MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə67/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   ...   63   64   65   66   67   68   69   70   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

İntellekt
-latın sözüdür, müxtəlif dillərdə anlama, dərketmə, 
başa düşmə, dərrakə , ağıl mənasında işlənir. 
İntellektin səviyyəsini necə müəyyən etmək və ya onu necə 
ölçmək olar? 
XIX əsrin sonu XX əsrin əvvəllərində bu sual psixologiya 
üçün təkcə praktik əhəmiyyətə malik deyildi. O, birinci növbə-
də, metodoloji məsələ idi. A.Bine T. Simon adlı başqa fransız 
psixoloqu ilə birlikdə müxtəlif yaşlı uşaqalrın diqqətini, hafizə-
sini, təfəkkürünü və s. öyrənməyə başladı. Bu eksperimentlər 
əsasında yeni testlər yaradıldı. Psixologiyada həmin testlər Bine-
Simon testləri kimi məlumdur. Bine-Simon testlərində fərdi 
fərqlər öz-özlüyündə deyil, yaşla əlaqədar surətdə ölçülürdü. 
Əgər uşaq öz həmyaşıdlarının əksəriyyəti tərəfindən yerinə 
yetirilən tapşırıqları həll edə bilirdisə, o normal uşaq hesab 
edilirdi. Lakin bir sıra hallarda həmin tapşırıqlar uşaq üçün ya 
həddindən artıq asan, ya da çtəin olurdu. Bu faktın müəyyən 
edilməsi və psixoloji cəhətdən təhlil olunması onunla nəticələndi 
ki, testologiyada xronoloji yaş -CA (ingilis-cə Chroniloqusal 
Age) anlayışı ilə yanaşı yeni anlayışdan -ağıl yaşı -MA (ingilsicə 
Mental Age) anlayışından istifadə olunmğa başlandı . 1912-ci 
ildə V. Ştern onların nisbətini intellekt əmsalı adlandırdı 
İntellekt əmsalı -LQ aşağıdakı düsturla hesablanır: 
100
*
CA
MA
LQ

Ağıl yaşı (MA) müvafiq şkalaya görə müəyyən edilir. Tutaq 
ki, Leylanın xronoloji (pasport) yaşı 10, 5, sevilin14-dür. Onların 
hər ikisinə müəyyən testlər təklif edirik: Leyla da, sevil də 120 
xal toplayır. Onların intellekt əmsalını hesablamaq üçün 
xronoloji yaş ilə yanaşı ağıl yaşı müəyyən olunmalıdır. 
95 
downloaded from KitabYurdu.org


Bunun üçün şkalaya baxmaq lazımdır; şkalada 120 xal toplamış 
uşağın ağıl yaşının 11,5 olduğu göstərilir. Həmin göstəricilərə 
əssən testoloq Leylanın İntellekt əmsalını aşağıdakı kimi 
hesablayır: 
5
,
109
100
*
5
,
10
5
,
11


LQ
Sevilin isə intellekt əmsalı aşağıdakı kimi olur: 
1
,
82
100
*
14
5
,
11


LQ
Beləliklə də, Leylanın intellekt əmsalı 109, 5 , Sevilin isə 82, 
1 olur. Bu o deməkdir ki, Leyla əqli cəhətdən Sevilə görə daha 
çox 
iste'dadlıdır.Testalogiya 
praktikasında 
LQ- 
130-a 
bərabərdirsə, uşaq istedadlı 180-dan çoxdursa, ən iste'dadlı hesab 
edilir. 
Müasir psixodiaqnostikada testlərin müxtəlif növlərindən 
istifadə olunur. Onların içərisində intellekt testləri, qabiliyyət 
testləri.nailiyət testləri və s. xüsusi yer tutur. 
Hal-hazırda ölkəmizdə testlərdən ictimai praktikanın 
müxtəlif sahələrində istifadə olunur. Bu zaman onların elmi 
cəşətdən əsaslı olmasına xüsusi diqqət yetirilir. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə