Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə48/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   83
az dili

Əmr nümunələri


BAKI MAŞINQAYIRMA ZAVODU ÜZRƏ
63 SAYLI ƏMR
Bakı şəhəri «02» fevral 2015-ci il
Zavodda dəftərxana işinin daha səmərəli təşkili və sənədləşmənin düzgün aparılması məqsədi ilə
ƏMR EDİRƏM:
1. Zavod üzrə bütün əmrlər lazımi nüsxələrdə və əmrdə göstərilən əsaslarla birlikdə ümumi şöbəyə təqdim edilsin.
2. Təqdimatlar və ərizələr ümumi şöbədə qeydiyyatdan keçirilsin və mənim dərkənarımdan sonra yenidən ümumi şöbəyə təqdim edilsin.

3. Zavoddan gedən bütün məktublar və cavab məktubları 3 nüsxədə, zavoda daxil olan məktub əsasla birlikdə ümumi şöbəyə təqdim edilsin.


4. Sənədləşmənin düzgün aparılıb-aparılmaması barədə ümumi şöbənin müdiri mənə xəbər versin.
Əmr bütün struktur bölmələrə göndərilsin.
Əsas: Ümumi şöbə müdirinin təqdimatı.
BAŞ DİRЕКTОR: Z.N.ƏHMƏDOV
Fidan” Elm İstehsalat Birliyi üzrə
12 saylı əmr
Bakı şəhəri 24 yanvar 2015-ci il
İlham İman oğlu İmanov 01.02.2015-cü il tarixdən maaşı ştat cədvəlinə uyğun olmaqla bir ay sınaq müddəti ilə mühəndis təyin edilsin.
Əsas: İ.İmanovun ərizəsi
Baş direktor: Ə.Əliyev
Fidan” Elm İstehsalat Birliyi üzrə
13 saylı əmr
Bakı şəhəri 5 fevral 2015-ci il
I. Etibar Cavanşir oğlu Məmmədov - elektrik montyoru 05.02.2015-ci il tari-
xindən Azərbaycan Respublikası Əmək
qanunvericiliyinin 37-ci maddəsinin I
bəndi ilə tutduğu vəzifədən azad edilsin.
Əsas: Etibar Məmmədovun ərizəsi
II. E.Məmmədovun öhdəsində olan elektrik avadanlığı müvəqqəti olaraq sex rəisi Elçin Kazımova təhvil verilsin və təhvil-təslim aktla rəsmiləşdirilsin.
Fidan” EİB-nin direktoru: Ə.Əliyev


Ədəbiyyat siyahısı:
Əbdülhəsənli T., Hüseynova A. İşgüzar Azərbaycan dili. (dərs vəsaiti). Bakı,2006
Hüseynov S. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,2009
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009
Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat ( dərslik) Bakı, 2005


Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə