Muhazir texnologiyanin nəZƏRİ Əsaslari. Texnologiya anlayişI, XÜsusiYYƏTLƏRİ komponent strukturu


/..İnformasiya texnologiyası və onun inkişaf mərhələləri



Yüklə 146,97 Kb.
səhifə4/11
tarix22.05.2023
ölçüsü146,97 Kb.
#111949
1   2   3   4   5   6   7   8   9   10   11
MUHAZİRƏ1

3/..İnformasiya texnologiyası və onun inkişaf mərhələləri.
Texnologiya sözü yunanca “techne“ (ustalıq, bacarıq) və “logos“ (öyrənmək, dərk etmək) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunu və həmin proseslərin özlərini ifadə edir.
İnformasiya texnologiyası – verilənlərin toplanması, ötürülməsi və emalı üçün metod və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.
Fərdi kompyuterin informasiya mühitində tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyasının inkişafını müasir mərhələyə çatdırdı. Bununla da “informasiya texnologiyası” söz birləşməsinə “müasir” sözü əlavə olundu: müasir informasiya texnologiyası.
Müasir sözü bu texnologiyanın təkamüllüyünü yox, müasirliyini, yeniliyini göstərir. Onun tətbiqi o mənada yenilik aktı hesab olunur ki, o, təşkilatların fəaliyyət növlərinin məzmununu əhəmiyyətli dərəcədə dəyişdirmiş olsun. Müasir informasiya texnologiyası anlayışına həmçinin informasiyanın müxtəlif vasitələrlə ötürülməsini təmin edən kommunikasiya texnologiyaları da daxil edilir.
Müasir informasiya texnologiyası istifadəçilərlə “dostsayağı” interfeyslə işləməyi təmin edən, fərdi kompyuterlərdən və telekommunikasiya vasitələrindən istifadə edən texnologiyadır.



İnformasiya texnologiyasının inkişaf mərhələləri
İnformasiya emalı proseslərinin və məsələlərinin növlərinə görə mərhələləri:

  1. ci mərhələ (1960-1970-ci illər) – hesablama mərkəzində kollektiv istifadə rejimində verilənlərin emalı. İnformasiya texnologiyasının inkişafının əsas istiqamətini insanın yerinə yetirdiyi əsasən hesablama tipli mürəkkəb əməliyyatların avtomatlaşdırılması təşkil edirdi.

  2. ci mərhələ (1980-ci illərdən sonra) – strateji məsələlərin həllinə yönəlmiş informasiya texnologiyasının yaradılması.



Yüklə 146,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə