Muhazir texnologiyanin nəZƏRİ Əsaslari. Texnologiya anlayişI, XÜsusiYYƏTLƏRİ komponent strukturu


verilənlər bazasının inzibatçısı (database administrator, DBA)



Yüklə 146,97 Kb.
səhifə9/11
tarix22.05.2023
ölçüsü146,97 Kb.
#111949
1   2   3   4   5   6   7   8   9   10   11
MUHAZİRƏ1

verilənlər bazasının inzibatçısı (database administrator, DBA);

- sistem analitiki (systems analyst) ;
- sistem proqramçısı (systems programmer) ;
- tətbiqi proqramçı (applications programmer);

  • İnformasiya sistemlərinin sonuncu komponenti prosesdir. Proses (process) arzuedilən nəticəyə və ya hədəfə nail olmaq üçün atılmış addımlar seriyasıdır. İstənilən təyinatlı informasiya sisteminin işini təmin edən prosesləri aşağıdakı bloklardan ibarət sxem şəklində göstərmək olar:

    • daxili və ya xarici mənbələrdən informasiyanın daxil edilməsi;

    • giriş informasiyasının emalı və onun əlverişli şəkildə təqdim olunması;

    • müştərilərə təqdim edilməsi və ya başqa sistemə ötürülməsi üçün informasiyanın çıxışa verilməsi;

    • əks-əlaqə - giriş informasiyasının korrektəsi üçün sistemin istifadəçiləri tərəfindən emal edilmiş informasiya.

İnformasiya sistemlərinin təsnifatı
İnformasiya sistemləri vasitəsilə həll edilən məsələlərin rəngarəngliyi çoxlu sayda müxtəlif növ sistemlərin yaranması ilə nəticələnmişdir. Bu sistemlər həm quruluş prinsipləri, həm də informasiyanın emalı qaydaları baxımından bir-birindən fərqlənir. Ona görə də informasiya sistemlərini bir sıra fərqli əlamətlərə görə təsnif etmək olar; məsələn: arxitekturaya, avtomatlaşdırma dərəcəsinə, tətbiq sahəsinə və başqa əlamətlərə görə. Gəlin bu təsnifatlardan biri - informasiya sistemlərinin tətbiq sahəsi, yaxud təyinat üzrə növləri ilə yaxından tanış olaq.
Coğrafi İnformasiya sistemləri

Yer səthinin hər hansı hissəsini və ya bu səth üzərindəki obyektləri təsvir edən verilənlərə coğrafi verilənlər (geographic data) və ya fəza verilənləri (spatial data) deyilir. Bu verilənlər obyektlərin Yer səthindəki yerlərini göstərir. Hər bir obyekt (ölkə, bölgə, şəhər, yollar və s.) ona verilmiş atribut və əməliyyatlar vasitəsilə təsvir edilir. Atributlar mətn, ədədlər, qrafik, audio və video şəklində verilənlərdir.


Hazırda coğrafi informasiya sistemləri (geographic information systems, GIS) daha geniş yayılır. Bu sistemlər coğrafi və ya fəza verilənləri də daxil olmaqla hər növ verilənlərin emalı üçün nəzərdə tutulub. Coğrafi informasiya sistemlərinin layihələndirilməsi, yaradılması və istifadəsinin elmi, texniki, texnoloji və tətbiqi məsələləri ilə məşğul olan sahə geoinformatika adlanır.


Coğrafi informasiya sistemlərinin işləməsi üçün çox güclü aparat vasitələri - irihəcmli yaddasaxlama qurğuları, əksetdirmə sistemləri, yüksəksürətli şəbəkə avadanlıqları tələb olunur.

5..İnformasiya texnologiyalarının evolyusiyası, onların inkişasf mərhələləri



Bütün yanaşmalar üçün ümumi olan odur ki, fərdi kompüterlərin yaranması ilə informasiya texnologiyalar inkişafının yeni mərhələsi başlandı. Əsas məqsəd ondan ibarət olur ki, həm peşəkar sferada, həm də məişət sferasında insanın fərdi informasiya tələbatları təmin edilmiş olsun. Buna uyğun olaraq, bölünmə üçün müxtəlif əlamətləri ayırırlar və buna da uyğun olaraq, informasya texnologiyalarının inkişaf mərhələləri nəzərdən keçirilir.

Yüklə 146,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə