Mühazirə 1 MÜASİr siyasi elmin nəZƏRİ-metodoloji Əsaslari


Siyasi elmin əsas qanunları sırasına daxi



Yüklə 22,53 Kb.
səhifə3/8
tarix09.05.2023
ölçüsü22,53 Kb.
#109369
növüMühazirə
1   2   3   4   5   6   7   8
Siyasi tədq mühazirə 1

Siyasi elmin əsas qanunları sırasına daxili və xarici siyasətin (birincinin aparıcı rol oynaması şərtilə) üzvi qarşılıqlı əlaqə və qarşılıqlı təsir qanunu, siyasi həyatın differensiasiya və mürəkkəbləşmə qanunu, siyasətdə şəxsiyyətin yeri və rolunun artması qanunu, siyasətin və siyasi münasibətlərin beynəlmiləlləşmə və qloballaşma qanunu, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin bərqərar olma və kamilləşmə qanunu, siyasi mədəniyyətin artma qanunu daxildir.
Hər bir elm kimi siyasi elmin də kateqoriyalar sistemi mövcuddur. Həmin kateqoriyalar (dərketmə pillələri) sistemi ictimaiyyatın cəmiyyət, sivilizasiya, vətəndaş cəmiyyəti, ictimai iqtisadi formasiya, hakimiyyət, azadlıq, inqilab, demokratiya, münaqişə, konsensus və s. kimi inteqral kateqoriyalarına əsaslanır. Bununla belə, onun siyasət, siyasi maraqlar, siyasi sistem, siyasi hakimiyyət, siyasi subyekt, siyasi rejim, siyasi proses, siyasi təşkilat, siyasi mədəniyyət, siyasi ekstremizm və s. xüsusi kateqoriyalarını göstərmək mümkündür. Siyasi elmdə tədqiqat alətləri olan əsas anlayışları (kateqoriyaları) bir çox mütəxəssislər aşağıdakı altı qrupa bölürlər:
- Birinci qrupa aid edilən anlayışlar - siyasət, siyasilik, politologiyanın paradiqma, metod və funksiyaları, siyasi məkan - politologiyanm nə olduğunu, onun obyekt və predmetini müəyyənləşdirməyə imkan verir.
-ikinci qrup anlayışlar - siyasi hakimiyyət, nizam-intizam, qayda-qanun, hökmranlıq - siyasi liderlər və elitar təbəqə üçün məqsəd, yaxud vasitə olan struktur və qüvvələri təhlil etməyə imkan yaradır.
-Üçüncü qrup anlayışlar siyasi təsisatların (dövlət, siyasi partiyalar, təzyiq qrupları, inzibati aparat, seçki sistemləri) və siyasət subyektlərinin (liderin şəxsiyyəti, siyasi elita, etnik qruplar, siniflər) tədqiqi ilə bağlıdır.
- Dördüncü qrup anlayışlar, məsələn, siyasi sistemin strukturları, komponentləri, giriş, çıxış, əks əlaqə, kommunikasiya və s. siyasi sistemin öyrənilməsinə kömək göstərir.
-Beşinci qrup anlayışlar siyasi prosesi tədqiq etməyə səbəb olur. Məsələn, inqilab, islahatlar, siyasi modernləşmə, seçki kampaniyası, münaqişələr, siyasi hadisə, situasiya, siyasi şərait və s.
-Altıncı qrup anlayışlar isə əsasən siyasi şüur sahəsini əhatə edir. Bura siyasi psixologiya, ideologiya, siyasi mədəniyyət, siyasi sosiallaşma, siyasi təbliğat və s. aiddir.
Politologiyanın funksiyaları. Funksiya (latınca - functio) anlayışı nə isə etmək, yerinə yetirmək, vəzifə, fəaliyyət dairəsi deməkdir. Politologiyada üç qrup funksiya mövcuddur.
----Birinci qrupu klassik nəzəri funksiyalar təşkil edir. Həmin qrupa üç növ funksiya aiddir: 1. Konseptual-təsviri funksiya - politologiyanın daxilində və hüdudları kənarında tədqiqatçının ixtiyarına müəyyən termin, anlayış və kateqoriyalar verərək, o, siyasi həyatda “nə və necə edilir?” sualını cavablandırmağa köməklik göstərir;
2. İzahedici funksiya - tendensiyalar, faktlar və qanunauyğunluqlar əsasında siyasi proses və hadisələrə müəyyən izah verir və “siyasətdə nə üçün başqa cür deyil, məhz bu cür edilir?” sualını cavablandırır;
3. Proqnostik funksiyanın vəzifəsi öncədən siyasi hadisələrin gedişatını müəyyənləşdirməkdən ibarətdir. Elmin əsas məqsədlərindən biri proqnozdur. Məhz bu səbəbdən siyasi tədqiqatın dəyəri təkcə müəyyən tendensiyaların adekvat əks edilməsi ilə deyil, həm də elmi baxımdan əsaslandırılmış proqnozların mövcudluğu ilə ölçülür. Bu gün qəbul edilən siyasi qərarların sonrakı nəticələrinin proqnozlaşdırılması və siyasi monitorinq əsasında gələcəkdə mümkün olan istənilməz siyasi hadisələr haqqında verilən məlumatlar xüsusi maraq kəsb edir.
-----Politologiyanın funksiyalarının ikinci qrupu tətbiqi xarakter daşıyır:
1.Metodoloji-qiymətləndirmə funksiyası tədqiqatçıya metodların və tədqiqat prosedurlarının sistemini verir. Bu müəyyən mənada siyasi texnologiya və siyasi təhlilin nəzəriyyəsi, tədqiqat nəticələrinin dərketmə baxımından xeyirliliyinin qiymətləndirilməsidir;
2. İnteqrasiya olunma (birləşdirmə) funksiyası başqa elmlərin nailiyyətlərinin istifadəsi imkanlarının yaradılmasından ibarətdir. Həmin funksiya göstərir ki, bu elm öz dili (termin, anlayış və kateqoriyaları) və metodoloji vasitələrinin köməkliyilə qohum elmlərlə nə dərəcədə “əməkdaşlıq” edə bilir.
------Üçüncü qrup funksiyalar elmin xaricində gerçəkləşən funksiyalardır:
1. İnstrumental-rasionallaşdırıcı (idarəedici) funksiya siyasət subyektlərinə siyasi şərait, situasiya və onlara müvəffəqiyyətli təsirin vasitələri haqqında bilgi verir. O, “necə və nə üçün?” suallarını cavablandırır.
2. İdeoloji funksiya cəmiyyətdə, dövlətdə mövcud olan siyasi dəyərlərin əsaslandırılmasından və işləyən ictimai-siyasi dəyərlərin məzmununa yenidən baxılmasından ibarətdir. Bu funksiya “Nədən ötrü?” sualına cavab verir. Yuxanda göstərilən bütün funksiyalar politologiyanın həyatla sıx əlaqəsini əks etdirir.


Yüklə 22,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə