112
Ofset Mexanizmləri
Hərbi Ekspertlərlə BŞ-ın Açıq Müsahibələri
Frank Boland, NATO-nun Güc Planlaşdırılması, Müdafi ə Siyasəti və
Planlaşdırma Bölməsinin Direktoru.
Ofsetlər çox yayılır, çünki ilk baxışdan onlar hökümətlər üçün faydalı gö-
rünür. Onlar import üçün pul xərclədiyi zaman, ofsetlər hökümətlərə ödənilən
valyutanın əvəzini çıxmağa imkan verir. Bu baxımdan ofsetlər cəlbedici görü-
nür. Lakin, çox ofsetlərin nəticə vermədiyi hallara da rast gəlinir. Əsas prob-
lem odur ki, ofsetlər qərar-qəbul etmək mexanizmlərini təhrif edirlər. Hərbi
qüvvələr xüsusi ehtiyac üçün konkret avadanlığı istəyir; ofsetlər isə təhcizat
qərarlarını konkret tələbata uyğun deyil, başqa məqsədlərdən doğan fi kirlərlə
həyata keçirməyə imkan verir.
61
Qanim Əl Najjar, Siyasi elmlər üzrə professor, Küveyt Universiteti:
Ofset proqramları sərf edilmiş xərclərin geri qaytarılması baxımından,
Küveytdəki yeni proqramların transformasiyası üçün nəzərdə tutulmuşdur.
Ancaq faktiki olaraq ofsetlər işləmir. Hec kim nə baş verdiyini bilmir. Ayrı-
lan pulların çoxu istifadə olunmayıb. Ofset əməliyyatı zamanı təhvil edilən
mallar üzərində bir nəzarət varmı? Mən deyərdim ki, yox. Sərf edilən xərclər
hələlik çox deyil. Məncə yaxşı nəzarət də yoxdur. İnsanlar yerli layihələrdə
ofset proqramlarının nə qədər səmərəli olduğunu görmək istəyirlər, lakin çox
zaman prosedurlar çox mürəkkəb olur və ya proqramlar gözlənilən nəticəni
vermir. Bəzən, pul guya ki ayrılıb, amma ortada qalır və heç kim tərəfi ndən
istifadə olunmur.
Korrupsiya ilə bağlı heç bir şübhə olmasa da, ofset praktikaları bir çox
qayğılar yaradır,məsələn:
• Ofset təklifl ərinin qiymətləndirilməsi ilə bağlı aydınlığın olmaması;
• Ofsetlərin nə əldə edəcəyi haqda aydın milli strategiyanın olmaması;
• Ofsetlərə görə birdən çox nazirliyin cəlb olunması, təhcizat prosesi
üzərində nəzarətin itməsi imkanının genişlənməsi və qiymət məsələsində uy-
ğun qiymətləndirmənin olmaması;
• Əsas müqavilə imzalanandan sonra alıcı ilə ofset danışıqlarına
təşəbbüs edilməsi;
• Əsas müqavilə bağlanandan əvvəl və sonra mövcud olan qeyri-
qənaətbəxş ofset nəzarət mexanizmləri (o cümlədən, ofset proqramının həyat
dövrü zamanı və əsas və sub-podradçılara tətbiqi baxımından);
61
Dərc oluna müsahibə: “ Transparency International Defence Anti-Corruption Digest”, No.
17 (June 2007), www.defenceagainstcorruption.org.
113
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Haşiyə 8.1 Ofsetlərin İstifadəsi Zamanı Ortaya Çıxan Korrupsiya
İddiaları Haqda Qəzetlərdə Gedən Yazılar
Portuqaliya: İstintaq və Cərimə İdarəsinin Mərkəzi Şöbəsi (The Central
Department of İnvestigation and Penal Action-DCİAP) Alman Submarin
Konsorsiyumundan( German Submarine Consortium) alınacaq iki sualtı
gəmi üçün bağlanan ofset müqaviləsini araşdırır. 1,21milyard Euro
dəyərində olan ofset müqaviləsinin məqsədi həmin məbləği Portuqaliya
iqtisadiyyatına qoyulacaq yatırımla əvəz edəcək. Ofset müqaviləsi ilə bağlı
danışıqları, Müdafi ə Nazirliyi ilə Espirito Santo Qrupunun Escom şirkəti
aparmışdır və o da araşdırma obyektidir.
Cənubi Afrika: Cənubi Afrikanın 1999-cu ildə silah alışı həm Avropa
şirkətlərinin, həm də Cənubi Afrika yüksək vəzifəli rəsmilərinin cəlb
olunduğu müxtəlif korrupsiya iddialarına görə mübahisəli olmuşdur.
Cənubi Afrika höküməti dəfələrlə ofset sazişlərini (hərbi alışlarla bağlı)
ictimaiyyətə xəbər versə də, media bu xəbərlərə çox skeptik yanaşmışdır.
Business Daily qəzetinin verdiyi xəbərə görə, ofset sazişlərinin uğurlu
olduğunu müstəqil surətdə müəyyən etmək çox çətindir, çünki onların
məlumat almaq xahişləri kommersiya sirləri adı altında rədd edilmişdir.
Cənubi Afrika ağır cinayətlər üzrə qrupunun təhqiqatı altında olan Tissen
Krupp (ThyssenKrupp), sualtı gəmilərin satışında korrupsiya əməllərinə
görə araşdırılırdı. Xəbərlərə görə, ofset, proqramın arxasındakı müqavilədə
müəyyən edilmiş müddəaları yerinə yetirməmişdi. Bundan əlavə SAAB
və BAE şirkətlərindən Gripen hərbi təyyarələrinin alınmasında da, ofsetlə
korrupsiya arasında açıq əlaqənin olduğu xəbər verilirdi. Cənubi Afrikanın
Mail &Guardian qəzetinin yazdığına görə, alqı baş verən zaman, Cənubi
Afrikanın Müdafi ə Naziri, Joe Modise, Conlog/Log-Tek elektronik
qrupdan, gizli olaraq, aktivlər paketi almışdır. Bu şirkətin hərbi alqılar üzrə
ofset sazişlərində iştirakı ona əhəmiyyətli dərəcədə qazanc gətirərdi.
Çex Respublikası: Gripen qırıcılarının alışı ilə bağlı, Çexiya Respublikasında
da müqaviləyə salınmış ofset təklifl ərinin rüşvətlə əlaqəli araşdırması
olmuşdur. Araşdırma vəzifəli Çex rəsmisinə 2001-ci ildə ödənən məbləğin
üzərinə yönəlmişdir. İddialar tenderin gedişi ilə bağlı şikayətlərdən
doğmuşdur. Belə ki, rəqabətdə olan bir çox şirkətlər tenderdən çəkilmiş və
bəyan etmişlər ki, hökümət elə müqavilə hazırlamış ki,o bilərəkdən Gripen
qırıcıları üçün öncədən qalibiyyəti təmin edir. Təklifl əri müşaiyət edən
114
Ofset Mexanizmləri
ofset sazişləri də alış zamanı çox tənqid edilmiş və onların həyata keçirilə
bilinməyən formada olduğunu bildirmişlər. Nəticədə iki maliyyə naziri bir-
birinin ardınca istefa vermişdir.
Böyük Britaniya və Səudiyyə Ərəbistanı: 1980-ci illərdə Böyük Britaniya
hökümətinin BAE şirkəti adından Səudiyyə Ərəbistanı ilə imzaladığı
müqavilə Böyük Britaniya tarixində ən boyük eksport müqaviləsi olmuş və
indiyə kimi mübahisə mənbəyi kimi qalır. Müqaviləyə əlavə edilən məşhur
bir ofset maddəsi BAE-nin əldə edəcəyi gəlirlərin bir qismini yenidən Böyük
Britaniya müdafi ə sanayesinə yatırım kimi qoyulacağını nəzərdə tuturdu.
Xəbərlərə görə, ofsetın gətirdiyi xeyir az miqdarda olmuşdur. ABŞ Ədliyyə
Nazirliyi üçün də həmən ofset maddəsi araşdırma mövzusu olmuşdur(onlar
da özlərinin araşdırmalarını aparmışlar).
İsrael: Defence news-un verdiyi xəbərlərə görə, 2005-ci ilin Sentyabrında
xaricə edilən saxta ödənişlər iddiası ilə əlaqədar olaraq, İsraelin ən böyük
aerokosmik və hərbi şirkəti olan İsrael Aircraft İndustries-in qərargahı polis
tərəfi ndən basqına məruz qalmışdır. Araşdırmalar on il ərzində vəzifəli
şəxsləri satın alma və “şapka”lara doğru yönəlmiş və eksport satışları və
ofset sazişləri zamanı edilən xərclər üzərində qurulmuşdur.
Rumıniya: 2003-cü ildə Rumıniya öz hərbi dəniz qüvvələri üçün iki
freqat aldığı zaman “komissiya” ödədiyi haqda iddialar ortaya çıxmışdır.
Araşdırmanın əsas hissəsi müqavilədəki pozuntular üzərində toplanmış və
ofset təklifi ndəki itirilən maliyyənin üzərində cəmləşmişdir. 2006-cı ilin
İyununda Bucharest Daily News xəbər vermişdir ki, əsas korrupsiya marağı
ofset sazişinin həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Bu müqaviləyə görə
BAE Systems alqı məbləğinin 80%-ni birbaşa və dolayı ofsetlər vasitəsilə,
Rumıniya istehsalı olan mal və xidmətlər əldə etməyə sərf edəcəkdi. Jurnalul
National-ın xəbərlərinə görə, ofsetlər mübahisələr doğurmaqda davam
etdiyindən, əgər ofset sazişinə görə BAE Systems öz öhdəliklərini yerinə
yetirməsə Rumıniya Müdafi ə Nazirliyi BAE Systems şirkətini məhkəmiyə
vermək istəyirdi. Xəbərlərə görə, bu saziş Böyük Britaniyadakı Ağır
Pozuntular İdarəsi (Serious Fraud Offi ce) tərəfi ndən araşdırlır.
Tayvan. Tayvanda hərbi təhcizat prosesləri zamanı, ABŞ-ın narahatlığını
ifadə edən və Defence News-da çap olunan məqalədə, hərbi sazişlər zamanı
rəsmilərə ödənən korrupsiya və ödənişlərlə bağlı məsələlər əsas problemlər
kimi vurğulanmışdır. Bu prosesləri yaxşılaşdırmaq üçün irəli sürülən
Dostları ilə paylaş: |