MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


Xarakter haqqında anlayış. Onun fizioloji əsasları



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə59/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   ...   55   56   57   58   59   60   61   62   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

Xarakter haqqında anlayış. Onun fizioloji əsasları 
İnsanlar bir-birindən yalnız özlərinə xas olan fərdi psixoloji 
xüsusiyyətlərinə görə fərqlənirlər. Adətən, elə bu mənada da 
konkret insan üçün səciyyəvi olan əlamətlərdən bəhs edilir. 
(Xarakterin yunancadan hərfi təcrüməsi "naxış, iz" deməkdir). 
Lakin psixologiyada "xarakter" sözü daha dar və xüsusi mənada 
işlədilir
1
. Çünki insanın hər cür fərdi xüsusiyyətlərini xarakter 
əlaməti adlandırmaq olmaz. Məsələn, görmə və eşitmə 
qabiliyyətinin itiliyi, yadda saxlamanın sürəti və müddəti, ağlın 
1
Ümumipsixologiya. Prof. A. V.Petrovskınin red. tlə. Bakı., 
«Maarif». 1982. s.440-446 
83 
downloaded from KitabYurdu.org


dərinliyi və s. kimi fərdi psixi xüsusiyyətlər xarakter əlaməti 
deyildir. 
Xarakter dedikdə psixologiyada konkret şəxsiyyət üçün tipik 
olan fəaliyyət tərzində təzahür edən, tipik şəraitdə üzə çıxan və 
şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən 
özünəməxsus fərdi psixoloji xüsusiyyətlərinin məcmuyu nəzərdə 
tutulur.
1
Şəxsiyyətin münasibətləli xarakter əlamətlərinin fərdi 
özünəməxsusluğunu iki cəhətdən müəyyənləşdirir. 
Bir tərəfdən hər bir tipik şəraitdə emosional həyəcanların fərdi 
özünəməxsusluğu 
şəxsiyyətin 
münasibətlərindən 
asılıdır. 
Xarakterin hər bir xüsusiyyəti məhz belə tipik şəraitdə özünü 
büruzə verir. 
Digər tərəfdən, hər bir tipik şəraitdə şəxsiyyətin təzahür edən 
davranış formasının özünəməxsus fərdi xüsusiyyətləri və onun 
münasibətindən asılıdır. 
"Xarakteristika" sözünü insanın fərdi xüsusiyyətlərini təsvir 
etmək üçün ilk dəfə yunan filosofu Teofrast (b.e.ə. 4-3-cü əsrlər) 
işləmişdir. Lakin onun işlətdiyi "xaraukteristika" terminində 
insanın yalnız əxlaqi simasının təsviri verilirdi. "Xarakter" sözünü 
Labryuyur də (XVII əsr) elə bu mənada işlətmişdir. Məşhur 
Azərbaycan alimi N.Tusinin "Əxlaqi-Nasiri" əsəri də insan 
xarakterləri sahəsində incə müşahidələrlə zəngindir. Beləliklə, 
xarakter 
sözü başlanğıcdan insanın sosial-əxlaqi simasını əks 
etdirən bir anlyaış kimi işlədilmiş və bu mənada orqanizmin 
xassələrindən asılı olan temperamentə tamamilə zidd məna kəsb 
etmişdir. XIX əsrdən başlayaraq xarakter sırf psixoloji planda ya 
ağlın, hissin və iradənin (A. Ben), ya hiss və iradənin (Ribo), ya da 
təkcə iradənin (P.F. Lesqaft) fərdi xüsusiyyətlərini bildirən bir 
məfhum kimi işlənmişdir. XX əsrdə xarakter anlayışı altmda 
psixikanın ayrı-ayrı sahələrinin xüsusiyyətəlri deyil, şəxsiyyətin 
bütün xassələri nəzərdə tutulmuşdur. Bu xassələr, öz növbəsində, 
şəxsiyyətin müxtəlif istiqa- 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə