Muhazir texnologiyanin nəZƏRİ Əsaslari. Texnologiya anlayişI, XÜsusiYYƏTLƏRİ komponent strukturu



Yüklə 146,97 Kb.
səhifə8/11
tarix22.05.2023
ölçüsü146,97 Kb.
#111949
1   2   3   4   5   6   7   8   9   10   11
MUHAZİRƏ1

4"Sistem" nədir?
"Sistem" termini qədim yunan dilində "hissələrdən ibarət tam", "birləşmə" mənalarını verən sözündəndir. Gündəlik təcrübədə "sistem" sözünə müxtəlif mənalarda rast gəlinir: "Günəş sistemi", "Kimyəvi elementlərin dövri sistemi", "Onluq say sistemi", "Siyasi sistem", "Axtarış sistemi", "Əməliyyat sistemi" və s.

Hər bir sistem elementlərdən ibarətdir və bu elementlər arasında qarşılıqlı əlaqələr mövcuddur
İnformasiya sisteminin (İS) əsas komponentləri: aparat təminatı, proqram təminatı, verilənlər, istifadəçilər və proses.
İnformasiya sisteminin əsas komponentləri
Sistem" anlayışı informatikada da geniş yayılıb və bir çox mənalarda işlənir. Bu sözdən çox zaman texniki vasitələr və proqramlar toplusunda istifadə olunur; məsələn: kompüter sistemi, əməliyyat sistemi, telekommunikasiya sistemi və s. Belə anlayışlardan biri də "informasiya sistemi"dir. 
İnformasiya sistemi (information system) dedikdə informasiyanın toplanması, saxlanması və istifadəçilər üçün erişimli (əlçatan) olmasını təmin edən sistem nəzərdə tutulur.
Hər hansı informasiya sistemi (İS) 5 əsas komponentdən ibarətdir: İnformasiya sisteminin əsas komponentləri
aparat təminatı,
proqram təminatı,
verilənlər,
istifadəçilər
proses.
İnformasiya sisteminin aparat təminatı (hardware) onun əllə toxunula bilən hissəsidir. Aparat təminatına kompüterlər, onların ayrı-ayrı hissələri, o cümlədən periferiya qurğuları aiddir.
Proqram təminatı (software) aparat vasitələrini işləməyə məcbur edən komandalar toplusudur. Yerinə yetirdikləri işlərin növünə görə proqram təminatını bir neçə sinfə ayırmaq olar: kompüteri idarə edən sistem proqram təminatı (system software), tətbiqi məsələlərin kompüter vasitəsilə həlli üçün nəzərdə tutulmuş tətbiqi proqramlar (application software) və bu iki növ proqramların özlərinin yazıldığı proqramlaşdırma dilləri (programming languages).
İnformasiya sisteminin üçüncü elementi verilənlərdir (data). Burada verilənlərə faktlar toplusu kimi baxmaq olar; məsələn: yaşadığınız ünvan, telefon nömrəniz, oxuduğunuz məktəb - bunların hamısı verilənlərdir. Verilənlər öz-özlüyündə o qədər də faydalı deyil, ancaq bir yerə yığılmış, indekslənmiş və verilənlər bazası (database) şəklində təşkil olunmuş verilənlər çox güclü alət ola bilər. Ona görə də informasiya sistemlərində verilənlər, adətən, verilənlər bazası şəklində saxlanılır. Bu bazalara müxtəlif növ verilənlər toplanılır və çeşidli məsələlərin həllində, qərarların qəbul edilməsində onlardan istifadə olunur.
İnformasiya sistemlərim onların istifadəçiləri (users) - insanlar olmadan təsəvvür etmək olmaz. İnformasiya sisteminin istifadəçilərini bir neçə qrupa ayırmaq olar:
1) təsadüfi istifadəçi - belə istifadəçinin İS ilə qarşılıqlı əlaqəsi onun xidməti vəzifəsi ilə bağlı olmur;

  1. son istifadəçi (end user) - informasiya sistemi məhz bu şəxs(lər) üçün nəzərdə tutulub. Sistemin işlənib-hazırlanması ilə məşğul olan şəxslərdən fərqli olaraq, son istifadəçi (məsələn: mühasib, iqtisadçı, bölmə rəhbəri) yalnız ondan istifadə edir;

  2. İS heyəti – bu heyətə aşağıdakı mütəxəsisslər daxildir:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə