MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


  Üımımipsixologiya. Prof. Petrovskinin red. ilə. Rakı. Maarif



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə60/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   ...   56   57   58   59   60   61   62   63   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri


Üımımipsixologiya. Prof. Petrovskinin red. ilə. Rakı. Maarif. , 
1982, 440-441. s. 
84 
downloaded from KitabYurdu.org


məti (V. Ştern), ya əsas təhrikedici qüvvələri (L Klaqes), ya da 
meyl və münasibətəlri (A.F. Lazurski) kimi şərh olunmuşdur. 
Xarakterin irsən keçməsi və həyat prosesində qazanılması 
məsələsinin şərhində də prinsipial fikir ayrılığı vardır. İ.Kantın 
(XVIII əsr) fikrincə xarakter temperamentdən fərqli olaraq, həyat 
prosesində qazanılır. Lakin fiziki xüsusiyyətəlri şərh edərkən 
Kant irsi və həyatda qazanılan xüsusiyyətləri bir-birindən ayırmır. 
Ribo xarakteri irsiyyətlə şərtlənən bir hadisə kimi başa 
düşmüşdür. Malaper, Fulye və başqa alimlər xarak-terdə həm irsi, 
həm də həyatda qazanılmış xassələr olduğunu qeyd etmişlər. 
Polan xarakterin tamamilə həyat şəraiti ilə müəyyən edildiyini 
göstərmişdir. Bu iki nöqteyi-nəzərin mübarizəsi indiyə qədər də 
davam edir. 
Hər bir xarakter əlaməti yalnız müvafiq tipik şəraitdə təzahür 
etdiyi üçün, onun fizioloji sinir mexanizmlərinin də yalnız 
müvafiq tipik, təkrar olunan şəraitdə təzahür edəcəyini güman 
etmək olar. 
Belə fizioloji mexanizmlərdən biri 
dinamik stereotipidir

Dinamik stereotip dedikdə, eyni şəkildə təkrar olunan qıcıq-
landırtcılar sisteminin təsirinə cavab olaraq əmələ gələn şərti 
reflekslər sistemi nəzərdə tutulur. Dinamik stereotipin səciyyəvi 
əlaməti orqanizmin eyni şərti qıcıqlandırıcılara şəraitdən asılı 
olaraq, müxtəlif reaksiyalarla cavab verməsidir. Bu keçirilmə 
adlanır. Əsasını dinamik stereotip təşkil edən keçirilmənin 
mahiyyəti mərkəzi sinir sistemində şəraitdən asılı olaraq müxtəlif 
funksional halların yaranmasından ibarətdir. 
Xarakter və sinir sisteminin ümumi tipinin təzahürlərini 
müqayisə etdikdə, xarakter əlamətlərinin mənşəyini başqa bir 
fizioloji şəraiti də üzə çıxır. Mə'lum olmuşdur ki, sinir sisteminin 
ümumi tipinin əks (zidd) xassələrinə psixoloji cəhətdən əks 
hərəkət tərzi uyğun gəlir. Məlumdur ki, sinir sisteminin ümumi 
tipi həm də temperamentin fizioloji əsasını təşkil edir. Buradan 
aydın olur ki, temperament və xarakter arasında sıx əlaqə vardır. 
Temperamentin tipi xarakterin xüsusi fərdi əlamətlərinin 
mənşəyinin ən mühüm psixoloji şərtlərindən biridir. 
85
downloaded from KitabYurdu.org


Məlumdur ki, ikinci siqnal sistemi xarakter əlamətlərinin 
əsasını təşkil edən "keçirilmə" mexanizminin əmələ gəlməsin-
də mühüm rol oynayır.İkinci siqnal sisteminin birinci siqnal 
sistemi üzərində üstünlüyünü və bu iki siqnal sistemi arasında 
olan qarşılıqlı münasibətləri nəzərə alaraq, İ.P.Pavlov sinir 
sisteminin insana məxsus üç tipini ayırd
 
etmişdir. 
1."Mütəfəkkir" tip. Bu tipdə ikinci siqnal sistemi üstünlük 
təşkil edir. 
2."Bədii" tip. Bu tipdə birinci siqnal sistei üstünlük təşkil 
edir. 
3."Orta" tip. Bu tipdə siqnal sistemlərinin heç biri üstünlük 
təşkil etmir. Xarakter əlamətlərinin mənşəyində sinir sistemi-
nin xüsusi tiplərinin də iştirak etdiyi güman edilir. Lakin sinir 
sisteminin ümumi tipinin xassələri əvvəlcədən xarakterin necə 
olacağını müəyyən etmir. Eyni sinir tipinə malik olan 
insanların xarakteri müxtəlif ola bilər: məsələn, sinir sistemi 
zəif tipə mənsub olan adam mehriban, yaxud da kinli, doğruçu 
və ya yalançı, səliqəli və ya pinti ola bilər. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə