MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


Mühazirə 8 RADİASİYA, KİMYƏVİ KƏŞFİYYAT VƏ DOZİMETRİK NƏZARƏT CİHAZLARI



Yüklə 336,78 Kb.
səhifə10/22
tarix21.05.2022
ölçüsü336,78 Kb.
#87615
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl ri

Mühazirə 8
RADİASİYA, KİMYƏVİ KƏŞFİYYAT VƏ DOZİMETRİK NƏZARƏT CİHAZLARI

Mülki müdafıə (MM) sistemində dozimetriyanın əsas vəzifəsi - müxtəlif radiasiya şəraitində əhalinin, MM qoşunlan və hərbiləşməmiş dəstələrinin fəaliyyətini tə'min etmək məqsədilə ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.


Dozimetriya vasitəsi ilə aşağıdakı işlər yerinə yetirilir:
əhalinin həyat fəaliyyətinin və zədələnmə ocaqlarında xilasetmə və digər tə'xirəsalınmaz işlərin təhlükəsizliyini tə'min etmək üçün şüalanmaların aşkar edilməsi və ölçülməsi;
dezaktivasiya və sanitariya təmizlənməsi keçirilməsi zərurətini, bunların keyfıyyətini müəyyən etmək, habelə zəhərlənmiş ərzaq məhsullarından istifadə etməyin mümkünlüyünü, normalarını tə'yin etmək üçün müxtəlif obyektlərin zəhərlənmə dərəcələrinin ölçülməsi;
radiasiya baxımından əhalinin və ayrı-ayrı adamların iş qabiliyyətini müəyyənləşdirmək məqsədilə şüalanma dozalarının olçülməsi;
ərzaq məhsullarının, suyun, alafın radioaktiv maddələrlə zəhərlənmə dərəcələrinin laboratoriyalarda ölçülməsi.
Dozimetrik cihazları-onların tə'yinatına, vericisinin tipinə, ölçülən şüalanmanın növünə və cihazın sxeminin çevirdiyi elektrik siqnallarının xarakterinə görə təsnif etmək olar.
Tə'yinatına görə bütün cihazlar aşağıdakı qruplara ayrılır:
• İndikatorlar - radiasiya kəşfıyyatı üçün ən sadə cihazlardır; bu cihazlar vasitəsilə şüalanmaları aşkar etmək, β və γ-şüalanma dozalarının gücünü təxmini qiymətləndirmək mümkündür. Cihazlar işıq və ya səs siqnalı verən sadə elektrik sxeminə malikdir. İndikatorlar vasitəsilə doza gücünün artdığını və ya azaldığını tə'yin etmək olur. Belə cihazlarda verici olaraq qazboşalma şayğacı tətbiq edilir. Cihazların bu qrupuna DP-64 indikatoru aiddir.
• Rentgenmetrlər - rentgen şüalarının və ya γ-şüalanma dozalarının gücünü ölçmək üçündür.
Belə cihazların ölçmə diapazonu rentgenin yüzdə bir qismindən bir neçə yüz rentgen -saata (R/s) qədərdir.
Bu cihazlarda verici olaraq ionlaşma kameraları və ya qazboşalma sayğacları tətbiq edilir.
Rentgenmetrlər DP-3, DP-3B, DP-5A, В, V, İMD-21, İMD-1 və s. markaları məlumdur.
• Radiometrlər - müxtəlif səthlərin, avadanlığın, texnikanın, paltarların, havanın əsasən α və β hissəciklərlə radioaktiv zəhərlənməsini aşkar etmək və bu zəhərlənmənin dərəcəsini müəyyən etmək üçündür. Radiometr vasitəsilə az səviyyəli γ-şüalanmanı da ölçmək mümkündür.
Radiometrlərdə verici olaraq qazboşalma və ssintillyasiya sayğacları işlədilir.
Bu cihazlar daha çox yayılmış və geniş tətbiq olunurlar. Universal bazalı QBR-3 cihazı, SRP-68-01, "Luç-A beta-qamma radiometri, "Tiss radiometri, DP-100 M, DP-100 ADM radiometrik qurğuları və s. belə cihazlardır.
• Dozimetrlər - zəhərlənmiş rayonda fəaliyyət göstərən bütün müddət ərzində şəxsi hey'ətin aldığı cəmi şüalanma dozalarını (əsasən γ-şüalanma dozalarını) müəyyən etmək üçündür.
Fərdi dozimetrlər kiçikölçülü ionlaşma kamerasından və plyonkalı fotokasetdən ibarətdir.
Kameralar komplektindən (dəstindən) və doldurma-ölçmə tərtibatından ibarət cihaz dəstinə - fərdi dozimetrik nəzarət komplekti deyilir.
DK-02, DP-22V, DP-24, İD-1, İD-11 və s. cihazlar fərdi dozimetrlər komplektləridir. Qəbul edicinin (detektor tipinə görə cihazları: ionlaşma kameraları, sifindr formalı və kəllə qazboşalma sayğacları, ssintillyasiya sayğacları və fotomüqavimətli sayğaclar tətbiq olunan cihazlar növünə ayırmaq olar.
Ölçülən şüalanmanın növünə görə, cihazları - γ-şüalanma ölçən, β və α hissecikləri ölçən cihazlara ayırmaq mümkündür.
Cihazın sxemində çevrilən siqnalların xarakterinə görə dozi¬metrik qurğular iki qrupa ayrıla bilər.
Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edilən şüalanmaların hissəcikləri və ya fotonları detektor vasitəsilə qısa, ar¬dlcıl elektrik siqnallarına (impulslara) çevrilir.
İkinci qrupa aid dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən şüalanmaları fasiləsiz sabit cərəyana çevirir.
Müasir dozimetrik cihazların, demək olar ki, hamısı ionlaşma metodu əsasında işləyir. Cihazların əsas qovşaqları aşağıdakılardan Ibarətdir:
• vericilərin əsas tərkib hissəsi olmaqla, detektorlar, yə'ni ionlaşma kameraları, qazboşalma sayğacları və ya ssintillyatorlar;
• impulsların çevirici elektrik sxemi;
• ölçmə və ya qeydetmə cihazları (cihazın ölçəcəyi fıziki kəmiyyət vahidlərinə bilavasitə dərəcələndirilmiş şkalalar.
İonlaşdırıcı şüalanmaların aşkar edilməsi və
ölçülməsi üsulları
İonlaşdırıcı şüalanmaları aşkar etmək, onların enercisini və digər xassələrini ölçmək üçün istifadə edilən cihazlara detektor deyiliı. Detektor tədqiq edilən şüalanmaları ölçmək üçün istifadə olunan cihazla¬rın əksəriyyətinin, habelə mürəkkəb qurğuların vacib hissəsidir.
Detektorun iş prinsipi xeyli dərəcədə, şüalanma ilə detektor maddəsinin qarşılıqlı tə'siri zamanı meydana çıxan halın (effektin) xarakteri ilə müəyyən edilir, cihazın işi (şüalanmanı qeyd etməsi) ilə bu effektin aşkar edilməsi və ölçülməsi ilə əlaqədardır.
Detektorların əksəriyyətinin işi ionlaşdırıcı şüalanmadan maddənin ionlaşması, və ya onun atomlarının və ya molekullarının tə'sirlənməsi (həyəcanlanması) effektinin
aşkar olunmasına əsaslanır. Qazlarda ionlaşma effektinin aşkar olunması əsasında işləyən detektorlara. ionlaşma kameraları və qazboşalma sayğacları aid edilir.
İonlaşma kamerasında şüalanmanın yaratdığı elektronlar və müsbət ionlar elektrik sahəsi qüvvəsinin tə'siri altında müvafıq elektrodlara tərəf hərəkət edir, nəticədə xarici dövrədə cərəyanın kəmiyyətinə görə ionlaşma effektini ölçmək mümkün olur.
Qazboşalma sayğacında, ionlaşma kamerasından fərqli olaraq, ikinci ionlaşma hesabına qaz güclənməsi effektindən istifadə olunur ki, belə halda müvafıq elektrodlara çatan elektronların və müsbət ionların sayı ionlaşma zamanı yaranan ionların sayından bir neçə dəfə artıq olur.
İonlaşdırıcı şüalanmalar bə'zi maddələrdən keçərkən, tə'sirlənmiş atomların və ya molekulların öz normal halına qayıtması nəticəsində flüoressensiya (işıqlanma) baş verir. İşıq pırıltıları fotoelektron gücləndiricisi vasitəsilə elektrik siqnalına çevrilir. Flüore¬ssensiya hadisəsindən (effektindən) istifadə olunan detektorlar ssin-iıllyasiya sayğacları (işıqlanma sayğacları) adlanır.
Aktivlik - radioaktiv maddənin vaxt vahidi ərzində radioaktiv çevrilmələrin sayı ilə ifadə olunan miqdar ölçüsünə deyilir.
Sİ (Beynəlxalq) vahidlər sistemində aktivlik vahidi olaraq bir saniyə ərzində bir nüvə çevrilməsi (parçalanma/saniyə) qəbul edilmişdir. Bu vahid bekkerel (Bk) adlanır. Aktivliyin sistemdən kənar ölçü vahidinə Kuri (Ku) deyilir. Küri - elə miqdar maddənin aktivliyidir ki, burada hər saniyədə 3,7-1010 dəfə parçalanma baş verir. Aktiv¬lik vahidi küri 1 q radiumun (Ra) aktivliyinə bərabərdir.
Az miqdar aktivliyi ölçmək üçün törəmə vahidlərindən istifadə edirlər: milliküri (1 mKu) = 10-3 küri = 3,7107 Bk; mikroküri (1 mkKu)= 10-6 küri = 3,7×104Bk
Qamma-şüalanma mənbəyinin aktivliyini tə'yin etmək üçün çox vaxt xüsusi aktivlik vahidindən - radiumun milliqram-ekvivalentindən (mq-ekv Ra) istifadə olunur. 1 mq-ekv Ra aktivlik elə ıniqdar radionuklidə malikdir ki, o, qalınlığı 0,5 mm olan platin süzgəcdə yerləşdirilmiş 1 mq Ra-un yaratdığı qədər doza gücü yaradır.
Radioaktiv mənbənin saçdığı hissəciklər şüa seli yaradır kı da bir saniyədə buraxılan hissəciklərin sayı ilə ölçülür. Səth vahidinə (kvadratmetr və ya kvadratsantimetr) düşən hissəciklərin sayı hissəciklər selinin sıxlığını müəyyən edir: [hissəcik/(dəq×m2), hissəcik/(dəq×sm2) və s.
Xüsusi aktivlik müxtəlif ölçü vahidləri ilə ifadə edilə hı Bk/ml, Bk/m2, Bk/q, Bk/sm3, Ku/1, Ku/kq və s.
Şüalanma dozası - İonlaşdırıcı şüalanmanın tə'siri zamanı bioloji obyektlərdə (canlı orqanizmlərdə) baş verən şüa zədələnmələrinin dərəcəsi, dərinliyi və forması- ilk növbədə bu obyektdə udulan şüalanma enerjisinin kəmiyyətindən asılı olur. Bu göstəricini xarakterizə etmək üçün udulan doza anlayışından, yə'ni şüalanan maddənin kütlə vahidində udulan enerjinin miqdarı anlayışından istifadə olunur. Udulan dozanın vahidi olaraq hər kiloqrama düşən Coul (C/kq) qəbul edilmişdir.
Coul-kiloqram - şüalanan maddənin 1 kq kütləsində udulan hər hansı ionlaşdırıcı şüalanmanın 1 Coul enercisinə bərabər dozadır
Radiobiologiyada və radiogigiyenada udulan dozanın sistemdən kənar olçü vahidi olaraq rad daha geniş işlədilir. Rad - udulan elə dozadır ki, bu zaman hər hansı maddənin bir qramında şüalanmanın növündən və enerjisindən asılı olmayaraq, 100 erq miqdarında enerji udulur. Radın törəmə vahidləri 0,001 rada bərabər olan millirad (mrad) və 0,000001 rada bərabər mikroraddır (mkrad).
Udulan dozanın Sİ sistemində yeni vahidi qrey (Qr) adlandırılır;
Havadan törətdiyi ionlaşmanın effektivliyinə görə dozanı xarakterizə etmək üçün rentgen ve γ - şüalanmaların ekspozisiya adlanan dozadarı, yə'ni rentgen və γ - şüalanmaların kəmiyyət xarakteristikasından istifadə edilir. Rentgen və γ – şüalanmaların ekspozisiya dozası vahidi olaraq bir kiloqrama düşən kulon-kiloqram (Kl/kq) qəbul edilmişdir. Kulon-kiloqram ― rentgen və γ - şüalanmaların elə ekspozisiya dozasıdır ki, bu zaman həmin şüalanmalarla əlaqədar meydana çıxan коrpuskulуаг emissiya quru atmosfer havasının 1 kq-da 1 kulon hər iki işarəli elektrik yükü daşıyan ionlar yaradır. Rentgen və γ - şüalanmaların ekspozisiya dozasının sistemdən kənar vahidi rentgen (R) adlanır
Rentgen - elə ekspozisiya dozasıdır ki, bu zaman onunla əlaqədar olaraq, meydana çıxan korpuskulyar emissiya 0,001293 q (1 sm3) ha¬vada bir elektrostatik vahid miqdarda hər iki işarəli elektrik yükü yaradır).

Doza gücünü ölçən cihaz (İMD-21)


İMD-21 doza gücünü ölçən cihaz qamma-şüalarının ekspozisiya dozalarının gücünü ölçmək və bu dozaların gücü müəyyənn edilmiş həddin kəmiyyətindən artdıqda işıq siqnalı vermək üçündür.
Cihaz stasionar (İMD-21 S cihazı) və ya səyyar (İMD-21 B) ohyektlərdə tətbiq edilir. О, ətraf mühitdə temperatur 10°-dən - 50°S-dək və 35°S temperaturda nisbi rütubət 98%-dək olarkən normal işləyir.
İMD-21 ölçmə cihazı 80 keV-dən 2,6 MeV-dək (12,8-dən 416ºC-dək) enerji diapazonunda 1-dən 1000 R/saatadək (7,17×108-dən - 7,17×10-4 A/kq-dək) olan qamma-şüalanmanın ekspozisiya dozalarının gücünü ölçür və ölçmənin nəticələrini idarəetmə pultuna verə bilir.
Cihaz qamma-şüalanma üzrə ekspozisiya dozasının gücü müəyyən edilmiş 1; 5; 10; 50; 100 R/saat hədlərinin kəmiyyətlərindən artıq olduğu barədə siqnal verilməsini və mə'lumatın idarəetmə pultuna ötürülməsini tə'min edir. Ölçmə və siqnalın işə düşməsi müddəti 10 saniyədən artıq olmur. Cihazın iş rejimini müəyyən edən vaxt dəqiqədir.
Cihaz gərginliyi 220 V və tezliyi 50 hs olan birfazalı dəyişən cərəyan şəbəkəsindən qidalandırılır.
Cihaz özünün detektirləmə blokunun, ölçmə kanallarınm və
siqnal sisteminin iş qabiliyyətini idarəetmə pultundan ellə yoxlamağa
imkan verir.
Bu cihaz fasiləsiz surətdə gecə-gündüz işləyə bilir. Ölçmə cihazının komplektinə detektirləmə bloku, orta tezliyin ölçülməsi bloku və qidalandırma bloku daxildir.

DP-64 indikator-siqnalizatoru


Cihazın tə'yinatı və texniki göstəriciləri. DР-64 indikator-siqnalizatoru fasiləsiz olaraq radiasiya müşahidəsi aparmaq və ərazinin radioaktiv zəhərlənməsi barədə xəbər vermək üçündür. Cihaz nəzarət rejimində işləyir və ərazidə şüalanma dozasının gücü 0,2 R/s-a çatanda bu barədə səs və işıq siqnalları verilməsini tə'min edir. Siqnalın işə qoşulması müddəti 3 saniyədən artıq olmur.


Cihaz 127/220 V gərginlikli dəyişən cərəyan şəbəkəsindən və ya 6 v gərginlikli akkumulyatordan qidalanır, -40°-dən +50°S-dək temperaturda və ətrafdakı havanın nisbi rütubəti 98%-dək olarkən işləyə bilir. Cihaz şəbəkəyə qoşulandan 30 saniyə sonra işə hazır olur. DP-64 indikator-siqnalizatorunun komplektinə cihaz, onım texniki təsviri, istismarı üzrə tə'limat, formulyar, ehtiyat hissələri və ləvazimat daxildir.
Şəkil 1. DP-64 indikator-siqnalizatorunun ümumi görünüşü: 1-cihazın işlədilməsi qaydası haqqında tə'limat; 2-siqnal lampası; 3 elektromaqnit dinamiki; 4-"Rabota-kontrol (iş-nəzarət tumbleri; 5-Predoxranitel (qoruyucu) yuvası; 6-qida mənbəyinin tumbleri; 7—verici.
DP-5A radiometr-rentgenometri
Tə'yinatı. DP-5A səhra radiometr-rentgenmetri γ-şüalanma səvvulərini, habelə ərazinin və müxtəlif əşyaların γ-şüalanma nəticəsində mə'ruz qaldığı radioaktiv zəhərlənməni ölçmək üçün nəzərdə tutulmuşdur..
Cihaz aşağıdakı əsas hissələrdən ibarətdir: elastik kabelli zond, ölçmə pultu, telefonlar, nəzarət radioaktivlik mənbəyi saxlanılan futlyar. Bunlardan başqa cihazın komplektinə onun yeşiyi də daxildir və bu yeşikdə uzadıcı ştanq, qidalandırma qəlibi, ehtiyyat hissələri və texniki sənədlər dəsti yerləşdirilmişdir.
Cihazın zond içərisində şüalanma detektorları, gücləndirici-norrnalizator və sxemin digər ünsürləri yerləşdirilmış polad silindrdən ibarətdir.
DP-22V dozimetrlər komplekti

Tə'yinatı və texniki göstəriciləri. I)P-22V dozimetrlər kom¬plekti şüalanma dozalarını ölçmək üçündür.


γ-şüalanma dozalarının gücü 0,5-dən 200 R/s-dək dəyişərkən dozimetrlərin ölçmə diapazonu 2-dən 50 rentgenədəkdir. Ölçmələrin orta xətası ±10%-dir. Dozimetrlərin öz-özünə boşalması bir sutka ərzində 4R-dən artıq olmur.
Dozimetrlər - 40°C-dən +50°C hədlərində və havanın nisbi rütubəti 98% olan hallarda işləyə bilir.
DP-22V dozimetrlər komplekti 50 ədəd birbaşa göstərən DKP-50A dozimetrindən, 3D-5 doldurucu pultdan futlyardan (qutu) və tex-ıkı sonədlərdən ibarətdir.
Dozimetr DKP-50
DP-22V dozimetrlər komplekti

İD-1 dozaölçən cihaz komplekti


Fərdi dozimetrlər komplekti udulan γ-neytron şüalanma dozalarını ölçmək üçündür; cihaz - 50°C-dən +50°C temperatur hədlərində habelə havanın nisbi rütubəti 98%-dək dəyişərkən işləyə bilər. Dozimetr dozanın gücü 10-dan 366000 rad/s-dək olarkən 20-dən 5 radadək diapazonda γ-neytron şüalanmasının udulan dozaları ölçülməsini tə'min edir. Olçülən dozalar dozimetrin içərisində yerləşən və radlarla dərəcələndirilmiş şkalada hesablanır.
Komplektin saz işləmə müddəti ən azı 5000 saat, xidməl müddəti ən azı 15 il, texniki ehtiyatı ən azı 10000 saatdır.
Fərdi dozimetrlər adamın aldığı γ - neytron şüalanmasının udulan dozasını kifayət qədər dəqiqliklə tə'yin etməyə imkan verir.

KİMYƏVİ KƏŞFİYYAT CİHAZLARI


Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlərindəki zəhərləyici maddələri (ZM), adətən, kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud nümunə götürüb onları kimya laboratoriyasında təhlildən (analizdən) keçirməklə aşkar edirlər. Müasir zəhərləyici maddələri hiss orqanları vasitəsilə (orqanolektik üsulla) aşkar etmək heç də həmişə mümkün deyil. Əvvəla onların bir çoxunun heç bir iyi, rəngi, qıcıqlandırıcı xassələri yoxdur. Başlıcası isə bir sıra ZM-in zəhərliliyi о dərəcədə yüksəkdir ki, onların iyinə və ya qıcıqlandırıcı tə'sirinə görə aşkar edilməsi cəhdi ciddi zəhərlənmələrlə nəticələnə bilər. Müşahidə yolu ilə, yə'ni əşyanın səthindəki ZM damcılarına və ləkələrinə, ZM-in yaratdığı buludun və zəhərlənmiş bitki yarpaqlarının rənginin dəyişməsinə görə bə'zi zəhərləyici maddələri təxmini olaraq aşkar etmək mümkündür.
Zəhərləyici maddələri çöl şəraitində aşkar və tə'yin etmək (indikasiya etmək) üçün ən çox kimyəvi metoddan istifadə edilir. Bu iisul zəhərləyici maddə ilə ona müvafıq seçilmiş digər bir xüsusi maddənin (reaktiv) qarşılıqlı tə'siri sayəsində müəyyən bir rəngə malık birləşmə yaranması hadisəsinə əsaslanır. Belə rəngin meydana çıxması burada məhz həmin ZM-in olduğuna dəlalət edir. Bu rəngin çalarını kağıza çəkilmiş rəng etalonları ilə müqayisə edərək ZM-in konsentrasiyası və ya havanın zəhərlənmə dərəcəsi barəde qənaətə gəlmək mümkündür.
İstifadə etmək rahat olsun deye, kimyəvi kəşfıyyat cilıazlarında işlədilən reaktivləri məsaməli maddəyə (süzgəc kağızına, silikagel maddəsinə) (buna doldurucu raaddə deyilir) yaxır, yaxud şüşə ampulaya yığırlar. Reaktiv yaxılmış məsaməli maddəni və müvafıq miqdarda ampulaları şüşə borucuğa yerləşdirirlər. Ətraf mühitin tə'sirindən qorumaq üçüq borucuğun hər iki ucunu lehimləyirlər. Bele borucuqlar indikator borucuğu adlanır. İndikator borucuğu işlədərkən onun uclarını kəsir, daxilindəki ampulanı qırır və zəhərli havanı xüsusi nasosla sorub borucuqdan keçirirlər. Bu zaman havanın tərkibindəki ZM buxarları reaktivlə reaksiyaya girərək məsaməli maddənin (doldurucunun) rəngini müvafıq surətdə dəyişir.
Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının: qoşun kimyəvi kəşfıyyat cihazı (VPXR), yarımavtomat kimyəvi kəşfiyya cihazı (PPXR), QSP-1M və QSP-11 avtomat qaz siqnalizatorları və s. növləri olur. Bunların bir neçəsini nəzərdən keçirək.

Qoşun kimyəvi kəşfiyyat cihazı (QKKC),VPXR


Bu cihaz havada, ərazidə, texnikanın, avadanlığın və digər eşyaların səthindəki ZM-i tə'yin etmək üçündür. Bu cihaz vasitəsilə havada, ərazidə, texnikanın, müxtəlif sursatların səthində zarin, zoman, iprit; havada V-qaz, fosgen, sianid turşusu, xlorsian olub-olmadığı tə'yin edilir.
Cihazın quruhışu. Cihaz qapağı olan xüsusi formalı qutudan (gövdədən) ibarətdir. Qutuda əl nasosu, nasosun ucluğu, indikator borucuqları yığılmış kağız kaset, tüstü süzgəcləri, qoruyucu qapaqlar, elektrik fənəri və 15 patronu olan qızdırıcı yerləşdirilib.
Cihazın dəstinə kürək, cihazın işlədilməsi, istismarı və zoman tipli ZM-i tə'yin etmək qaydaları barədə tə'limat - yaddaş vərəqəsi də daxildir. Cihazı daşımaq üçün qaytanlı çiyin qayışı vardır. Cihazın çəkisi təxminən 2,2 kq-dır.

Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə