109
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Ofsetin Üstünlükləri
Hərbi iqtisadçılar arasında ofsetlərin gətirdiyi faydalar haqda geniş
müzakirələr gedir. Lakin bu sahədə gedən mübahisələr ofset təklifl ərinin
nə qədər faydalı olduğuna cavab verə bilmir,çünki faktiki olaraq heç kim
ofsetlərin iqtisadi faydası ilə bağlı iqtisadi analizlə məşğul olmur. Digər
tərəfdən ofset müqavilələrinin icrası ilə bağlı ictimaiyyət də heç bir məlumata
malik deyildir. Corc Vaşinqton Universitetinin ( George Washington Univer-
sity) təhcizat hüququ üzrə Dekanı Stev Skoner-ın ( Steve Scooner) dediyi
kimi: “Hərbi təhcizat məsələsində şəffafl ığın, dürüstlüyün və cavabdehlik və
məsuliyyətin təmin edilməsi üçün geniş konsensus mövcuddur. Bu meyarların
ofset məsələsinə də şamil edilməsi üçün konsensus əldə edilməsindən hələ çox
uzaqdayıq. Bu haqda beynəlxalq müqavilə mövcud deyil və ayrı-ayrı ölkələr
də bu müqaviləni imzalamaqdan uzaqdırlar. Bu barədə konsensusdan nə qədər
uzaq olduğumuzu sübut etmək üçün, Avropa Müdafi ə Agentliyinin (European
Defence Agency Code of Conduct)davranış kodeksı həm ölkələri ofset prak-
tikasının genişləndirməyə çağırır, həm də ofset müqavilələrinin qiymətlərinin
aşağı salınmasına çalışır (əsas müqavilə ilə əlaqədar). Eynilə Dünya Ticarət
Təşkilatı (World Trade Organization) ofseti qəbul etmir və müdafi ə sektorun-
dan başqa digər sahələrdə onun tətbiqini qadağan edir. Ölkə səviyyələrində
də hələlik razılıq yoxdur. ABŞ ofsetlərə kinayə ilə yanaşır, ancaq müdafi ə
avadanlıqları ilə bağlı “Amerikan malı al” siyasətinı təmin etməyə çalışır.
Ona görə də, real olaraq sadəcə ofset idarəçiliyini təkmilləşdirmək yolu ilə
bir şey etmək olar. Eyni zamanda ofsetlərin ümumiyyətlə məqsədə uyğunluğu
haqqında ümumi fi krə də yavaş-yavaş irəliləmək lazımdır.
57
“
Ofsetlərin bütün üstünlüklərinə baxmayaraq, mütəxəssislər onların şəffaf
olmasının vacibliyi və ilk addım kimi müqavilələrdə dürüstlük standartlarının
təmin olunması fi krindədirlər.
Ofsetlərin Siyasi Ölçüləri
Bir çox hökümətlər üçün ofsetlərdən istifadə, əsas hərbi xərclər üzərində
gedən siyasi mübahisələri yumşaldır. Ofsetlər texnologiya əldə etmək, elmi-
tədqiqat, silah və texnikanın yeni nümunələri baxımından hərbi sənaye ba-
zasının inkişafı üçün və həmçinin, yatırım imkanları və yüksək-ixtisaslı iş
yerləri üçün ümidverici imkanlar yaradır. Ancaq ofset üzərindən siyasətin
aparılması, ofset yolu ilə hərbi texnika və silah alınması tələbatına və
ya məqsədəuyğunluğuna kölgə sala bilər. Bu həm də bu işə cəlb olunan
hökümətin iki mühüm qanadı, ofset alışına nəzarət edən Maliyyə və ya İqtisa-
57
İbid.,97
110
Ofset Mexanizmləri
diyyat Nazirliyi ilə hərbi məmulatlar alan Müdafi ə Nazirliyi arasında mühüm
gərginlik yarada bilər.
Ofset Korrupsiya Riskləri
Ofset korrupsiya riskləri BŞ-ın ictimaiyyətə açıq olan rəsmi hesabatların-
da, tədqiqatlarında və BŞ-ın kecirdiyi müsahibələrdə və qəzet məqalələrində
ifadə olunan şəhrlərdə və iddialarda müəyyən edilir.
Ofsetlərlə bağlı EDA hesabatı
Avropa Müdafi ə Agentliyi (European Defence Agency-EDA) sifarişi
ilə bir qrup ekspert hərbi ofsetlərlə bağlı tədqiqat aparmış və ofsetlərin Av-
ropa hərbi sənayesinin inkişafına hansı təsirləri olduğunu öyrənmişdir. Bu
tədqiqatın nəticələri böyük bir hesabat formasında 2007-ci ildə dərc edilmiş-
dir.Korrupsiya riskləri tədqiqatın əsas qayəsi olmasa da, tədqiqatın müəllifl əri
ofset sazişlərinin qapalı olduğunu və şəffafl ıq olmadığından korrupsiya im-
kanlarının mövcudluğu ilə əlaqədar narahatçılıqlarını bildirdilər. Hesabatda
deyilir:
“Bir çox mənbələrin əldə etdiyi bir cəhət diqqəti ona yönəltməyi zəruri
edir. Söhbət hərbi müqavilələr bağlanan zaman ortaya çıxan korrupsiya hal-
larından və onların birbaşa və ya nəzəri olaraq ofsetlərlə əlaqəsindən gedir.
Götürsək, korrupsiya ofsetlərə məxsus olan xüsusiyyət deyil, amma şəffaf ol-
mayan və qeyri-peşəkar həyata keçirilən ofsetlər korrupsiya üçün məkan ya-
radır və açıq və şəffaf bazar şəraitində olmalı sistemdən fərqli başqa sistemin
seçilməsinə gətirir. Bizim müxtəlif mənbələrimizin xəbərlərinə görə, köhnə
ofset təcrübələri səmərəli olmadığı hallarda, son nəticədə onların yerinə
yeni sistemlər tətbiq edilməyə başlanmışdır. Avropa Birliyinin ölkələrinin
nümayəndələri mövcud ofset sistemlərinin səmərəli işləməsini israr etsələr də
biz hesab edirik ki, şəffafl ığın və peşəkarlığın standartları (ofset təcrübəsində)
Avropanın müxtəlif ölkələrində fərqlidir və bu sahədə vəziyyəti düzəltmək
üçün böyük imkanlar mövcuddur”.
58
Ofsetlər üzrə Elmi Tədqiqat İşləri
Beynəlxalq əməkdaşlıq və təhlükəsizlik mərkəzinin( Centre for İnter-
national Cooperation and Security) ekspertləri “Silah satışının yoxsulluq və
inkişafa təsiri “ tədqiqatında aşağıdakıları qeyd edirlər:
58
E. Anders Eriksson with M. Axelson, K. Hartley, M. Mason, A.S. Stenérus and M. Trybus,
Study on the effects of offsets on the Development of a European Defence Industry and
Market (Brussels: European Defence Agency, 2007), 46, www.eda.europa.eu/Default.aspx.
111
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Korrupsiya halları üçün digər potensial vasitə “ofsetlər” vasitəsidir.
Əvvələr ofsetlərin vacibliyinə, hərbi texnikaların alqı-satqısının hərbi xərclərə
təsiri baxımından yanaşılırdı. Ofset təklifl ərinin böyük rüşvət məbləğlərini
və ya bu əməliyyatlar zamanı əldə olunan “komissiyaları” gizlədə biləcəyini
və ya ölkənin hansı silahı alacağı qərarına əsassız olaraq təsir edəcəyi sual-
larına cavab vermək də çox önəmlidir. Ofset təklifl ərinin: “hərbi alqı-satqı
müqavilələrinin dəyərini 20% artırması halları da mövcuddur; nəzarət üçün
onların monitor edilməsi də çətindir; əsas müqavilə imzalandığı zaman və’d
edilən qazancı gətirə bilməməsı halları təsadüf edilir; və korrupsiyaya kömək
etməsi halları vardır. Ofsetlər, həmçinin, siyasi əlaqələr hesabına seçilmiş da-
xili şirkətlər vasitəsilə keçirildikdə daxildə korrupsiyaya təkan verir.Cənubi
Afrika halında, yerli şirkətlərlə bağlanmış sub-müqavilələr yerli rəsmilərin
zənginləşməsi üçün əlavə imkanlar yaratmışdır.
59
Ofsetlərin iqtisadi təsiri ilə bağlı müxtəlif elmi analizlər edilmişdir və on-
lardan ən azı biri ofsetlərin korrupsiya riskləri ilə bağlıdır.
60
Məsələn, Trevor
Teylor vəzifəli şəxslərin ofsetin zəruriliyi ilə bağlı və ya hansı konkret ofset
modeli ilə bağlı qərar qəbul etdikləri zaman, hansı iqtisadi və siyasi motivlərin
əsasında onu etdiklərini müəyyən etməyə çaılışır. Bu modellərın müqayisəsi
üçün, Teylor konkret köçürmələrlə bağlı empirik tədqiqat aparmış və dünyanın
bir çox ölkələri üzrə nümunələri toplayıb ümumiləşmiş müqayisə aparmışdır.
Onun tədqiqatlarının nəticələri göstərmişdir ki, təhcizat sahəsindəki rəsmilər
əsasən iqtisadi motivlərin əsasında konkret ofset qərarları verirlər və qərar
qəbul edilməsində,ancaq iqtisadi-siyasi dəyişən mühüm rol oynayır. Bir çox
ofset qərarlarında iqtisadi dəyişənlər (məsələn, qiymət, keyfi yyət, köçürmə
xərcləri və sənaye inkişaf siyasəti) siyasi dəyişənlər üzərində (məsələn, bü-
rokratik aparatın maksimum rolu, milli təhlükəsizlik yanaşmaları və maraqlı
qruplar nəzəriyyəsi) üstünlük qazanır. Başqa hallarda, məsələn, ofset təklifl əri
siyasi prioritetləri əks etdirir. O aşağıdakıları misal çəkir:
“Bu cür korrupsiya ilə mübarizə üçün ofsetlər zamanı şəffafl ığı ar-
tırmaq səyləri tövsiyə olunur. Məsələn, hər bir ölkə konkret ofset təklifi ni
qiymətləndirən müstəqil,kənar auditor qrupu tutur və təklif yerinə yetiriləndən
sonra,onun ətrafl ı xeyir-zərər hesabatını verərək, təklifi n nə qədər səmərəli
olduğunu həyata keçirir. Bu cür xeyir-zərər mühasibatı çap edilməli və kənar
yoxlamalara açıq olmalıdır.”
59
Mike Bourne, Malcolm Chalmers, Tim Heath, Nick Hooper and Mandy Turner, The
Impact of Arms Transfers on Poverty and Development, Centre for International Cooperation
and Se curity (University of Bradford, September 2004), 44, http://www.bradford.ac.uk/acad/
cics/ publications/AVPI/transfers/AVPI_Arms_Transfers_and_Poverty.pdf.
60
Trevor K. Taylor, “Modelling Offset Policy in Government Procurement,” Journal of
Policy Mod elling 25:9 (2003): 985–98.
Dostları ilə paylaş: |