Müəssisə və əhali müayinələrində seçmə məcmunun əlaqələndirilməsinə və rotasiyaya dair


Elmin təcrübə bazasının statistikası



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə42/46
tarix22.03.2024
ölçüsü0,88 Mb.
#183648
1   ...   38   39   40   41   42   43   44   45   46
documents-5-file en (1)

Elmin təcrübə bazasının statistikası.
Qeyd edildiyi kimi, təcrübə işləri yeni 
məhsul nümunələrinin hazırlanması, işlənməsi və texnologiyaların təkmilləşdirilməsi


məqsədi üçün aparılır və xüsusi (qeyri
-
standart) avadanlıqların, aparatların, cihazların, 
qurğuların, stend və maketlərin hazırlanması, təmiri və xidməti üçün eksperimental 
işlər yerinə yetirilir. Təcrübə bazalarının vəziyyəti və istifadəsi elmi
-
tədqiqat və 
işləmələrin nəticələrinin təcrübədə yoxlanmasını həyata keçirmək qabiliyyətini 
xarakterizə edir. Bu funksiyanın realizasiyası innovasiya prosesinin bütün 
mərhələlərinin təcrübə, sınaq istehsalı ilə əlaqəsini müəyyən edir. Təcrübə bazası ilə 
təminatın zəifliyi bir çox tədqiqatların nəticəsinin sınaqdan keçmədiyi üçün istehsalata 
tətbiqini çətinləşdirir. Təcrübə bazalarının fəaliyyətinin nəticəsinin qiymətləndirilməsi 
üçün onların yerinə yetirdikləri işlərin həcmi (istehsal olunmuş məhsul), o cümlədən 
təcrübə
-
eksperimental işlər, kütləvi məhsul istehsalı, elmi təşkilatın təcrübə bazasının 
avadanlığının təmiri və xidməti göstəricilərindən istifadə edilir. Elmin təcrübə 
bazasından istifadəni təyin edən ümumiləşdirici göstərici, tədqiqatlar və işləmələr 
məqsədi ilə yerinə yetirilmiş işlərin həcminin təcrübə bazasının yerinə yetirdiyi 
ümumi işlərdə payıdır. 
Əsas vəsaitin aktiv hissəsinin keyfiyyət qiymətləndirilməsi. 
Belə təhlil üçün 
əsas vəsaitin hərəkəti (yeniləşməsi və sıradan çıxması), köhnəlməsi, yaş strukturu,
xarici və avtomatik avadanlıqlar, onların dünya standartlarına uyğun texniki səviyyəsi 
haqqında məlumatlardan istifadə edilir. Ölkənin elmi potensialının qaldırılması üçün 
tədqiqatlarda və işləmələrdə istifadə edilən əsas vəsaitlərin aktiv hissəsinin bərpasına 
xüsusi fikir verilməlidir. Elm sahəsinə investisiyaların cəlb edilməsi ilə əsas 
vəsaitlərin yeniləşdirilməsi və
istismardan çıxması arasındakı fərqi aradan qaldırmaq 
olar. Xüsusən də əsas vəsaitlərin fiziki köhnəlməsi, onun keyfiyyəti tədqiqatların 
nəticələrinə birbaşa təsir göstərir. Ona görə avadanlığın texniki səviyyəsinin təhlili 
üçün statistik müşahidələr aparılmalıdır. Bu müşahidələrdə əsas vəsaitin aktiv 
hissəsinin təhlili üçün məlumatlar toplanmalıdır. Bura əsasən aşağıdakı məlumatlar 
daxildir: 

ölçmə cihazları;

tədqiq olunan proses və hadisənin müşahidə, qeydiyyat, nəzarət vasitələri;

laboratoriya cihazları,
elmi eksperimentlərdə tədqiq olunan obyektlə 
əməliyyat aparmaq üçün avadanlıqlar;

elmi tədqiqatların avtomatizasiya vasitələri. 
Elmin maddi-
texniki bazasının keyfiyyət xarakteristikaları unikal elmi
-
tədqiqat 
və eksperimental qurğularla müəyyən edilir. Belə qurğulara daxildir:
-
dünya analoqlu elmi-
tədqiqat və eksperimental qurğular;
-
vacib layihələrin tədqiqində istifadə olunan elmi
-
tədqiqat və eksperimental 
qurğular;
-
dünya tədqiqat və müşahidələr sisteminə daxil olan elmi obyektlər.
Elmi cihaz və avadanlıqların texniki səviyyəsinin hərtərəfli təhlili üçün 
çoxölçülü təhlil metodlarından istifadə edilir. İlk növbədə texniki səviyyəsinə görə 
avadanlıqların klaster təhlili aparılır, yüksək texniki səviyyəli avadanlıqlar ayrılıqda 
təhlil edilir. Klasterlər (qruplar) üzrə orta qiymətlər məcmunun orta qiyməti ilə 
müqayisə edilir. Sektor, elm sahəsi, region, ölkə üzrə elmi təşkilatın avadanlıqlarının 
texniki səviyyə əmsalları hesablanır. Avadanlıqların texniki səviyyə əmsalının elmi 
təşkilatın fəaliyyətinə təsiri ko
relyasiya-
reqressiya təhlili vasitəsi ilə qiymətləndirilir. 
Belə təhlillər elmi tədqiqatlara investisiyaların ayrılmasının statistik
əsaslandırılmasını təmin edir.



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə