MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


Bayramov Ə.S., Əlizadə Ə. Ə. Psixologiya. Bakı., «Maarif»



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə66/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   ...   63   64   65   66   67   68   69   70   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

1
Bayramov Ə.S., Əlizadə Ə. Ə. Psixologiya. Bakı., «Maarif», 
1989. S. 367-368 
92 
downloaded from KitabYurdu.org


Yaradıcı tə- 
xəyyül 
Rəng 
fərqlə-
qdirmə həssas-
lığı 
Texniki
təfəkkür 
Ekspressiv 
Lüğət ehtiya-
tının zənginliyi 
və ifadəli nitq 
Yaradıcı 
təxəyyül 
Təşkilatçılıq 
qabiliyyətləri 
Söz 
assosiasi-
yalarının zən-
ginliyi 
Obrazlı təfəkkür
Əgər ayrı-ayrı fəaliyyət sahələri üçün zəruri olan qabiliyyətləri 
müqayisə etsək, aydın olar ki, hər bir fəaliyyət daxilində mahiyyət 
e'tibarı ilə iki növ qabiliyyət təşəkkül tapır. Bunlardan birincilər 
psixologiyada 
ümumi 
qabiliyyətlər
, ikincilər isə 
xüsusi 
qabiliyyətlər
adlanır. 
Ümumi qabiliyyətlər dedikdə bir sıra fəaliyyət sahələrində 
iştirak edən onların bu və ya digər dərəcədə müvəffəqiyyətli icrası 
üçün şərt olan qabiliyyətlər nəzərdə tutulur. 
Ümumi qabiliyyətlər psixi proseslər əsasında formalaşır. 
Qavrayış, hafizə təfəkkür və təxəyyül və s fəaliyyət prosesin-də 
funksional cəhətdən inkişaf edərək müvafiq qabiliyyətlərə çevrilir. 
Xüsusi qabiliyyətlər isə yalnız müəyyən fəaliyyət növünün 
müvəffəqiyyətli icrası üçün şərt olan qabiliyyətlərə deyilir. 
Hər hansı bir fəaliyyəti müvəffəqiyyətlə icra etmək üçün həm 
ümumi, həm də xüsusi qabiliyyətlərin olması zəruridir. Fəaliyyət 
prosesində onların hər birinin öz funksiyası vardır. 
Müasir psixologiyada qabiliyyətlərdən danışarkən istedad 
probleminə də xüsusi diqqət yetirmək lazımdır. 
İste'dad dedikdə qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin 
müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi nəzərdə 
tutulur. Əgər müşahidəçilik, poetik ğörmə, surət hiss və 
hərəkət.hafizə, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət ehtiyatının 
zənginliyi və ifadəli dil, söz assosiasiyalarının zənginliyi kimi 
müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxilində üzvi surətdə birləşib 
onu müvəffəqiyyətlə icra etməyə imkan 
93 
downloaded from KitabYurdu.org


verirsə, bu ədəbi istedaddır. Eyin sözlər istedadın başqa növ-
lərinə də aiddir. 
Qabiliyyət və iste'dad əmək fəaliyyətinin konkret, tarixən 
inkişaf etmiş formalarından təcrid olunmuş şəkildə edilə bilməz. 
Onlar konkret tarixi dövrdə fəaliyyətin ictimai cəhətdən 
əhəmiyyətli olan hansı növlərinin təşəkkül etməsindən və 
"fəaliyyətin müvəffəqiyyətli icrası" dedikdə hansı meyarın başa 
düşülməsindən asılıdır. 
İndi də psixologiyada qabiliyyətlərin ölçülməsi və əqli in-
kişaf əmsalını aydınlaşdıraq. 
Qabiliyyətlər nəinki keyfiyyət, həm də kəmiyyət baxı-
mından bir-birindən fərqlənirlər. Qabiliyyətlərin ölçülməsi de-
dikdə onların kəmiyyət cəhətdən xarakterizə olunmasını nəzərdə 
tuturlar. 
Psixologiya tarixində ölçmə ilk dəfə hələ XVII əsrin 30-cu 
illərində irəli sürülmüşdü. Psixometriya ( yunanca psushe-ruh
metreo-ölçmə deməkdir)termini də məhz həmin illərdə əmələ 
gəlmişdir. Bu haqda maraqlı fıkirlər irəli sürülsə də, qa-
biliyyətlərin ölçülməsi sahəsində ilk mühüm addım XIX əsrdə 
atılmışdır. 
XIX əsrin 70-ci illərindən başlayaraq ingilis alimi Haltonun 
tədqiqatları həmin sahənin inkişafında mühüm rol oynamışdır. 
Onun "Talantın irsiliyi" (1869), "İngilis alimləri: onların təbiəti 
və tərbiyəsi" ( 1874), "insan qabiliyyətlərinin və onların inkiş-
faının tədqiqi" (1883) və b. əsərlərində fərdi fərqlər psixolo-
giyası və testlər metodunun bir çox mühüm məsələləri ilk dəfə 
özünün geniş əksini tapmışdır. 
Halton 1884-cü ildə Londonda Beynəlxalq sağlamlıq sə-
rgisində Antropoloji laboratoriya təşikl etdi. Qısa müddətdə 
həmin laboratoriyada 10 minə qədər adamın boyu, çəkisi və s. ilə 
yanaşı olaraq müxtəlif psixoloji xüsusiyyətləri, eləcə də 
qabiliyyətləri də ölçüldü Halton bu sınaqları əqli testlər (ingiliscə 
test-sınaq deməkdir) adlandırdı. Bütün psixoloji anlayışlardan 
fərqli olaraq bu termin Qərb ölkələrində tezliklə kütləvi terminə 
çevrildi. 
94 
downloaded from KitabYurdu.org


1904-cü ildə Fransada əqli cəhətdən geri qalan uşaqları 
müəyyən etmək üçün komissiya yaradılmışdı. Komisiyaya Al-
fred Bine (1857-1911) başçılıq edirdi. O, 1903-cü ildə öz qızları 
Armand və Marqerit üzərində apardığı tədqiqatları ümumi-
ləşdirərək məşhur əsəri -"intellektin eksperimental tədqiqi" 
monoqrafiyasını nəşr etdidi. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə