100
Hərbi Təhcizat
Təhcizat dürüstlüyünü artırmaq üçün hökümətlərin istifadə etdiyi digər
vasitə, hərbi təminatçıların etik standartları yerinə yetirmələri ilə bağlı
tələblər müəyyən etməkdir. Haşiyə 7.7, 2009-cu ildə əhəmiyyətli dərəcədə
gücləndirilmiş ABŞ hərbi norma və prosedurlarını təqdim edir.
Fərdi Davranışın Dürüstlüyü
Təhcizat xarakterli korrupsiyanın qarşısını almaq üçün tətbiq edilən me-
todların, bu işə cəlb olunan fərdlərin dürüstlüyü olmadığı təqdirdə, heç də
səmərəsi olmayacaqdır. Bir çox ölkələr çox vaxt həm “sərt” həm də “yumşaq”
tədbirlərdən istifadə edib hərbi təhcizat məsələlərində korrupsiyanı azaltma-
ğa cəhd edirlər.
Maraqlar toqquşmalarında və birbaşa və ya vasitəçilər vasitəsilə baş tutan
rüşvət hallarında sərt tədbirlərdən istifadə olunur. Hərbi sektorun rəsmilərinin
maraq toqquşmalarını tənzimləyən təlimatlar bütün təhcizat mərhələlərini,
həmçinin ayrı-ayrı şəxslərin hərbi təminatçılarla əvvəlcədən olan görüşləri
və müdafi ə nazirliyi və ya təhcizat idarəsində bir daha işləmədiyi halda hərbi
podratçı şirkətlərlə əlaqədə olmasını əhatə edir.
Məsələn, bir çox ölkələr o halları maraq toqquşması kimi adlandırırlar ki,
orada hər hansı müdafi ə nazirliyi rəsmisi- mülkü və ya hərbi- nazirlikdən ay-
rıldıqdan sonra bir,iki və ya çox illər ərzində hərbi təminatçı şirkətində işləyir,
ya da ondan faydalanır.
52
Bu qaydalar təkcə müqavilələrlə işləyən rəsmilərə
yox, həmçinin hərbi təhcizatda rolu olan çoxlu mülki və hərbi qulluqçula-
ra, yəni tələbatları hazırlayan qrupdan başlayaraq, təhvil verilən məmulat və
xidmətlərin keyfi yyətini qiymətləndirən qruplara qədər tətbiq edilir.
Şəxsi dürüstlük üçün edilən yumşaq tələblər həmçinin korrupsiya
risklərinin azalmasına kömək edir. Etik kodekslər həm yumşaq tələblərə daxil
olan hökümət təşkilatlarına, həm də hərbi təminatçılara tətbiq olunur.
Sərt və yumşaq tədbirlərin arasında duran başqa tədbir, fəaliyyət
dönəmində korrupsiya hallarına rast gəlinirsə və ya bu hallar hökümət
müqavilələrində görünürsə, o zaman adamları bu haqda hakimiyyət
dairələrində xəbər verməyə həvəsləndirmək və ya onlardan tələb etməkdir.
Bu cür həvəsləndirmə ,“xəbər verənlər”-in təhlükəsizliyini qorumağın bütün
müddəalarını özündə ehtiva edir.
7.7 haşiyəsi ABŞ-ın təlimatlarını təqdim edir. Bu təlimatlar etik
52
Çox işıqlandırılan iş və həmçinin podratçının və hökümətin reaksiyası ilə bağlı, bax www.
iasa.com.au/folders/Publications/Legal_Issues/unethicalboeing.html or www.huizenga.
nova.edu/6240/cases/Boeing_AirForceEthicsScandal.htm. For the reaction in Congress, see
www.defense-aerospace.com/article-view/verbatim/49262/mccain-exposes-usaf-role-in-
tanker-lease.html
101
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
proqramları,səxsi heyətin təlimini,xəbər verməni və xəbər verənlərin qorun-
masını bütün hərbi podratçılar üçün məcburi edir. Uyğun xəbər vermə tələbləri
dövlət qulluqçularına da tətbiq edilir və hər hansı xəbər poçtla,onlayn və ya
telefonla edilsə də anonim qalır və əgər xəbər verən istəsə izsiz qalır.
Haşıyə 7.7. Hərbi Podratçıların Etik Proqramları üzrə ABŞ Federal
Alqı-Satqı Təlimatı
Hələ 2007-ci ildən öncə,hərbi sifarişləri yerinə yetirən podratçı təşkilatların
yüksək dərəcədə dürüstlüyə və düzgünlüyə riayət etmələri ABŞ-dakı
hərbi xarakterli nizamnamələrin tələblərindən biri idi. Spesifi k olaraq,
podratçıların aşağıda qəbul edilmiş təlimatları yerinə yetirmələri tələb
olunurdu: (1)etik davranışla bağlı yazılı kodeks;(2)bütün işçilər üçün etik
təlim; (3)işçilərin etik davranış kodekslərinin periodik uyğunluğunun
yoxlanılması;(4)daxili və xarici audit və ya hər ikisi;(5)pis davranışa
görə inzibati addımlar;(6)hökümət müqavilələrində qanunun pozulması
ilə əlaqədar şübhələrin vaxtında uyğun hakimiyyət strukturlarına xəbər
verilməsi;və (7)pozuntuları araşdıran və ya onları aradan qaldıran cavabdeh
hökümət idarələri ilə tam əməkdaşlıq. Təlimat, sifarişləri yerinə yetirməli
olan podratçılara bütün bu yuxarıda sadalananlara riayət etmələrini tələb
etsə də, onlar daha çox tövsiyə xarakteri daşıyırdı.
2007 və 2008-ci illərdə qəbul edilmiş iki düzəlişlə Federal Alqı-Satqı
Qanunu(Federal Acquisition Regulation-FAR) etik qaydaları həm məcburi
etdi,həm də onların tətbiq sahəsini genişləndirdi. İndi bu qaydalar hökümət
strukturlarına da şamil edilir. Qanunun müddəaları,hökümətin podratçı
təşkilatlarının iş kodekslərinin yazılı surətdə olmasını tələb edir və eyni
zamanda podratçı təşkilatın işçilərinin etik qaydalara uyğunluğu ilə bağlı
təlim proqramları tələb edir və podratçının iş yerində “fırıldaq qaynar xətti”
plakatlarının olmasını tələb edir. Bu plakatlar, podratçı təşkilatın işçilərini
müqavilənin icrası ilə bağlı və ya hökümət müqaviləsi ilə bağlı baş verən
hər hansı fırıldaqçı fəaliyyəti xəbər verməyə həvəsləndirir.
Əlavə olaraq düzəliş edilmiş FAR podratçı etik qaydaları, indi müharibə
dövrünün müqavilələrini, məsələn, İraq və Əfqanıstanı da əhatə edir
və podratçılardan, cinayət hüququnun pozulduğu halları,məsələn,
fırıldaq,maraq toqquşmaları,rüşvət və hədiyyə vermə kimi pozuntuları
və ya hökümət müqavilələrini və ya submüqavilələrin imzalanması və ya
icrası ilə bağlı mülki “saxta tələblər aktı” (False Claims Act) –na düşən
pozuntuların açıqlanmasını da tələb edir. Qeyd etmək lazımdır ki, bu
tələblər müqavilələrin maddələri əsasında təmin edilir və onlar məcburidir.