Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər


Hazırlanın pəstahın forma və ölçü xətaları



Yüklə 3,03 Mb.
səhifə43/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   63
-Ma n istehsal texnologiyas [1]

Hazırlanın pəstahın forma və ölçü xətaları.

Slindr əvəzinə Konus, dairə əvəzinə oval və ya ellips şəKilli en Kəsiyi və müstəvi əvəzinə əyri səth əmələ gətirilməsi, ölçülərin və bucaqların düzgün alınmaması və s. Kimi xətaların böyÜK və KİçİKİiyi pəstahm hızırlanma üsulundan və o üsulun Keyfiyyətindən asılıdır.
Cədvəl 8.2






Pəstahm
növü

Materialı




Quruluşu

Ölçüləri

Zədələnmi ş qatın qalınlığı, mm ilə

1



Tökmə

Boz çuqun



1

sadə

xırda

1.0

2

mürəKKəb

orta

1.5

3

mürəKKəb

iri

2.0

polad

4

-

-

1-5

2



Döymə

Karbonlu polad

1

sadə

xırda

1.5

2

sadə

orta və iri

2.0

3

mürəKKəb

xırda

2.0

4

mürəKKəb

orta və iri

3.0

Xüsusi cins poladlar

5

sadə

Xırda

2.5

6

sadə

orta və iri

3.0

7

mürəKKəb

Xırda

2.5

8

mürəKKəb

orta və iri

3.5



3



Ştamplanmış hissələr

polad

1

sadə

Xırda

0.5-1.0

2

mürəKKəb

Orta xırda

0.5-1.0

3

mürəKKəb

orta

1.0-1.5

4



Yayma

polad

1

-

-

0.5-1.0

Əl ilə əmələ gətirilən ağac model qəliblərində alınmış töKmələri forma və ölçüsü, metal model vasitəsilə əmələ gətirilən qəliblərdə alınmış töKmələrinKindən böyüK olur. Ağac modellər rütubəti özünə çəKərəK şişir. Onlar şişmə və quruma zamanı qacıyır (əyilir), forma və ölçülərini dəyişir. Bundan başqa, ağac modeli torpaq qəlibdən çıxarılmamış­dan qabaq, onu torpqdan ayırmaq məqsədilə, yüngül zər­bələrlə vurmaq və tərpətməK lazım gəlir. Bu da töKmənin formasına və ölçülərinə müəyyən qədər tə’sir edir.
Qəlibi maşında metal model vasitəsilə əmələ gətirəndə bu xətalar olmur.
Sərbəst döymə ilə hazırlanmış pəstahlarm forma və ölçü xətaları ştamplanmış pəstahlarmKindan xeyli çox olur. İri maşın hissələrinin, xüsusən uzun valların pəstahını hazırlarKən bu xətalar daha çox olur.

  1. Hazır maşın hissəsindən tələb olunan dəqiqlin və təmizlin. Çox dəqiq və təmiz hazırlanacaq üzlər üçün pay, Kobud hazırlanacaq üzlərinKindən çox saxlanır.

  2. Maşın hissəsinin materialı, nonstrunsiyası və ölçüləri. Bunların hər üçünün payın miqdarına müəyyən tə’siri vardır. Məsələn, çuqundan töKülən maşın hissələri üçün pay, tuncdan töKülən maşın hissələrinKinə nisbətən çox verilir, çünKi tunc töKmə qəlibdən çuqun töKməyə nisbətən dəqiq çıxır və üzündə zədələnmiş qatın qalınlığı az olur.

Pəstahları hazırlayarKən, mürəKKəb quruluşlu maşın hissələrinin üstündə pay sadə hissələrinKindən çox sax­lanır.
Maşın hissələrinin ölçüləri artdıqca pəstah hazırlama­nın ölçü və forma xətaları da artır. Buna əsasən, maşın hissəsinin hazırlanan üzlərinin ölçüləri artdıqca pay da artır.
Ümumiyyətlə, pay elə olmalıdır Ki, onun Kobud yonmaya düşən hissəsi bir gedişdə götürülə bilsin. Artıq payı götürməK üçün artıq gediş, bə’zən hətta artıq əməliyyat lazım olur. Bu isə e’mal dövrünü artırır və işin qiymətini bahalandırır. Payın çox az olması da əlverişli olmur. MexaniKi e’mal zamanı əməliyyatlar, özündən qabaqKı əməliyyatın mə’mul üzərində buraxdığı zədələnmiş qatı tamam götürə bilmir. Mə’mulun üzündə yonulmamış (qara) parçalar, xırda çatdaqlar və çöKəKlər qalır.
Mühazirə
Mövzu 9. Emal metodlarının təsnifatı. Yonqar çıxartma ilə aparılan emal metodları. Yonma. Frezləmə.

E'mal metodlarının təsnifatı
Maşın hissələrini hazırlamaq, yəni tələb olunan forma və ölçüləri yaratmaq, səthlərdə lazımi - kələ-kötürlüyü və üz qatında materialın keyfiyyətini tə'min etmək məqsədilə pəstahların e'malında müvafiq e'mal metodları və üsulları tətbiq olunur.
Müasir maşınqayırmada yonqar çıxarmaqla kəsmə ilə aparılan e'mal metodları üstünlük təşkil edir. Bununla belə e'malın digər növləri plastiki deformasiya ilə e'mal, termiki və kimyəvi-termiki e'mal geniş tətbiq olunur. Dəzgahda aparılan e'malla yanaşı əl ilə aparılan e'mal - çilingər əməliyyatlarından xırda, seriyalı və fərdi istehsalda, eləcədə tə'mir işlərində istifadə olunur.
Maşın hissələrini hazırlayarkən tətbiq olunan e'mal metodları başlıca olaraq 8 qrupa ayrılır.

  1. Hazırlıq e'mal metodları.

  2. Yonqar çıxarmaqla apıralan e'mal metodları.

  3. Abraziv e'mal üsulları

  4. Yonqar çıxarmamaqla aparılan e'mal metodları.

  5. Soyuq ştamplama metodları.

  6. Elektrik e'mal metodları

  7. Xüsusi e'mal metodları

  8. Örtmə üsulları



Yonqar çıxartma ilə aparılan emal metodları. Yonma.
Yonqar çıxarmaqla aparılan e'mal metodları kəsici tilli alətlərlə (kəski, burğu, zenger, rayber, frez) - alətin bə'zən növünə uyğun olaraq adlandırılır.
Yonma. Kəskilər vasitəsilə aparılan yonma əməliyya­tının soyma, kobud, yarım təmiz, təmiz və nazik yonma və almaz yonması kimi növləri mövcuddur. Bə'zən pəstahın dəqiqliyini və tələb olunan dəqiqlik göstəricilərini nəzərə almaqla e'malı bir dəfəyə başa vururlar.
Kobud yonma əməliyyatı soyma əməliyyatından sonra pəstahları üçüncü və ikinci dəqiqlik sinifləri ştamp lama və tökmə üsulu ilə hazırlanmış hissələrin e'malı üçün tətbiq olunur. bu əməliyyatın nəticəsində 16-12 dəqiqlik kvalitetlərini və 1-3 kələ-kötürlük siniflərini əldə etmək mümkündür.
Yarım təmiz yonma əməliyyatı kobud yonmada kobud e'mala ayrılmış payın kəsilib götürülməsi mümkün olmayanda və yüksək forma dəqiqliyi və ya həndəsi ünsür­lərin bir-birinə nəzərən dəqiqliyinin tələblərini ödəmək məqsədilə tətbiq olunur. Yarım təmiz e'mal nəticəsində 12-­11 dəqiqlik kvalitetini və 2-4-cü kələ-kötürlük sinifini əldə etmək mümkündür.
Təmiz yonma əməliyyatı son əməliyyat və ya sonrakı tamamlama əməliyyatı üçün hazırlıq məqsədilə aparıla bi­lər. Təmiz yonma əməliyyatının nəticəsi ona qədər aparıl­mış əməliyyatlardan asılı olaraq 10÷8 dəqiqlik kvalitetləri­ni 4÷6 kələ-kötürlük siniflərini əldə etmək mümkündür.
Pəstahları dəqiq üsullar ilə hazırladıqda, yə'ni e'mal payı kifayət qədər, lakin çox olmadıqda kobud e'mala ehti­yac olmur. Bu halda əməliyyatlar ardıcıllığı kobud və təmiz adlanır. Bu və kobud yonma əməliyyatı yarım təmiz yonma rejimi ilə aparılır.
Yüksək dəqiqliklə hazırlanmış pəstahların e'malı çox vaxt bir dəfəlik e'mal ilə tamamlanır. Bu halda 14÷11 dəqiqlik kvateti və 3÷5 kələ-kötürlük sinfi göstəricilərini əldə etmək mümkün olur.
Nazik yonma əməliyyatı son əməliyyat kimi pardaxlama əvəzi bərk xəlitə və mineral keramik kəskilər vasitə­silə yüksək sürət, kiçik kəsmə dərinliyi kiçik verişlə aparılır. Nazik yonma əməliyyatı nəticədə 8-6, xüsusi hallarda 5-ci dəqiqlik kvalitetlərini və 7-9 kələ-kötürlük siniflərini əldə etmək mümkündür.
Almaz yonması əməliyyatı nazik yonma əməliyyatının almaz kəskilərlə aparılmasıdır. xüsusi yüksək sərtliyə malik dəzgahlarda aparılan bu əməliyyatda 5-ci dəqiqlik kvalitetini 12÷13 kələ-kötürlük sinfini əlldə etmək müm­kündür. Almaz kəskilərin yüksək bərkliyi və uzun ömürlülüyü onların texniki və iqtisadi cəhətdən əlverişli olmasın tə'min edir.
Yonma əməliyyatının titrəmə ilə e'mal növüdə möv­cuddur. Kəskinin titrəməsi onun iş şəraitini yüngül­ləşdirir, tələb olunan gücü azaldır, bə'zi hallarda isə hətta səthin kələ-kötürlüyünü də azaldır.
Yonma. Yonma əməliyyatı sinildrik, konusvari və düz üzləri kobud və təmiz e'mal etmək, yiv açmaq və başqa işlər üçün geniş surətdə tətbiq olunmaqdadır (şəkil 9.1).
Məsələn, sür'ət qutularının, bucurqadların, buxar na­soslarının və b.k. maşınların vallarını və gövdə hissələrini, dişli çarxların pəstahını, rotor mizini və bir çox başqa his­sələri kobud və təmiz e'mal etmək üçün yonma əməliyya­tından istifadə olunur.
Alətin materialı və kəsmə rejimi nöqtei-nəzərindən yonmanı üç növə ayırmaq olar:

  1. bərk xəlitə tiyəli kəsgilərlə yonma;

  2. mineral-saxsı kəsgilərlə yonma;

  3. tezkəsən polad kəsgilərlə yonma.


Şəkil 9.1. Xaricisilindrik səthlərin əsas emal üsullarının təsnifatı

Bərk xəlitələrin kimyəvi tərkibi özündən qabaqkı (kar­bonlu və tezkəsən poladlardan hazırlanmış alətlərdən) alət materiallarının kimyəvi tərkibindən tamamilə fərqlənir. Bərk xəlitələr əsasən volframdan əmələ gəlir, çox bərk olur və istilik 800-900° çatıncaya qədər kəsmə qabiliyyətini itirmir. Buna görə də tiyəsi bərk xəlitədən olan alətlər daha yüksək sür'ətlə kəsə bilir.


Birinci dəfə meydana çıxan bərk xəlitələr kəsmə sür’ətinin, tezkəsən polada nisbətən, daha yüksək pillələrə qaldırılmasına səbəb olmuş, çuqun və rəngli metal xəlitələrini e’mal etmək üçün ən yaxşı alət materialı olmağa başlamışdır. Bərk xəlitələrin ən birinci növləri kəsmə sür’ətini, çuqunu yonarkən 3-3,5 dəfə, poladı yonarkən 1,5-2 dəfə artırmağa imkan vermişdir.
Bərk xəlitələrin o zamanlar yüksək dərəcədə kövrək­liyi, alətlərə geniş miqyasda poladı kəsməyə imkan vermir­di. alətin tiyəsi böyük yonma təzyiqinə davam gətirmirdi. Xüsusən, fasiləli və ya zərbəli yonma prosesi aparmaq mümkün olmurdu. Ona görə də, poladı yonarkən, tiyəsi bərk xəlitədən olan alətlərdən ancaq sabit kəsikli yonqarı fasiləsiz kəsmək üçün istifadə oluna bilirdi.
Lakin sonralar bərk xəlitələrin tərkibi dəyişmiş, xassələri yaxşılaşmış, yeni xəlitələr meydana çıxmış və onlarla e’mal metodları təkmilləşmişdir. Buna görə də, materialları bərk xəlitədən olan alətlərin yüksək sür’ətlərlə yonma işi get-gedə genişlənmişdir.
hazırda buraxılan bərk xəlitələri iki qrupa:1) volfram kobalt xəlitələrinə və 2) titankobalt xəlitələrinə ayırmaq olar. Birinci qrupa VK4, VK6, VK8 və VK12, ikinci qrupa isə T5K10, T15K6, T12K6 və T21K8 markalı bərk xəlitələr daxil olur.
İkinci qrup xəlitələrin meydana gəlməsi, poladları bərk xəlitəli alətlərlə böyük sür’ətlərdə yonmağa imkan vermiş (9.2 şəkil) və bərk xəlitələrin tətbiq sahəsini xeyli genişləndirmişdir.
Yenə də, bərk xəlitələrin yüksək kövrəkiiyi çox bərk metalları yonarkən və zərbə ilə işlərkən, kəsmə rejimini uzun müddət əhəmiyyətli dərəcədə artırmağa imkan ver­mirdi. Buna əsasən də üzündə e’mal payı hamar olmayan və ya fasiləli üzləri olan polad hissələri yonarkən, həm­çinin poladı frezlərkən bir qayda olaraq tezkəsən poladdan hazırlanmış alətlərdən istifadə edilirdi. Buna görə də, çox rast gələn və böyük zəhmət aparan bu növ e’mallar az məhsuldar olurdu.
Uzun illər aparılan bir sıra tədqiqatlar nəticəsində bərk xəlitədən hazırlanan kəsgilərin tiyəsini mənfi qabaq bucaq vasitəsilə möhkəmlətmənin mümkün olduğu mə’lum olmuşdur.
Beləliklə, bərk xəlitədən olan alətlərdə mühüm bir nöqsanın - tiyə kövrəkiiyinin, onun məhsuldarlığına göstərdiyi mənfi tə’sirin qarşısını almaq yolu ilə tapılmış və bunun nəticəsində poladı bərk xəlitədən olan alətlərlə böyük sür’ətlərdə yonmaq imkanı əldə edilmişdir.
Qabaq bucaq müsbət olanda kəsginin tiyəsi əyilmə və kəsilmə gərginliyi altınlda işləyir (şəkil 9.2 a).
Qabaq bucaq mənfi olduqda isə, yonqar təzyiqinin tət­biq mərkəzi kəsginin ağzından uzaqlaşır, həm də kəsginin tiyəsi sıxılma gərginliyi altında işləyir (şəkil 9.2 b)






Şəkİl 9.2.
a b — müsbət mənfi bucaqlı kəsgilərin qabaq üzündə kəsmə
təzyiqinin istiqaməti; v — poladı e’mal edərkən, müxtəlif
materialdan olan kəsgilərin məhsuldarlığı; I — titan xəlitəsi; II
volfram karbidi xəlitəsi; III — tezkəsən polad; q — mənfi qabaq
bucaqlı kəsgi ilə yonarkən, sür’ətin kəsmə təzyiqinə tə’siri.
Tezkəsən poladın yol verilən əyilmə gərginliyi 320 kq/sm2, bərk xəlitələrin yol verilən sıxılma gərginliyi 450 kq/sm2 qədərdir. Buna görə də, tezkəsən polad kəsgilər müsbət bucaqla böyük yonqar təzyiqi altında işləyə bilir, bərk xəlitədən olan kəsgilər isə (tiyəsi) qırılır. Qabaq bucaq mənfi olduqda isə kəsginin bərk xəlifədən olan tiyəsi böyük yonqar təzyiqinə davam gətirir.
Qabaq bucaq mənfi olduqda, yonqar təzyiqi istiqamətini dəyişdiyi üçün, tiyənin dal üzünün təzyiqi kəsgin surətdə azalır və bunun nəticəsində dal üzün yeyilməsi də azalır.
Beləliklə, demək olar ki, mənfi qabaq bucaq böyük sür’ətlərlə işləyən alətlərin tiyəsinin möhkəmliyini artırır, yeyilməsini azaldır, istiliyinin yayılma şəraitini yaxşılaşdırır və davamlılığını artırır.
Axır zamanlarda, həm tezkəsən polad, həm də adi sür’ətlərdə işləyən bərk xəlitəli kəsgi tiyələrinin qabaq üzünü haşiyəli itiləmək geniş surətdə tətbiq olunmaqdadır. Bu halda haşiyəni -5°-dən - 10°-yə qədər, qabaq üzü isə +10°-dən +15°-yə qədər bucaqla itiləyirlər. Qabaq üzü haşi­yəli itiləyəndə həm mənfi bucağın üstünlüklərindən qismən istifadə olunur, həm də yonqar qabaq üzün müsbət bucağı üzrə çox asan çıxır.
Sür’ətli yonma kəsgisi tiyəsinin qabaq üzünün mənfi bucaqlı hissəsi elə olmalıdır ki, yonqar tamamilə ona sö­ykənə bilsin. Bu halda, S.P.Şabışovun göstərdiyinə görə, mənfi hissənin eni a + (3 - 5)S qədər, bucağı isə - 5°-dən - 15°-yə qədər olmalıdır.
Bərk xəlitə tiyəli kəsgilərlə yonma prosesini üç növə ayırmaq olar: a) sür’ətli yonma; b) qüvvətli yonma və v) nazik yonma.
Sür’ətli yonma. Sür’ətli kəsmə əvvəllər ancaq torna və karusel dəzgahlarında kəsgi ilə yonarkən tətbiq olunurdu. Hazırda isə təkmilləşdirmə nəticəsində, daha bir çox metalyonan dəzgahlara yayılmış: revolver və frez dəzgahlarında, avtomatlarda və yarımavtomatlarda, çoxkəsgili və içyonan dəzgahlarda böyük müvəffəqiyyətlə tətbiq olunmaqdadır.
Sür’ətli kəsmənin xüsusiyyəti əsasən bundan ibarət­dir ki, kəsmə prosesində əmələ gələn istilik yonulan metalı yumşaldır. Bunun nəticəsində, yonulan metal plastik hala gələrək, kəsilməyə az müqavimət göstərir və asan kəsilir. Kəsmə prosesində əmələ gələn istilikdən bu qayda ilə, kəs­mə prosesinin xeyrinə olaraq, istifadə etmək, ancaq istiliyə yüksək dərəcədə davamlı alət vasitəsilə işləyən zaman mümkün olur. Belə xassəyə hazırda ancaq bərk xəlitələrin bə’zi markaları, məsələn, T15K6 markalı xəlitə malikdir. Bə’zi tədqiqatlarda müəyyən edilmişdir ki, nazik yonma prosesində T30K4 markalı xəlitə də böyük davamlılıq göstərir.
Yüksək sür’ətlərdə işləməyə imkan verən ikinci sə­bəb, alətin tiyəsinin mənfi qabaq bucaq vasitəsilə möhkəm ləşməsidir. Mənfi qabaq bucaqlı alətlə kiçik kəsmə sür’ətlərində işləyərkən yonqarın əmələ gəlməsi prosesi kəskin su­rətdə xarablaşır. Yonqarın deformasiyası çoxalır, kəsilmə müqaviməti isə o qədər artır ki, yonqarın normal əmələ gəlməsi mümkün olmur. Yüksək sür’ətlərdə isə, material plastik hala gəlir və alətin qabaq üzü üzrə asan axır.
Mənfi qabaq bucaqlı alətlə işləyəndə metalın yonulan qatının yumşalmasına baxmayaraq, kəsmə təzyiqi müsbət bucaqlı alətlə yonarkən əmələ gələn təzyiqdən xeyli çox olur. Lakin, kəsmə sür’əti artdıqca kəsmə təzyiqi azalır (9.2 şəkil). Hətta 450 m/dəq-dən yuxarı sür’ətlərdə işlərkən mənfi qabaq bucağın rast gəldiyi kəsmə müqaviməti müsbət bucağınkından az olur. Bundan başqa, mənfi bucaq nə qədər böyük olarsa, sür’ət artdıqca kəsmə təzyiqi də bir o qədər tez azalır.


Böyük verişli (qüvvətli) yonma, ağzının xüsusi quruluşu olan kəsgi vasitəsilə aparılır (9.3 şəkil). Bu kəsgilərin xüsusiyyəti ondan ibarətdir ki, böyük verişlə yonaraq məhsuldarlığı əhəmiyyətli dərəcədə artırmaqla bərabər, e’mal edilən üzə də xeyli yaxşı təmizlik verir (təmizlik, kəsginin plan bucağı % = 0 olan köməkçi ağzın yonma prosesində iştirak etməsi nəticəsində əmələ gəlir).
Böyük verişli yonmanın kələ-kötürlüyü 4-6-cı siniflərə müvafiq alınır.
Ümumiyyətlə, kəsgi ilə yonarkən prosesə sərf olunan maşın vaxt aşağıdakı formul ilə təyin edilir:

yə’ni yonma vaxtı uzunluğu (L) ilə düz, mə’mulun dövr








Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə