Mühazirə 1 MÜASİr siyasi elmin nəZƏRİ-metodoloji Əsaslari



Yüklə 22,53 Kb.
səhifə6/8
tarix09.05.2023
ölçüsü22,53 Kb.
#109369
növüMühazirə
1   2   3   4   5   6   7   8
Siyasi tədq mühazirə 1

Modelləşdirmə metodu. Real siyasi hadisə, təzahür, obyektlərin tədqiqi mümkün olmayanda, çətinləşəndə, çox baha başa gələndə, yaxud uzun vaxt tələb edəndə modelləşdirmə metoduna ehtiyac yaranır. Burada model real siyasi obyektin analoqu kimi çıxış edir.
Biheviorist metodikalar qrupu. Biheviorizm (ingiliscə behaviourism - davranış) siyasi elmə psixologiyadan gəlmişdir. O, müxtəlif situasiyalarda, o cümlədən siyasi qərarların qəbul edilməsində, seçkilərin keçirilməsində şəxslərin siyasi davranışını öyrənir. Tədqiqatların məqsədi sistemli modelin qurulmasıdır. Bihevioristlərin elmi metodu siyasi elmin yeganə özülü kimi bütün məlumat, bilgi və verilənlərin empirik təsdiqlənməsinin labüdlüyünü nəzərdə tutur. Ç. Merriam, A. Bentli, E. Tomdayk, H. Lasvel və onların həmfikirləri o vaxta qədər hakim mövqe tutan nəzəri formalizmi və institusional-hüquqi yanaşmaları empirik-psixoloji metodikalarla əvəz etməyə çalışırlar. İnsan davranışı tədqiqatların əsas obyekti elan edilir. Biheviorist metodologiya tərəfdarlarının tədqiqat predmeti seçkilər, partiyaların fəaliyyəti - daha geniş götürüldükdə - siyasi aktorların (subyektlərin) şəxsi və mikroqrup davranışı olur. Lakin məlum olur ki, bihevioristlər tərəfindən irəli sürülən və şəxsin niyyətilə onun hərəkətinin xarakteri arasındakı birbaşa asılılığı təsdiq edən əsas formula “S (stimul) - R (reaksiya)” siyasət sahəsində insan fəaliyyətinin sirlərini başa düşmək və açmaq üçün həddindən artıq bəsitdir. Biheviorist metodikaların böyük sosial qrupların qarşılıqlı təsir mexanizmlərini izah etmək, bütövlükdə siyasətə qiymət vermək imkanlarının olmaması da meydana çıxır. Beləliklə, biheviorizm siyasət sahəsinə sırf kəmiyyət ölçüləriylə yanaşmanın məhdudiyyətini nümayiş etdirir.
Qruplar nəzəriyyəsi. A. Bentli, E. R. Herrinq və D. Trumen siyasətin əslində qruplar mübarizəsi olması ideyasını irəli sürmüşlər. D. Trumenin nəzəriyyəsinə görə siyasətdə ən mühüm mənafe birliyi deyil, qrup üzvlərinin bölüşdüyü görüşlər əsasında həmin qrupun daxilindəki qarşılıqlı əlaqədir ki, o, qrup maraqlarının izahının əsas vasitəsidir. Qrup və maraqlar ayrılmazdır. Siyasətdə qərarların qəbul edilməsi təşkilatlanmış qrupların fəaliyyətinin nəticəsidir. Siyasi reallıq həmişə qruplar arasında hakimiyyət və nüfuz uğrunda aparılan daimi mübarizəyə bağlıdır. Beləliklə, qruplar siyasi fəaliyyət və proseslərə önəmli təsir göstərir və bu təsir mütləq öyrənilməlidir.

Yüklə 22,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə