Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə51/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   63
-Ma n istehsal texnologiyas [1]

Yönəldilmiş deşmə konduktorlar vasitəsilə yerinə yetirilir. Bu üsulla deşərkən, konduktor alətə müəyyən istiqamət verir. Seriyalı istehsalda dəqiq deşiləcək mə’mul- lar, küllü istehsalda isə bütün maşın hissələri konduktor vasitəsilə deşilir. Konduktorla deşmənin iqtisadi dəqiqliyi 11/12 dəqiqlik kvalitetləri üzrə alınır.
Deşmə prosesi burğu dəzgahlarından başqa, revolver dəzgahlarında, torna yarımavtomatlarında və avtomatla­rında da yerinə yetirilir. Bu dəzgahlarda mə’mul fırlandığı üçün alətin və mə’mulun bir-birinə nisbətən yerləşmə xətası, e’mal edilən deşiyin dəqiqliyinə (burğu dəzgahlarına nisbətən) az tə’sir edir. Ona görə də bu dəzgahlarında əmələ gətirilən deşiklər burğu dəzgahlarında əmələ gəti­rilən deşiklərdən dəqiq alınır.
Burğu ilə deşərkən alət və deşiyin eyni oxluğunu və veriş istiqamətinin bu oxa paralel olması deşmənin dəqiqliyini tə’min edən ən əsas şərtlərdəndir.
Burğu dəzgahlarında deşərkən burğunun oxu verişin istiqamətinə və mə’mulun oxuna paralel olmazsa (Şəkil 10.6), deşik əyri oxlu alınır. Həm burğunun oxu, həm də verişin istiqaməti mə’mulun oxuna paralel olmazsa, deşik çəp oxlu alınar. (Şəkil 10.6, b).
Revolver dəzgahlarında, yarımavtomatlarda və bu kimi dəzgahlarda (yə’ni mə’mul fırlandığı halda) deşərkən, alətin oxu mə’mulun oxuna və verişin istiqamətinə paralel olmazsa (şəkil 10.6, v), yaxud həm alətin oxu, həm də verişin istiqamətinə paralel olmazsa (şəkil 10.6, q), deşik konusvari alınır.
Dəqiq deşikləri hazırlarkən, əvvəlinci əməliyyat olaraq tətbiq olunan deşmə nəticəsində alınmış deşiyin forma dəqiqliyini (deşiyin silindrliyi, oxunun düzxətliliyi və s.) sonram əməliyyatların dəqiqliyi və axırıncı dəqiqlik üçün böyük əhəmiyyəti vardır. Ona görə də belə deşikləri açarkən, deşmənin dəqiqliyini müxtəlif üsullarla artirmağa çalişirlar.


Şəkil 10.6. Burğunun oxu deşiyin oxuna paralel olmayan hallarda əmələ gələn deşikiərin forması

Deşmənin dəqiqliyini artırmaq üçün tətbiq olunan əsas təd­birlər bunlardır:



  1. burğunu itilərkən, ağızlarının uzunluğunu onların burğunun oxu ilə təşkil etdiyi bucaqlarının eyni olmasını tə’min etmək;

  2. konduktorlu (yönəldilmiş) deşmə tətbiq etmək;

  3. mə’mulu fırlanan vəziyyətdə deşmək;

  4. deşiyin başını böyük diametrli qısa burğu ilə açmaq;

  5. xüsusi burğulardan istifadə etməK.


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə