MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə11/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   ...   7   8   9   10   11   12   13   14   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

1
 
Ümumipsixologiya. Prof. A. V.Petrovskinin red. İl. Bakı, 
"Maarif' 1982. s. 186-195. 
18 
downloaded from KitabYurdu.org


üçün insanın fəaliyyətin şüurlu məqsədlərlə idarə olunduğu yerdə 
mümkündür. insanda təlim o zaman mövcud olur ki, o öz 
hərəkətlərini özü tənzim edə bilir. Bu qabiliyyət isə əvvəlki 
fəaliyyət növləri olan-oyun, praktik davranış və s. əsasında 
formalaşır və altı-yeddi yaşlarda lazımi inkişaf səviyyəsinə çatır. 
Təlim fəaliyyəti insanı tək bilik, bacarıq və vərdişlərlə si-
lahlandırmır. O, özünün psixi proseslərini idarə edərək, insanı 
əməyə hazırlayır. 
Əmək fəaliyyəti insanın əsas, aparıcı fəaliyyətidir. Bu fəa-
liyyət növü ancaq insana məxsusdur, onun sayəsində insan 
yaşamağa və təbiət qüvvələri üzərində qalib gəlməyə müvəffəq 
olur. Əmək fəaliyyəti nəticəsində inkişaf üçün zəruri olan 
məhsullar istehsal olunur və insanlar tələbatlarını ödəyirlər. Ona 
görə də insanların əmək fəaliyyəti öz mahiyyəti etibarilə ictimai 
xarakter daşıyır. 
Beləliklə, biz şəxsiyyətin formalaşmasında faəliyyətin rolunu 
aydınlaşdırdıq. Həmin prosesin ikinci tərəfi də vardır. Bu tərəf 
fəaliyyətin öz inkişafında şəxsiyyətin rolunu nəzərdə tutur. Çünki 
şəxsiyyət 
formalaşdıqca 
fəaliyyətin 
xarakterində 
əsaslı 
dəyişikliklər baş verir fəaliyyətin motivləri formalaşır. Fəaliyyət 
prosesi şəxsi məna kəsb edir. Bundan asılı olaraq fəaliyyətin 
tərkibinə daxil olan bütün idrak proseslərinin xarakteri dəyişilir. 
Onlar şəxsiyyətin xüsusiyyətləri ilə şərtlənməyə başlayırlar. 
Beləliklə də, fəaliyyət prosesində şəxsiyyətin tələbat-motivasiya, 
emosiya və idrak sahələri bir-birinə nüfuz edir, onlar tədricən 
qarşılıqlı əlaqədə inkişaf etməyə başlayırlar. 
insan fəaliyyəti şüurun təşəkkülü və inkişafı ilə əlaqədar 
olaraq şüurlu fəallıq kimi təşəkkül tapır və inkişaf edir.O da öz 
növbəsində şüurun təşəkkülü və inkişafı üçün əsas rol oynayır. 
Şəxsiyyətin anadangəlmə deyil, konkret tarixi həyat şə-
raitində, təlim və tərbiyə prosesində formalaşması fikri ilə çox 
psixoloqlar razıdırlar. Lakin şəxsiyyətin formalaşmasında hansı 
qanunlar əsas rol oynayır, bu məsələyə münasibətdə 
19
downloaded from KitabYurdu.org


müxtəlif fərqlər vardır. Bu fikir ayrılığı xüsusilə inkişafın hərə-
kətverici qüvvəsində, yəni şəxsiyyətin inkişafına cəmiyyətdə olan 
müxtəlif sosial qrupların təsiri, inkişaf dövrünün qanuna-
uyğunluqları, bu sahədə inkişafa kömək edən və mane olan 
proseslər daxildir. 
90-cı illərdən etibarən şəxsiyyətin inkişafı və formalaşması 
prosesində müxtəlif nəzəriyyə və konsepsiyaları əhatə edən inkişaf 
konsepsiyasına xüsusi diqqət yetirilir. Belə bir nəzəriyyəyə 
əsaslanan konsepsiyalardan biri Amerika psixoloqu E.Eriksona 
məxsusdur. 
Eriksonun baxışlarının əsasını epigenetik prinsiplər təşkil edir. 
Şəxsiyyətin inkişafında Eriksona görə səkkiz psixoloji krizis dövrü 
mövcuddur, bu isə hər bir insanda hökmən baş verir: 
1.
İnam-inamsızlıq (həyatın birinci ilində); 
2.
Tərəddüd və utancaqlıq (2-3 yaş dövrü); 
3. Təşəbbüskarlıq və öz günahını dərk etmə (3-6 yaş 
dövrü); 
4.
Əməksevərliyə alışma dövrü (7-12 yaş dövrü); 
5.
Şəxsiyyətin özünüdərketməsi (12-18 yaş dövrü); 
6.
Ünsiyyət və intimliliyə meyl (18-30 yaş dövrü) 
7.
Yeni nəsil tərbyiə etmək (30-60 yaş dövrü) 
8. Ötən ömürdən razı qalmaq və ya qalmamaq (60 yaş- 
dan sonra) 
Eriksonun konsepsiyasının əsasını, insanın daxili aləminin 
dəyişməsi, ətrafdakı adamlarla münasibətdə radikal dəyişiklik 
təşkil edir. Bunun nəticəsində şəxsiyyət əvvəllər mövcud ol-
mayanı əldə edir. Formalaşan və inkişaf edən şəxsıyyət həyatda 
nəinki yaxşı keyfiyyətləri, həm də pis keyfiyyətləri mənimsəyir. 
Bu nəzəriyyənin ayrı-ayrı variantlarını, şəxsiyyətin fərdi 
keyfiyyətləri nöqteyi-nəzərindən araşdırmaq demək olar ki
mümkün deyildir. Bütün bu çətinlikləri nəzərə alaraq Erikson öz 
inkişaf konsepsiyasında-normal və anormal inkişafı izah etməyə 
çalışır. Təmiz halda onlara həyatda demək olar ki, rast gəlinmir
amma onları mümkün olan aralıq variantları kimi qarışıq şəkildə 
izah etmək olar (cədvəl 2). 
20
downloaded from KitabYurdu.org



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə