MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


UQ-2, UQ-3 tipli səyyar universal qaz analizatorlar



Yüklə 336,78 Kb.
səhifə12/22
tarix21.05.2022
ölçüsü336,78 Kb.
#87615
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl ri

UQ-2, UQ-3 tipli səyyar universal qaz analizatorlar

Bu qaz analizatorlar istehsalat binalarında, havada xlor, amonyak, sulfat anhidridi, hidrogen sulfıd, karbon oksidi, azot oksidləri və s. zəhərli qazların (buxarların) konsentrasiyalarını müəyyən etmək üçündür.


Qaz analizatoru istehsalat binasının havasındakı zəhərli qaz (buxar) konsentrasiyalarını aşağıdakı şəraitdə müəyyən edə bilir: ha¬vada tozun miqdarı ən çoxu 40 mq/m3, təzyiq 740-dan 780-mm c. süt-dək, nisbi rütubət ən çoxu 90% və temperatur 10°C-dən 30°C-dək (sul¬fat anhidridi üçün 15°C-dən 30°C-dək). Bundan fərqli olan şəraitdə qaz analizatoru ölçmənin lazımi dəqiqliyini tə'min etmir, çünki ölçmə xətaları xeyli artır.
Qaz analizatorunun ölçmə xətası (qeyri-dəqiqliyi) müəyyən edilən hər bir qaza aid şkalanın yuxarı həddinin göstəricisindən ən со¬хи ± 10%-dir. Yoxlanılan havanın sorulma müddəti tə'yin edilən qazın (buxarın) növündən asılı olur və cihazın işlədilməsi üzrə tə'limatda göstərilir.
Qaz analizatorunun işləmə prinsipi - tərkibində zəhərli qazlar (buxanar) olan müəyyən həcmdə havanın indikator borucuğundan keçirilməsinə əsaslanır. Bu zaman müəyyən edilən qaz (buxar) və borucuğun doldurucusundakı reaktiv arasında gedən reaksiya nəticəsində indikator borucuğunda qırmızı rəngli sütun yaranır.
İndikator borucuğunda yaranan qırmızı rəngli sütunun uzunluğu müəyyən edilən qazın havadakı konsentrasiyasına mütənasib olur və mq/m3 dərəcəli şkala vasitəsilə ölçülür (şkala etiketlərdə mətbəə üsulu ilə hazırlanır.
Qaz analizatoru vasitəsilə havanın ekspress analizinin (tə'cili analizi) xüsusi bilikləri olmayan işçilər də apara bilər. Cihaz dəstinə:
üç ştoku olan havasoran tərtibat;
indikator borucuqlarını doldurmaq üçün indikasiya vasitələri və ləvazimatdan ibarət xüsusi dəst qutusu;
cihazın pasportu daxildir.

MÜHAZİRƏ 9


Mülki müdafiə kəşfiyyatı,aparılması,təşkili.
Kəşfiyyat MM quvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir.
Fövqəladə hadisənin baş verdiyi ərazidəki vəziyyəti düzgün qiymətləndirmək yaranmış problemlərin həlli demək­dir. Fövqə­la­də hadisənin düzgün qiymətləndirilməsi üçün kəşfiyyatı düzgün təş­kil etmək bütün mülki müdafiə rəhbərlə­ri­nin, qərargahların və komandirlərin vacib vəzifəsidir. Kəşfiy­ya­tın konkret məqsədini, ilk növbədə hansı məlumatların toplanmasını və müddətini, bu­nun üçün istifadə ediləcək qüvvələri mülki müdafiə rəhbəri mü­əy­yən­ləş­dirir.
Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün mülki müdafiə qərar­ga­hının rəisi tam məsuliyyət daşıyır, bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazır­la­yır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və ümumi­ləş­dirir. Fəlakət rayonlarında və ya zə­­dələnmə ocaqla­rın­da vəziyyət barədəki məlumatlar dərhal MM rəhbərlərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin ta­be­likdəki qərargah­lara, dəstə komandirlərinə çatdırılır.
MM kəşfiyyatının əsas vəzifələri sülh dövründə:
- ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bit­ki­çi­lik məhsullarının radioaktiv, kimyəvi, bakterial maddə­lərlə çirk­lən­məsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;
- yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epi­zo­tik vəziyyətə müntəzəm nəzarət etmək;
- güclu istehsalat qəzası və ya təbii fəlakət baş vermiş ra­yon­larda yaranan vəziyyətləri aşkar etməkdir.
Müharibə dövründə düşmən basqınından sonra isə kəş­fiy­ya­tın vəzifələri aşağıdakı məlumatları əldə etməkdir:
− işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya en­di­ril­diyi, nüvə partlayışının gücü və koordinatları;
− radiasiyanın səviyyəsi, zəhərləyici maddənin konsen­trasi­ya­sı, zəhərli hava buludunun yayılma istiqaməti;
− zədələnmə ocağının hüdudları;
− xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şə­rai­tinin necə dəyişdiyi;
− mühafizə qurğularının, oradakı adamların vəziyyəti, on­la­ra yardım göstərmənin yolları;
− kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, habelə MM dəstələri, köçürülən əhali hərəkət edəcək marşrutların və­zi­y­yəti;
− yanğın yerləri, onların yayılma istiqaməti;
− hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəla­kətli su­basma və daşqın zonaların yaranıb-yaranmadığı və s.
Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparıl­ma­lı, başlıcası isə topladığı məlumatlar dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail olmaqdan ötrü kəşfiyyat qüvvələrini (kəş­fiyyat qrupları, manqaları, müşahidə postları, nəzarət labo­ra­to­riyaları və s.) əvvəlcədən komplektləşdirib işə hazırlamaq, on­la­rın fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəş­fiy­yatın müxtəlif novlərindən, üsulların­dan, qüvvə və vasitələrdən is­ti­fadə etmək lazımdır.
Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yer­üs­tü kəşfiyyat, havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən edilmişdir.

Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə