsas müqavilədən
daha yüksəkdir. Aşağı pillələrdə isə ofsetləri istəməyən ölkələrdir,məsələn
Tayvan 20%-də və ya Tailand 27%-də durur. Aerokosmik sahədə,ölkələrin
çoxu ofset paketının ancaq 20%-nın birbaşa olmasını istəyirlər. Ofsetlərin
çoxu birbaşa olmur; orta hesabla götürsək1995 və 2005 arasında 60% dolayı
yolla və 40% birbaşa olmuşdur.
Ofsetin istifadəsi son 10 ildə köklü surətdə artmışdır. Ofset dəyərləri
1995-ci ildə əsas müqavilə dəyərlərinin 49%-i olduğu halda, 2005-ci ildə
103%-ə qalxmışdır.Geniş hərbi şirkətlərin böyük ofset idarələri və böyük
ofset öhdəlikləri mövcuddur. Lockheed Martin,məsələn, dünyanın ən geniş
hərbi sənaye şirkəti olaraq, dünyanın 12 ölkəsi ilə ofset öhdəliklərinə 19 mil-
yard ABŞ dolları ayırmışdır.
55
Bundan başqa, Hindistan və Braziliya kimi ölkələrdə ofsetdən
təkcə hərbi
alış üçün yox, büdcənin başqa sahələrində də istifadə etmək istəyirlər.
Tender Qiymətləndirməsi Zamanı Ofset Təklifl ərinin He-
saba Alınması
Hərbi avadanlıq alan müxtəlif ölkələrin, ofset sazişlərinin qiyməti ilə əsas
hərbi alışla bağlı müqavilənin dəyəri arasında, fərqli yanaşmaları və tələbləri
mövcuddur. Yəni ofset sazişləri ilə əlaqədar ölkələr arasında müxtəlif cür he-
sablaşmalar var. Məsələn, Türkiyədə bu 60%; Kanadada isə 40%. Bir çox
ölkələrdə bu 10-15%-a enir. Həmin ölkələrdə, Müdafi ə Nazirliyi hərbi ava-
danlıq seçiminə ofset təklifl ərinin təsir etmə imkanlarını azaltmağa çalışır.
56
Ofsetlərın Əlavə Xərcləri
Ofsetlərin əsil qiymətləri ilə bağlı informasiya qıtlığı var. Ofset tenderləri,
ofsetin dəyərini ümumi hərbi alqı-satqı müqaviləsinin dəyərindən ayırmır-
lar və ofsetin qiymət parametrlərini də açıqlamırlar. BŞ-nın müşahidələrinə
görə, bir çox ölkələrdə əsas müqavilənin qiyməti orta hesabla 5-8% artmış
və böyük müqavilələrin olduğu başqa ölkələrdə əsas müqavilədə 15-30% ar-
tıma da rast gəlinmişdir.
Bundan əlavə, ofset sazişlərini idarə etmək üçün lazım olan xərclər (alıcı
ölkədə) yəni ofset ofi sinin xərcləri və onun işçilərinin xərcləri də bura daxil-
dir.
55
Building Integrity and Defence Institution Building, Conference Report (Monterey, CA,
25-27 February2009), 91.
56
İbid., 91-92