MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə63/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   ...   59   60   61   62   63   64   65   66   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

Aksentuasiya
- latınca vurğu deməkdir. Biz adətən danışanda 
hər hansı bir fikri nəzərə çarpdırmaq üçün müəyyən bir sözü 
xüsusi vurğu ilə deyirik. Xarakterin aksentuasiyası de-dikdə də 
onun ayrı-ayrı əlamətlərinin həddindən artıq güclənməsi 
nəticəsində daha kəskin surətdə nəzərə çarpması başa düşülür. 
Xarakterin aksentuasiyası tipləri psixopatiyanın (psixo+ 
yunanca pathos-dərd, xəstəlik) tiplərində daha çox oxşayır və 
hətta bəzən qismən onlara uyğun gəlir. Lakin onları eyniləş-
dirmək ciddi səhv olardı. 
Xarakterin aksentuasiyası problemi ilk dəfə psixiatriyada və 
psixo nevrologiyada öyrənilməyə başlanlsa da, o, müasir dövrdə 
psixoloqların diqqətini daha çox cəlb edir. Burada məüəyyən 
terminoloji çətinliklər özünü göstərir: həmin məsələni ilk dəfə 
psixiatrlar öyrəndikləri üçün xarakterin aksentuasiyası hallarını 
təsvir etmək üçün psixiatriya terminlərindən «(şizoid əlamətləri"; 
epileptoid əlamətləri və s.) istifadə etmişlər. Bu isə onları 
psixoloji baxımdan təhlil etmək üçün məyyən çətinliklər yaradır. 
88 
downloaded from KitabYurdu.org


Xarakterin aksentuasiyası tiplərini alman psixiatrı K.Leonqard 
və rus psixiatrı A. E. Liçko təsnif etmişlər
1
. A.Liçkonun təsnifatına 
əsasən müvafiq tiplər üçün səciyyəvi olan əlamətləri göstərək: 
Cədvəl 2. 
A.E.Liçkon 
un (1977) 
təsnifatı 
Tiplərin əsas əlamətləri 


Gipertim tip 
Əhvalı həmişə yaxşı, çox vaxt isə yüksək olur, tək 
olanda darıxır, bu və ya digər işə həvəslə girişir. 
Lakin onu axıra qədər çatdırmır, olduqca 
söhbətcildir. 
Tsikloid tip Xarici şəraitdən asılı olaraq əhvalı kəskin surətdə 
dəyişir: əhvalı pisləşdikdə tənbəlləşir, ətrafdakı 
adamlarla ünsiyyətdən bezir, usanır, yoldaşlarından 
və dostlarından qaçır; əhvalı yaxşılaşdıqda isə 
zarafatcıl olur, rastlaşdığı adamlara sataşmağa 
başlayır. 
Labil tip 
Əhvalı həddindən artıq tez-tez dəyişir: onun iştahası 
da, iş qabiliyyəti də ünsiyyətliliyi bundan asılı 
olaraq dəyişilir. Bəzən adi bir xoş söz ona böyük 
sevinc bəxş edir, bəzən isə hətta təsadüfən 
rastlaşdığı hər hansı bir adamın sərt baxışı onu 
asanlıqla sarsıdır. 
Asleno-
nevrotik tip 
Bir şey olmamış həyəcanlanır, lazım gəldikdə 
qətiyyətlə hərəkət etmir, tez yorulur, ruh 
düşgünlüyünə meyl edir. 
Senzitiv tip 
Qorxaq, cəsarətsiz və utancaqdır. Çox həssasdır: 
tükü tükdən seçir, özündə müxtəlif noqsan və 
çatışmazlıqlar görür, dostları ilə mehribandır. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə