Mühazirə 1 MÜASİr siyasi elmin nəZƏRİ-metodoloji Əsaslari


Siyasi elmdə metodologiya və metodlar



Yüklə 22,53 Kb.
səhifə4/8
tarix09.05.2023
ölçüsü22,53 Kb.
#109369
növüMühazirə
1   2   3   4   5   6   7   8
Siyasi tədq mühazirə 1

2. Siyasi elmdə metodologiya və metodlar
Siyasi hadisə, təzahür və prosesləri öyrəndikdə siyasi elm müxtəlif tədqiqat metodlanndan istifadə edir. Yaxşı məlumdur ki, tədqiqat metodları təhlil vasitələri, habelə nəzəriyyənin yoxlama və qiymətləndirmə üsullarıdır. Siyasi tədqiqatların metodu siyasi fenomen və proseslərin əsas cəhətlərini izah edən nəzəri modellərin qurulmasının başlıca üsuludur. Siyasi elmin təşəkkül və inkişaf tarixi dərketmə metodlarının müəyyən təkamülünü nümayiş etdirərək hər bir böyük tarixi dövrdə siyasi təhlilin konkret üsullarının üstünlük təşkil etməsini aşkara çıxarır.. Yeni dövrdə onları siyasətin dərk edilməsinin daha rasionallaşdırılmış formal-hüquqi, institusional və tarixi-müqayisəli metodları əvəz edir. Sonuncular XIX əsrin ikinci yarısından başlayaraq siyasi həyatın öyrənilməsinin sosioloji üsulları ilə birgə fəal istifadə edilir. XX əsrin əvvəlində biheviorçu metodikalar ön plana çıxmağa başlayır və “bihevioral inqilab” (XX əsrin 40-60-cı illəri) zamanı tam üstünlük təşkil edir. Postbihevioral dövrdə (XX əsrin 60- cı illərindən başlayaraq) siyasətin öyrənilməsinin ənənəvi və yeni kəmiyyət və keyfiyyət üsullarının daha da mürəkkəb birləşdirilməsi təqdim edilir. Bu zaman “rasional seçim” modeli ön plana çıxaraq biheviorçuların psixologiyadan götürülmüş metodlarının yerinə formal qayda-qanun və riyazi ciddiliklə fərqlənən metodları irəli sürür və əsaslandırır. Müasir siyasi elmdə (XX əsrin sonu - XXI əsrin başlanğıcı) ümumi nəzəriyyə kimi başa düşülən metodologiya demək olar ki, yoxdur. Bəzi tədqiqatçıların mürəkkəb riyazi metodlara arxalanması, digərlərinin öz konseptual mühakimələrində postmodernizmin fəlsəfi-nəzəri özülünə əsaslanması, üçüncülərin isə “yeni institusionalizm”, yaxud feminizm ideyalarının bölüşdürülməsi artıq normaya çevrilmişdir. Yəni hal-hazırda siyasi elmdə həmin ənənəvi metodların, həm də yeni nəzəri konstruksiya və metodoloji yanaşmaların çox geniş spektri səmərəli istifadə edilir. Siyasi elmdə işlədilən metodların sırf politoloji metodlar olub-olmadığı barədə müxtəlif fikirlər yürüdülür.
----Bəzi müəlliflər hesab edirlər ki, spesifik politoloji metodlar yoxdur, siyasi həyatın tədqiqində isə humanitar araşdırmaların metodikası və empirik tədqiqatlar texnikasının simbiozu cəlb olunur. Məsələn, politoloji empirik-analitik cərəyanın tərəfdarlarına görə bütün elmlərə eyni elmi-məntiqi meyarlar xasdır.
----Başqa yanaşmaya uyğun olaraq, metodlar fəlsəfi, ümumelmi və xüsusi elmi metodlara bölünür. Belə ki, müqayisə, təhlil və sintez, ümumiləşdirmə, mücərrədlikdən konkretliyə yüksəlmə, induksiya və deduksiya, müşahidə - ümumelmi xarakter daşıyan metodlardır. İndinin özündə elmlərin qarşılıqlı əlaqəsinin dərinləşməsi ona gətirib çıxarır ki, müəyyən elmlərin metodları konkretləşdirilərək get-gedə daha geniş şəkildə başqa elmlərdə də istifadə edilir. Siyasi elmdə çox səmərəli işlədilən əsas metodlar aşağıdakılardır:
Tarixi metod. Siyasi təhlildə tarixi metodun tətbiqinin əhəmiyyəti əsasən siyasi praktikanın tələbatı ilə şərtləndirilir, çünki onun düzgün işlədilməsi siyasətdə subyektivizm və volyuntarizmin təzahüründən qaçmağa imkan yaradır. Bundan başqa, öyrənilən siyasi hadisə və proseslərin tarixinin inikası konkret tarixi şəraitdə onlara xas olan spesifik xüsusiyyətlərin canlanmasını nəzərdə tutur.

Yüklə 22,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə