MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


Havadakı zəhərləyici maddələrin tə'yin edilməsi



Yüklə 336,78 Kb.
səhifə11/22
tarix21.05.2022
ölçüsü336,78 Kb.
#87615
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl ri

Havadakı zəhərləyici maddələrin tə'yin edilməsi

Havadakı zəhərləyici maddələri tə'yin etməyə zoman, zarin V-tipli qazlardan başlayırlar. Ən-əvvəl zomanın 0,00005 - 0,1 mq/ olan konsentrasiyanı tə'yin edirlər. Bunun üçün cihazın qapağını açır tutucunu (rəzəni) kənara çəkib nasosu yerindən çıxarır, qırmızı haşiyəli və qırmızı nöqtəli iki ədəd indikator borucuğunu götürür, onları uclarını kəsib açırlar. Yuvasının nişanı indikator borucuqlarının nişanına uyğun olan ampulaqıran vasitəsilə hər iki borucuğun üst ampullarını qırır və borucuqların işarəli ucundan tutub onları 2-3 dəfə şiddətlə silkələyirlər. Borucuqlardan birinin (tə'yinedici borucuğun) işarəsiz ucunu nasosda yerləşdirir və nasosu 5-6 dəfə vurub, bu borucuqdan hava keçirirlər. İkinci (nəzarət) indikato borucuğundan hava keçirilmir. Bundan sonra həmin ampulaqıran vasitəsilə hər iki borucuğun alt ampulalarını qırır, onları silkələyir və borucuqların içərisindəki doldurucu maddənin rənginin nece dəyişdiyini müşahidə edirlər. Tə'yinedici borucuğun içərisindəki doldurucu maddənin üst hissəsi qırmızı rəng alarsa (nəzarət borucuğundakı doldurucu maddə sari ra¬ngə düşən müddət ərzində) bu, havada zoman, zarin, yaxud V-qazlar olduğuna dəlalət edir.


Hər iki borucuqdakı doldurucu maddənin sarı rəngdə qalması havada təhlükəli konsentrasiyada (miqdarda) zəhərləyici maddələrin olmadığını göstərir. Əgər indikator borucuqlannın alt ampulalarını qırarkən borucuqlardakı doldurucu maddə dərhal sari rang alarsa (bu isə yoxlanılan havada turşu xarakterli qazlar olarkən belə olur) belə hallarda havada zəhərləyici maddələrin aşkar olunmasını tüstü süzgəclərindən istifadə etməklə yenidən təkrar etmək lazımdır.
Sinir iflicedici tə'sirli maddələrin tə'yin edəndən sonra havada fosgen, xlorsian və sianid turşusu olub-olmadığını müəyyənləşdirirlər. Bu məqsədlə üç yaşıl haşiyəli indikator borucuğunun uclarını kəsib açır, onun ampulasını qırır, borucuğu nasosda yerləşdirib nasosu 10-15 dəfə vururlar. Sonra nasosdan borunu çıxanb onun doldurucusunun rəngini üç yaşıl haşiyəli borucuqlar saxlanan kasetin üzərindəki etalon rəng ilə müqayisə edirlər. Bundan sonra havada iprit buxarları olub-olmadığını tə'yin edirlər. Bunun üçün bir sarı haşiyəli indikator horucuğunun uclarını kəsib açır, onu nasosda yerləşdirib nasosu 60 dəfə vururlar. Sonra nasosdan borucuğu çıxarır, içərisindəki dolduruucunun rəngini müvafiq kasetin üzərindəki etalon rəngi ilə bir dəqiqə ərzində müqayisə edirlər.
Tibb xidmətinin kimya kəşfiyyatı cihazı - TBXKKC (PXR-MV)
Tibbi və baytarlıq xidmətində zəhərli maddələri tə'yin etmə üçün TBXKK cihazından aşağıdakı məqsədlər üçün istifadə olunur.
• suda-zarin, zoman, V - qaz, iprit, trixlortrietilamin, xlorsian, sianid turşusu və onun duzlarını, arsenli zəhərləyici maddələri (lüizit və s.) ağır metal alkaloid və duzlarını;
• havada müxtəlif əşyaların səthlərində, habelə alafda, zarin, zoman, V - qaz, iprit trixlortrietilamin, sianid turşusu, xlorsian, arsenli hidrogen (alafdakından başqa), fosgen və difosgen maddələrini tə'yin etmək uçündür.
Bundan başqa, bu cihaz zəhərlənməsi güman edilən sudan, ərzaq mallarından, torpaqdan və digər maddə və əşyalardan laboratoriya şəraitindən analiz (təhlil) etmək üçün nümunələr (problar) götürməkdən ötrü nəzərdə tutulmuşdur.
Cihaz qapaqlı qutudan (gövdədən) ibarətdir. Gövdədə əl nasosu, indikator borucuqları və reaktiv ampulaları olan kağız kasetləri, quru reaktivlər, sınaq borusu, Dreksel qabcıqları (şüşələri) olan parça kaset, bakterial yoluxma nümunələri götürmək üçün dörd xüsusi sınaq borusu olan banka alafda ZM olduğunu tə'yin etmək üçün quru hava (ayırması - ekstraksiyası) bankası yerləşir. Bunlardan başqa, cihazın komplektinə nümunə götürmək üçün kürəcik, qayçı, pinset, sınaq borusunun saxlayıcıları, asqıları və s. daxil edilmişdir.

İpritin və trixlortrastilaminin müəyyən edilməsi


Yoxlanılan suyu pipet vasitəsilə dərəcəli sınaq şüşəsinin ikinci işarəsinədək (2ml) doldurmalı və üstündən iprit üçün olan ampulanın içərisindəki reaktivi əlave etməli. Sınaq şüşəsindəki qatışıq göy rəngdə olmalıdır. Sonra sınaq şüşəsindəki alovlanan həbin alovu vasitəsilə 2-3 dəq (qaynama anından e'tibarən) qaynadırlar. Əgər reaktiv əlavə ediləndən sonra, yaxud qaynadılma vaxtı şüşədəki maye rəngsizləşərsə, onda ona bir ampula reaktiv də əlavə etmək lazımdır. Rəngsizləşmənin səbəbi yoxlanılan su nümunəsinin yüksək turşuluğa malik olmasıdır ki, bu da ZM-nin hidrolizi nəticəsində baş verir. Belə su əlavə yoxlamalar üçün laboratoriyalara göndərilməlidir. Qaynadılmış mayenin soyumasını gözləmədən ona bir qaşıq turşu tozu qatır və göy rəng yox olanadək çalxalayırlar. Yoxlanılan su zəhərli olarsa sarı (az zəhərlənmə hallarında), yaxud açıq narıncı (güclü zəhərlənınə hallarında) rəng alır. Əgər rəng çox zəifdirsə, onda soyudulandan sonra sınaq şüşəsinə bir ampula toluol əlavə etmək, şüşənin ağzını tıxacla bağlayıb 10-12 dəfə çalxalamaqla qarışdırmaq lazımdır. Bundan sonra şüşədəki qarışıq durularkən üst qatda (toluolda) sarı rəng daha aydın nəzərə carpır (əgər yoxlanılan su zəhərli olarsa).
Xlorsianın və sianid turşusunun müəyyən edilməsi. Bunları tə'yin eımək üçün yaşıl haşiyəli indikator borucuğunu işə hazırlayırlar (borucuğun hər iki ucunu açır, ampulanı isə qırmayırlar). Yoxlanılan suyu Dreksel qabcığına tökür, ona bir qaşıq turşu tozu qatır, bu qabcığın qısa borusuna rezin borucuqla indikator borucuğunun işarəsiz ucunu birləşdirirlər; borucuğun digər ucunu nasosa birləşdirib onu 30 dəfə rəvan halda vururlar. Sonra indikator borucuğunun aldığı mııgi kasetdəki etalon rənglə müqayisə edirlər)
Tərkibində arsen olan zəhərləyici maddələrin müəyyən edilməsi. Dreksel qabcığını, onun ikinci nişanınadək (2 ml) yoxlanılan su ilə doldurmalı, ona 1-2 qaşıq turşu qatmalı.
Dreksel qabcığının qısa borucuğuna əvvəlcədən hazırlanmış (asetat-qurğuşun hopdurulmuş pambıqlı) şüşə borucuğu, bu borucuğun ucuna isə işə hazırlanmış iki qara haşiyəli (arsenli hidrogen üçün) indikator borucuğunu birləşdirməli. Sonra yoxlanılan suya dənəvər sinkin bir dənəsini (qranulunu) tutğac vasitəsilə salmalı, alovlanan həbin alov üzərində 3 dəq ərzində ehtiyatla (qaynayan maye damcıları pambıqlı borucuğa düşməsin deyə) qızdırmalı. Sonra indi¬kator borucuğunun sərbəst ucunu nasosa birləşdirib onu 15 dəfə rəvan vurmalı. İndikator borucuğunun doldurucu maddəsində ZM sarı yaxud tünd sarı (qonur) rəng yaranması ZM olduğuna dəlalət edir. Asetat qurğuşun hopdurulmuş pambıqlı boru üç yoxlama üçün istifadə edilə bilər.
Alkaloidlarin müəyyən edilməsi. Dərəcələnmiş sınaq borucuğunu 3-cü nişanınadək (3 ml) yoxlanılan su ilə doldurmalı, ona qaşığın dörddə bir qismi qədər turşu tozu və bir ampul alkaloid reaktivi əlavə etməli.
Alkaloidlər az olduqda su bulanacaq, çox olduqda isə narın çöküntülər yaranacaqdır.
Sııdakı ağır metal duzlarının birlikdə (qrup halında) təyin edilməsi -arsen ən ağır metal duzları üçün olan reaktivlər vasitə yerinə yetirilir. Məhlulun tünd qonur, yaxud açıq qonur rəng olması və ya bu rəngdə çöküntülər yaranması suda ağır metal duzları olduğuna dəlalət edir. Arsenin üzvi birləşmələri ağ, qeyri-üzvi birləşmələri - sarımtıl çöküntülər yaradır.
Sudakı civə duzunu da həmin üsulla, lakin mis-yodidi vasitəsilə, şarı-narıncı, yaxud narıncı rənglə tə'yin edirlər.
Alafda zəhərləyici maddələrin müəyyən edilməsi. Yoxlanılan alaf nümunəsini hava ekstraksiyası (ayırma) bankasına yerləşdyryb onun ağzını borucuqlu qapaqla kip bağlayır və indikator borucuqlarını yaxud ampulalar toplusu (dəsti) vasitəsilə alafdakı zəhərləyicı maddələri tə'yin edirlər.
Cihazla işləyərkən təhlükəsizlik qaydaları, cihazın deqazasiya edilməsi. Çöl şəraitində cihazla işləyərkən fərdi mühafizə vasitələri geymek, binalarda işləyərkən pəncərələri açıq saxlamaq lazımdır.Yoxlamalar apararkən yoxlanılan maddələrin cihazın hissələri üzərinə düşməsinə yol verilməməlidir.
Zəhərli materiallarla təmasda olmuş bütün əşyalar deqazasiya edilməli, yoxlanılmış nümunələr və bundan sonra sınaq şüşələrində qalan maddələr zərərsizləşdirilməli və yerə basdırılmalıdır.
Cihazı deqazasiya etmək üçün onun bütün çıxarma hissələrini çıxarmaq və fərdi kimyəvi paketdəki məhlulla təmizləmək lazımdır;



Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə