Mühazirə 1 MÜASİr siyasi elmin nəZƏRİ-metodoloji Əsaslari


Siyasi kommunikasiya metodu



Yüklə 22,53 Kb.
səhifə7/8
tarix09.05.2023
ölçüsü22,53 Kb.
#109369
növüMühazirə
1   2   3   4   5   6   7   8
Siyasi tədq mühazirə 1

Siyasi kommunikasiya metodu. Kommunikasiya (latınca communicatio - ümumi etmək, əlaqə yaratmaq, ünsiyyətdə olmaq) əlaqə forması və ünsiyyət aktıdır. Bu elə prosesdir ki, onun vasitəsilə şəxs, yaxud qrup digər şəxsə, yaxud qrupa konkret məsələyə dair müəyyən informasiya ötürür. 1963-cü ildə tanınmış politoloq K. Doyç özünün “İdarəetmə sinirləri” kitabında siyasi sistemlərin stimullaşdırıcı “kibemetik” modelini bir kommunikasiya strukturu kimi işləyib hazırlamışdır.
Oyunlar nəzəriyyəsi və qərarlar qəbuletmə metodu. Politologiyada oyunlar nəzəriyyəsi çox qiymətlidir. Siyasi fəlsəfə səviyyəsində formal oyunlar modelləri hakimiyyət, azadlıq, bərabərlik və bu qəbildən olan digər kateqoriyaların öyrənilməsinə kömək edir. Bürokratik prosesin tədqiqi nöqteyi-nəzərindən onlar kommunikasiya, informatizasiya, mərkəzləşmə və qeyri-mərkəzləşmənin təhlilində, habelə ictimai və siyasi sabitliyin araşdırılmasında da faydalıdır. Oyunlar nəzəriyyəsi başqa siyasi suallara da cavab verməyə kömək göstərir. Bu nəzəriyyənin tərkib hissəsini qərarlar qəbuletmə metodu təşkil edir. “Qərarlar qəbuletmə” termini XX əsrin 30-cu illərində Ç. Bernard, E. Stin və digər Amerika alimlərinin əsərlərində sosial və təşkilati proseslərin qeyri-mərkəzləşməsinin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün istifadə edilməyə başlayır. 60-cı illərdən bəri həmin metod geniş yayılır. Bu, əlbəttə, təsadüfi deyil. Çünki hər bir siyasi sistemdə qərarlar qəbul edən şəxslər, yaxud təşkilatlar mövcuddur ki, onlar hə min siyasi sistemin elitası hesab olunurlar. Onların tərəfindən siyasi qərarların qəbuletmə alqoritminin aydınlaşdırılması çox böyük maraq doğurur. Bu metodun əsas müsbət cəhəti elmin praktikaya yaxınlaşmasından ibarətdir. Müasir siyasi elm inkişaf etdikcə daha çox tətbiqi siyasi texnologiyalara üz çevirir. Siyasi proseslərin öyrənilməsində sosiologiya və tətbiqi politologiyanın qovuşuğunda yerləşən siyasi monitorinq və kontent - təhlil daha çox istifadə edilən texnologiyalara (metodlara) aiddir.
Siyasi monitorinq - hər hansı siyasi təzahürün vəziyyətinin və inkişafının müşahidəsi, qiymətləndirilməsi və proqnozudur. Monitorinq (təqibetmə) birdəfəlik tədqiqi yox, öyrənilən obyekti inkişafda təhlil etməyə imkan verən izləmənin müəyyən ardıcıllığını nəzərdə tutur. Monitorinq obyekti siyasi partiyalar, hərəkətlər və onların liderləri, siyasi hadisələr, o cümlədən siyasi münaqişələr, seçki kampaniyaları və s. ola bilər. Siyasi monitorinq müxtəlif metodikalardan istifadəni nəzərdə tutur. Məsələn, siyasi partiyaların reytinqini izləmək üçün sorğu, anketləşmə və ekspert qiymətləndirmədən istifadə etmək məqsədəuyğundur. Monitorinqin təşkilində kompleks yanaşma isə ən yaxşı nəticə verir. Kompüter texnologiyalarının istifadəsi zamanı tədqiqat imkanları qat-qat artır.
Kontent-təhlil (ingiliscə content - məzmun) - bu və ya digər mətn məzmununun spesifik formallaşdırılmış təhlilidir. Bu metod siyasi qərarların və proqnozların hazırlanması və həyata keçirilməsinin əsas köməkçi metodlarından birinə çevrilir.
Case-study” metodu. Son zamanlar politoloqlar geniş miqyaslı millətlərarası komparativ tədqiqatlarla yanaşı, diqqətlə seçilmiş unikal case - studies təhlil üsulundan da böyük bacarıqla istifadə edirlər. “Case-study” (ingiliscə case study - hadisənin öyrənilməsi) - tipologiyadan kəskin surətdə fərqlənən və ayrı-ayrı, təkrarlanmayan konkret hadisələri öyrənən ümumelmi keyfiyyət metodlarından biridir.

Yüklə 22,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə