MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri



Yüklə 336,78 Kb.
səhifə13/22
tarix21.05.2022
ölçüsü336,78 Kb.
#87615
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl ri

Yerüstü kəşfiyyat  ən dəqiq, daha dolğun kəşfiyyat növü sa­yılır və bütün MM qərargahları tərəfindən təşkil edilir.
Havadan kəşfiyyat  zədələnmə ocaqlarında, təbii fəla­kət və qəza rayonlarında ümumi vəziyyəti tez aşkar etmək üçün təy­ya­rələr və helikopterlərlə aparılır. Belə kəşfiyyatı, adətən, res­pub­lika MM qərargahı təşkil edir.
Dənizdən (çaydan) kəşfiyyat  sahillərdə, limanlarda, bu­ra­dakı qurğularda vəziyyəti öyrənmək məqsədi güdür, yüksək sü­rətli gəmilər və katerlər vasitəsilə icra edilir.
Yerinə yetirdiyi vəzifələrin xarakterinə görə, ümumi kəşfiy­yat fövqəladə hallar baş vermiş sahələrdə yaranan vəziyyət barədə dərhal ilkin məlumatlar əldə etmək üçündür. Belə qoşunlara MM qo­şun hissələrinin, hərbiləşdirilməmiş dəstələrin, habelə rayonla­rın, obyektlərin kəşfiyyat qrupları, manqaları, müşahidə və la­bo­ra­to­­ri­ya nəzarət şəbəkəsi cəlb olunur.
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır. Plan müvafiq mülki müdafiə qərargahında əvvəlcədən tərtib edilir, yu­xarı qərargahla razılaşdırılır və mülki müdafiə rəhbəri tərə­fin­dən təsdiqlənir. Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edi­lir, burada idarəetmə məntəqələrinin, mühafizə qurğularının, kəş­fiyyat bölmələrinin yerləri, bu bölmələrin konkret fəaliyyət mar­şrut­ları, vəzifələrini yerinə yetirdikdən sonra toplanış məntəqələri şər­ti işarələrlə göstərilir. Mülki müdafiə qərargahının rəisi bölmə kom­andirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda yaranmış vəziyyət barədə qı­sa məlumat verilir, kəşfiyyatın nə münasibətlə aparıldığı, onun kon­kret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı ra­bitə yaratmaq və kəşfiyyatın nəticələri barədə məlumat vermək qay­daları dəqiq göstərilir.
Şəhərdə, rayonda və obyektlərdə kəşfiyyat işlərinə radiasiya və kimya müşahidə postları, MM kəşfiyyat qrupları, xidmətlərin və dəstələrin kəşfiyyat manqaları (MLNŞ) müəssi­sə­ləri cəlb edilir.
Radiasiya və kimya müşahidə postları (RKMP) – bütün ob­yektlərdə yaradılır və təhlükə yaranarkən bilavasitə fəaliyyətə başlayır. Onların əsas vəzifələri radioaktiv və kimyəvi zəhər­lən­məni vaxtında aşkar etmək, müşahidə sahə­sin­də vəziyyətin də­yiş­mə­sinə fasiləsiz göz qoymaq və qərargaha müntəzəm surətdə mə­lu­mat verməkdir. Təbii fəlakət və istehsalat qəzaları vaxtı ona di­gər vəzifələr də tapşırıla bilər. Post elə bir yerdə qoyulmalıdır ki, ora­dan hər tərəfi müşahidə etmək mümkün olsun və postun özü MM idarəetmə məntəqəsinin yaxınlığında yerləşsin. Müşahi­də­çi­lə­rin daldalan­ması və növbədən sonra dincəlməsi üçün burada hök­mən üstüörtülü səngər düzəldilir, müşahidəçi duran yerdə cə­hət­ləri göstərən nişan qoyulur. Postun heyəti onun rəisindən və iki mü­şahidəçidən ibarətdir. Onlar müşahidəni vizual üsulla, habelə radiasiya və kimya kəşfiyyatı cihazları vasitəsilə aparırlar. Bu məq­­sədlə onlar cihazlardan əlavə, həmçinin fərdi mühafizə vas­i­tə­lə­ri, rabitə və xəbərdarlıq vasitələri, kompas, saat, səmt göstərən və bucaqölçən, xüsusi limb, müşahidə jurnalı, habelə öz və­zi­fə­lə­ri­ni yerinə yetirmək üçün lazım olan digər avadanlıqla təchiz olunurlar.
Kəşfiyyat qrupu manqası isə təbii fəlakət, qəza nəticəsində bilavasitə obyektdə, digər fəaliyyət rayonunda, habelə düşmən bas­qınından sonra zədələnmə ocağında, hərəkət marşrutlarında ya­ran­mış vəziyyəti öyrənmək məqsədilə göndə­rilir. Kəşfiyyat qrupu – qrup komandirindən və hərəsi 3 nəfərlik bir rabitə və bir neçə kəş­fiy­yat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500 m aralı üç mühafizə qurğu­sun­da, yaxud 800 m-dək zolaqda (şəhərin 2-3 məhəlləsindən ibarət sahədə) kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Qrup fərdi mühafizə vasitələri, radiasiya və kim­ya kəş­fiy­yatı cihazları, hədd nişanları dəsti, fərdi dozimetrlərlə təc­hiz edi­lir, fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə va­si­tə­lə­ri, ha­be­lə hərəkət marşrutunun sxemi, obyektdə kəşfiyyat apa­r­dıq­da isə kəş­fiyyat sxemi verilir.
Zəhərlənmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyəsi 0,5 rentgen-saat olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır. Zə­hər­lənməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və ni­şan­da zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı yolun kənarında yaxşı görünən yerdə qo­yul­ma­lıdır. Nişanı elə qoyurlar ki, onun üz tərəfi zəhərlənmə olmayan və ya az olan sahəyə tərəf dursun. Qrupun komandiri hərəkəti davam etdirərək marşrutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri, zəhərlənmənin növünü və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə radio vasitəsilə obyektin MM qərargahına mə­lumat verir. Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sex­lər­də, qurğularda, xüsusən də xilasetmə işləri aparılacaq sahələrdə zə­hərlənmənin növünü, səviyyəsini (dərəcəsini) təyin edir, vəziy­yə­tin dəyişməsinə nəzarət edirlər.
Kəşfiyyata başlamaq üçün çı­xış məntəqəsinin yeri obyektin yaxınlığında müəyyən edilir. Burada qrupun koman­diri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat aparmaq üçün manqalara tapşırıq verir. Kəşfiyyatçılar obyektin sexlərində, sığınacaqlarında, xilas­et­mə aparılacaq yerlərdə yaranmış vəziyyəti (dağıntıların, yan­ğın­la­rın xarakterini, adamlar qalmış yerləri və s.) öyrənir, zə­hər­lən­mə­nin səviyyəsini ölçürlər. Belə yerlər, adətən, əvvəlcədən müəyyən edi­lir və yuxarıda deyildiyi kimi, obyektin kəşfiyyat sxemində (pla­nında) göstərilir.
Kəşfiyyat qurtarandan sonra kəşfiyyat qrupu (manqası) top­la­nış məntəqəsinə gəlir, komandir qərargaha vəzifələrin yerinə ye­ti­rilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir. Bundan sonra o, lazımi hallarda avtomobilin, şəxsi heyətin zəhərlənmə dərəcəsini yoxlayır, buna ehtiyac varsa, xüsusi tə­miz­ləmə işlərini təşkil edir, dozimetrlərin göstəriciləri əsasında şəxsi heyətin məruz qaldığı şüalanma dozalarını hesablayır və qru­pu yeni vəzifələrin icrası üçün işə hazırlayır. Müxtəlif təbii fəlakətlər və qəzalar zamanı aparılan kəşfiyyatın xüsusiyyətləri, əsa­sən, onun konkret vəzifələrində təzahür edir. Qəza yerlərini diq­qətlə müayinə etməklə, adamlar toplanan yerlərə, anbarlara, su mən­bə­lərinə xüsusi diqqət yetirməklə, havadan və torpaqdan nümu­nə­lər götürüb analizə göndərməklə bu vəzifələrin öhdəsindən gəl­mək mümkündür. Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas və­zi­fələri isə bina və tikililərin nə dərəcədə dağıldığını, uç­qun­lar al­tın­da adamlar qalan yerləri və onların vəziyyətini, ikinci zədə­lən­mə ocaqlarının (yanğın, daşqın, kimyəvi zəhərlənmə) ya­ra­nıb-ya­ran­madığını öyrənmək, qaz, su, elektrik şəbəkələrində qə­za­ların ye­rini, dərəcəsini, xilasetmə işlərinin növünü, həcmini və s. müəy­yən etməkdən ibarətdir. Daşqın və sel vaxtı kəşfiyyat böl­mələri fəlakətli sahələrin hüdudlarını, yardıma ehtiyacı olan adam­lar, ha­be­lə kənd təsərrüfatı heyvanları qalmış sahələri mü­əy­yənləşdirir, daşqın zonasından çıxarılmalı maddi sərvətləri aşkar edir, üz­gü­çülük vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s.
Sülh və müharibə dövründə ətraf mühitin sağlamlığı üzrə kəş­­fiyyat işlərinin bir qismi də respublikanın müşahidə və la­bo­ra­to­riya nəzarəti şəbəkəsi tərəfindən yerinə yetirilir. Bu şəbəkənin və­zifələri, tərkibi və fəaliyyət qaydası xüsusi əsasnamə ilə müəy­yən və təsdiq edilmişdir.

Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə