MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


Şagirdlərin yaş xüsusiyyətləri və qabiliyyətəlrin



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə68/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   ...   63   64   65   66   67   68   69   70   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

Şagirdlərin yaş xüsusiyyətləri və qabiliyyətəlrin
formalaşması 
Qabiliyyətlər uşaq və yeniyetmələrin psixi həyatının mühüm 
cəhətlərindən birini təşkil edir. Bu o deməkdir ki; a) qabi-
liyyətlər də bütün psixi proses və xassələr kimi kiçik yaşlardan 
formalaşmağa başlayır; inkişaf edərək yeni keyfiyyətlər kəsb 
edir. Müasir psixologiyada bu sahədə inkar edilməz faktlar əldə 
edilmişdir. Hətta vaxtilə testoloqlar ümumi istedad əmsalının 
dəyişməz olduğunu iddia etdikləri halda, bu gün yaş artıqca LQ-
in dəyişildiyini onlar qəbul edirlər. 
Qabiliyyətlərin formalaşması prosesini psixoloji cəhətdən 
düzgün təhlil etmək üçün bu sahədə özünü göstərən yaş 
xüsusiyyətlərini ətraflı öyrənmək lazımdır. Hər bir yaş döv- 
96 
downloaded from KitabYurdu.org


ründə qabiliyyətlərin formalaşması sahəsində köklü kəmiyyət və 
keyfiyyət dəyişikləri baş verir. İstər məktəbəqədər və kiçik 
məktəbli, istərsə də yeniyetməlik və erkən gənclik yaşı dövrlə-
rində ümumi və xüsusi qabiliyyətlər iki istiqamətdə-makro və 
mikro istiqamətlərdə inkişaf edir. Biz makro inkişaf dedikdə, 
qabiliyyətlərin müəyyən bir yaş dövründə qarşılıqlı əlaqədə 
inkişafını nəzərdə tuturuq. 
Mikro inkişaf dedikdə isə ayrı-ayrı qabiliyyətlərin öz-
özlüyündə inkişafı prosesi nəzərdə tutulur. Bu mənada biz obrazlı 
təfəkkür, yaradıcı təxəyyül və s. kimi qabiliyyətlərin inkişafından 
danışırıq. Qabiliyyətlərin makro və mikro inkişafı bir-biri ilə 
vəhdət təşkil edir. 
b) Hər bir yaş dövrünün öz xüsusiyyətləri vardır. Kiçik 
məktəblinin bilik sahələrinə marağı yeniyetmənin xüsusi fəallığı 
və meyllərinin genişliyi, böyük məktəblinin özünü şüurlu surətdə 
tənzimetmək meyli - bunların hamısı bu və ya digər yaş dövrünün 
səciyyəvi xüsusiyyətləri kimi qabiliyyətlərin formalaşmasına 
mühüm tə'sir göstərir. Bu xüsusiyyətləri nəzərə almadan 
qabiliyyətlərin inkişaf xüsusiyyətlərini düzgün qiymətləndirmək 
olmaz. 
Psixi inkişaf qeyri-bərabər xarakter daşıyır. Ayrı-ayrı yaş 
dövrlərində psixi inkişafın sürətlənməsi və ya ləngiməsi , göz-
lənilmədən yüksəlməsi və ya geriləməsi müşahidə olunur.başqa 
sözlə, eyni yaşlı uşaqların psixi inkişafı bir variantda deyil
müxtəlif variantda özünü göstərir. Qabiliyyətlərin inkişafı 
prosesini bu istiqamətdə xarakterizə etmək üçüi bəzi məsələlərlə 
tanış olaq. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə