Muhazir texnologiyanin nəZƏRİ Əsaslari. Texnologiya anlayişI, XÜsusiYYƏTLƏRİ komponent strukturu


Cəmiyyətin informasiyalaşması istiqamətində duran problemlərə görə informasiya texnologiyalarının mərhələləri



Yüklə 146,97 Kb.
səhifə5/11
tarix22.05.2023
ölçüsü146,97 Kb.
#111949
1   2   3   4   5   6   7   8   9   10   11
MUHAZİRƏ1

Cəmiyyətin informasiyalaşması istiqamətində duran problemlərə görə informasiya texnologiyalarının mərhələləri:

  1. ci mərhələ (60-cı illərin sona qədər) – məhdud imkanlı aparat vasitələri şəraitində böyük həcmli verilənlərin emalı problemi ilə xarakterizə olunur.

  2. ci mərhələ (70-ci illərin sonuna qədər) – III nəsil kompyuterlərin geniş yayılması ilə əlaqələndirilir. Bu mərhələnin problemi proqram təminatının aparat vasitələrinin inkişafından geri qalması idi.

  3. cü mərhələ (80-ci illərin əvvəlindən) – kompyuter qeyri- peşəkar istifadəçilərin alətinə, informasiya sistemləri isə qərar qəbuletmənin təminatı vasitəsinə çevrilir. Bu mərhələnin əsas problemi istifadəçilərin tələbatını maksimum ödəmək və kompyuter mühiti ilə işləmək üçün əlverişli interfeys yaratmaqdan ibarət idi.

4. cü mərhələ (90-ci illərin əvvəlindən) – təşkilatlar arası əlaqələrin və informasiya sistemlərinin müasir texnologiyasının yaradılması. Bu mərhələnin çoxsaylı problemləri mövcuddur. Onlardan əsasları aşağıdakılardır:

  • kompyuter əlaqələri üçün razılaşmaların, standartların və protokolların hazırlanması;

  • strateji informasiyaya müraciətin təşkili;

informasiyanın mühafizəsinin və təhlükəsizliyinin təşkili.


  • Kompyuter texnologiyasının verdiyi faydaya görə:

  1. ci mərhələ (60-cı illərin əvvəlindən) – hesablama mərkəzlərinin resurslarından kollektiv şəkildə istifadə etməklə mürəkkəb əməliyyatların yerinə yetirilməsi üçün informasiyanın səmərəli emalı ilə səciyyələnir. Bu mərhələdə əsas problem psixoloji problem idi. İnformasiya sistemlərinin istifadəçiləri ilə onları hazırlayanlar arasında qarşılıqla əlaqələr zəif idi. Bunun da nəticəsində elə sistemlər qurulurdu ki, istifadəçi onları başa düşmürdü və ona görə də geniş imkanlarına baxmayaraq, onlardan tam istifadə olunmurdu.

  2. ci mərhələ (80-ci illərin əvvəlindən) – fərdi kompyuterlərin yaranması ilə bağlıdır. İnformasiya sistemlərinin qurulmasına yanaşma dəyişdi – onlar fərdi istifadəçilər tərəfində qərarların qəbulunun təminatına istiqamətləndilər. Sistemin hazırlanmasında istifadəçinin marağı artır, layihəçi ilə əlaqə yaradılır və hər iki tərəfin bir- birini anlaşması baş verir. Bu mərhələdə verilənləri həm mərkəzləşdirilmiş, həm də mərkəzləşdirilməmiş emalından istifadə olunur. Sonuncu halda istifadəçilər iş yerlərində lokal bazalarla işləmək və lokal məsələləri həll etmək imkanını əldə edirlər.

  3. cü mərhələ (90-cı illərin əvvəlindən) – idarəetmədə strateji üstünlüyün analizi ilə bağlıdır və paylanmış informasiya emalının telekommunikasiya texnologiyalarına əsaslanır. İnformasiya sistemləri təkcə verilənlərin emalı səmərəliliyini artırmaq üçün deyil, həm də idarəetmə heyətinə kömək etmək üçün istifadə olunurlar. İnformasiya texnologiyaları rəqabətə davam gətirməkdə və üstünlük qazanmaqda təşkilatlara kömək edirlər.


Yüklə 146,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə