Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə39/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   63
-Ma n istehsal texnologiyas [1]

Qızğın ştamplama qızdırılmış materialı bağlı ştamp içərisində, təzyiq altında plastİK deformasiya vasitəsilə lazımi şəkİə salmaqdan ibarətdir.
Qızğın ştamplamanın döyməyə nisbətən bir sıra üstünlüKİəri vardır: a) məhsuldarlığı böyüKdür; b) 12-14- cü Kvalitetlər üzrə dəqiqlİK əldə etməK olur; v) mə’mulun üzünün təmizliyi DST 2789-73 üzrə 3-cü sinfə müvafiq ola bilir; q) ştamplama mexanİKİ e’mal həcmini azaldır, hətta bə’zən mexanİKİ e’mala ehtiyac qalmır və d) mürəKKəb formalı pəstahlar hazırlamaq olur.
Ştamplamanın töKməyə nisbətən də bir çox üstünlüK­ləri vardır: a) ştamplanmış hissənin mexanİKİ xassələri bütün töKmə növlərinin mexanİKİ xassələrindən yüKsəK olur; b) dəqiqliyi, təmizliyi və məhsuldarlığı torpaqda töKülmüş hissələrinKİndən çox olur və i.a.
Qızğın ştamplamanın nöqsanları da vardır: a) nazİK divarlı hissələri hazırlamaq çətin olur; b) çox girintili və çıxıntılı formaları əmələ gətirməK çox çətin olur və v) böyüK İİK sərfiyyat tələb edir.
Qızğın ştmplama əməliyyatı, başlıca olaraq, xırda ma­şın hissələrini hazırlamaq üçün tətbiq olunur və çəKİclər, preslər vasitəsilə aparılır. Qızğın ştamplama ilə maşın his­sələrini poladdan, rəngli metallardan (bürüncdən, alümini­um tunçlarından, alüminium və maqnezium xəlitələrindən) hazırlayırlar.
Ştamplama ilə pəstahı hazırlamaq üsulundan geniş surətdə iri seriyalı istehsalatda və Külli istehsalatda istifadə edirlər.
Ümumiyyətlə ştamplama bir neçə cür olur:

  1. açıq ştamplamalarda döyməK;

  2. yerinə bərKidilmiş çox əməliyyatlı ştamplarda ştamplamaq;

  3. döymə maşınlarında ştamplamaq;

  4. dəqiq ştamplamaq.

Birinci və iKinci üsulla pəstahlar çəKic və preslər üzə­rində ştamplanır.
Döymə maşınlarında ştamplanmışh hissələr tilişKəsiz alınır.
Dəqiq ştamplama, ştamplanmış hissənin tilişKələri KəsdiKdən və qəlpələrini təmizlədiKdən sonra iKinci dəfə dəqiq ştamplamaqdan ibarətdir. Dəqiq ştamplama nə­ticəsində mə’mulun ölçüləri 0,1-0,2 mm-ə qədər dəqiqliKlə alınır. Dəqiq ştamplama ilə alınan maşın hissələrinin bir çoxunu, mexaniKi e’malın ancaq təmiz əməliyyatlarını tətbiq etməKlə tamamlamaq olur. Dəqiq ştamplama başlıca olaraq böyüK proqramı olan istehsalatlarda xırda və orta ölçülü maşın hissələrini hazırlamaq üçün tətbiq edilir.
Maşın hissəsinin ölçüləri artdıqca, onun ştamplama dəyəri sür’ətlə artır. Buna görə də ştamplama iri maşın hissələri üçün nisbətən az tətbiq olunur.
Neft maşınqayırma sənayesində polad siyirtmələrin pazı (8.3-cü a şəkİİ), buxar nasosunun Kipgəci (8.3-cü b şəkİl), 32, 40 və 50 mm diametrli ventillərin və geri bağlama Kİapanlarının gövdəsi və qapağı qızğın ştamp­lanır. Bundan başqa, dərinlİK nasosları ştanqlarının başlarını, üçşaroşKalı baltaların pəncələrini və b.K. hissələrin pəstahını da qızğın halda ştamplayırlar.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə