Mühazirə 1 MÜASİr siyasi elmin nəZƏRİ-metodoloji Əsaslari


Müqayisəli (komparativ) metod



Yüklə 22,53 Kb.
səhifə5/8
tarix09.05.2023
ölçüsü22,53 Kb.
#109369
növüMühazirə
1   2   3   4   5   6   7   8
Siyasi tədq mühazirə 1

Müqayisəli (komparativ) metod. Formal məntiq nöqteyinəzərindən hər bir müqayisə iki ya bir neçə hadisə və təzahürlərin oxşar, yaxud fərqli əlamətlərinin müəyyən edilməsinə yönəldilən hərəkətdir. Siyasətdə müqayisəli metod ilk növbədə müxtəlif ölkə, xalq və dövrlərin siyasi həyatının ümumi əlamətlərinin açılmasına istiqamətlənir. Amma o, yalnız bununla məhdudlaşdırıla bilməz, çünki siyasətdə biz xüsusilə mürəkkəb olan sistemlərlə rastlaşırıq. Buna görə də müqayisəli metod siyasi sistem və rejimlərin yalnız oxşar əlamətlərini deyil, onların fərqli, spesifik cəhətlərini də üzə çıxarmalıdır. Makrosiyasi tədqiqatlarda çox geniş istifadə edilən metodlar sırasına müqayisəli-keyfiyyət metodları, o cümlədən müqayisəli-sistemli təhlil daxildir.
Sistemli metod. Hal-hazırda bu metod, ümumiyyətlə, elmi idrakda aparıcı yerlərdən birini tutur. Sistemli yanaşma mürəkkəb, inkişaf edən obyektlərdə daha çox işlədilir ki, siyasi sistem, təşkilat və institutlar da həmin sıraya daxildir. Sistemli yanaşmada obyekt elementlərin çoxluğu kimi qiymətləndirilir və onların qarşılıqlı əlaqəsi bu çoxluğun tam əlamətlərini şərtləndirir. Politologiyada sistemli yaşamadan ilk istifadə edənlərdən biri Amerika tədqiqatçısı D. İston olmuşdur. Siyasi xarakterli obyektlərin son dərəcə çox sayda elementlərdən təşkil olunmasına görə bu yanaşmada müasir hesablayıcı texnikanın istifadəsi tələb edilir.
Struktur-funksional təhlil. T. Parsons, M. Levi və R. Mertonun adları ilə bağlı olan həmin metod siyasəti elementlərin uzlaşdırılmış qarşılıqlı təsiri kimi qiymətləndirir. Bu elementlər siyasətin mürəkkəb strukturunu təşkil edir və ictimai tam çərçivəsində onun müəyyən funksiyalarının yerinə yetirilməsini şərtləndirir. Struktur-funksional təhlilin məqsədi müəyyən sistemin öz əsas funksional vəzifələrinə zərər gətirmədən uyğunlaşdırıla biləcək dəyişikliklərin kəmiyyət qiymətləndirilməsindən ibarətdir. Həmin metod sistemin saxlanma və tənzimlənmə üsullarının tədqiqi üçün məqsədəuyğundur, lakin onun maksimal səmərəsi siyasi sistemlərin müqayisəli təhlilində özünü büruzə verir. Struktur-funksional metod nəinki siyasi sistemin quruluşu və daxili formasının açılmasına, eyni zamanda onun hər bir elementinin funksiyasının təsvir edilməsinə imkan verir.

Yüklə 22,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə