Muhazir texnologiyanin nəZƏRİ Əsaslari. Texnologiya anlayişI, XÜsusiYYƏTLƏRİ komponent strukturu



Yüklə 146,97 Kb.
səhifə7/11
tarix22.05.2023
ölçüsü146,97 Kb.
#111949
1   2   3   4   5   6   7   8   9   10   11
MUHAZİRƏ1

çeşidləmə (nizamlama). Verilənlərin müəyyən əlamətə görə sıraya düzülməsi (məsələn, simvol qiymətlərin əlifba, ədədi qiymətlərin azalına və ya artma qaydası ilə düzülməsi);

  • seçmə. Müəyyən əlamətlərə görə verilənlərin seçilməsi;

  • hesablama. Verilənlərin cəmlənməsi, hasili və ya müəyyən

    üsul və ya düsturla onlar üzərində hesab və ya məntiq əməliyyatlarının aparılması.
    Verilənlərin saxlanması. Əməli fəaliyyət səviyyəsində toplanan və emal olunan bir çox verilənləri sonrakı istifadələr üçün bu və ya digər səviyyədə saxlamaq lazım gəlir. Bu məqsədlə verilənlər bazası yaradılır.
    Hesabatların (sənədlərin) hazırlanması. Verilənlərin emalı texnologiyasında son məhsul kimi təşkilatın rəhbərliyi, işçiləri və həmçinin xarici təşkilatlar üçün hesabatlar və ya sənədlər hazırlanır. Sənədlər həm vaxtaşırı, həm ayın, kvartalın və ilin sonunda, həm də təşkilatın apardığı əməliyyatlarla əlaqədar olaraq sorğulara görə hazırlana bilər.

    İdarəetmənin informasiya təminatı texnologiyası
    İdarəetmənin informasiya sistemi idarə və təşkilatın müxtəlif funksional bölmələrinin və ya idarəetmə səviyyələrinin oxşar informasiya tələbatlarını ödəmək üçün daha əlverişlidir. Həmin informasiya müntəzəm və ya xüsusi idarəetmə hesabatları şəklində verilə bilər. Bu mərhələdə verilənlərin emalı üzrə aşağıdakı məsələlər həli olunur:

    • idarə olunan obyektin planlaşdırılmış vəziyyətinin qiymətləndirilməsi;

    • planlaşdırılmış vəziyyətdən kənara çıxmaların qiymətləndirilməsi;

    • kənara çıxmaların səbəblərinin aşkarlanması;

    • mümkün qərarların səbəblərinin aşkarlanması;

    • mümkün qərarların və hərəkətlərin qiymətləndirilməsi.

    Uyğun proqram təminatı vasitəsilə verilənlər bazasından götürülən verilənlər müntəzəm və (və ya) xüsusi hesabatlara çevrilir və qərar qəbul edən mütəxəssislərə çatdırılır. Göstərilən informasiyanın alınması üçün verilənlər bazası iki cür verilənlərdən ibarət olmalıdır:

    1. təşkilatın apardığı əməliyyatların qiymətləndirilməsi əsasında toplanan verilənlər;

    2. idarəetmə obyektinin (təşkilatın və ya onun funksional bölmələrinin) planlaşdırılmış vəziyyətini təyin edən əmrlər, göstərişlər, kollegiya qərarları, planlar və digər normativ sənədlər.


    Yüklə 146,97 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   11




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə