Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə50/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   63
-Ma n istehsal texnologiyas [1]

Rayberləmə.
Rayberləmə əməliyyatı adətən deşiklərin finiş əməliyyatı kimi, bə'zən xoninqləmə əməliyyatında hazırlıq kimi aparılır. Rayberləmə əməliyyatı özündən qabaqkı əməliyyatda alınmış oxun xətasını düzəldə bilmir, onunla ancaq deşiyin diametrinin dəqiqliyi tə'min olunur.
Deşiyin dəqiqlik göstəricilərindən asılı olaraq rayberləmənin normal, dəqiq və nazik növləri tətbiq olunur. Rayberləmənin növləri bir-birindən alətin dəqiqliyi ilə fərqlənirlər.
Normal rayberləmərə 10÷9 dəqiqlik kvaliteti, 6÷7 kələ-kötürlük sinfi, dəqiq rayberləmədə 9÷7 dəqiqlik kva­liteti, 7 - kələ-kötürlük sinfi, nazik rayberləmədə 6÷5 də­qiqlik kvaliteti, 8 - kələ-kötürlük sinfini əldə etmək mümkündür.
Rayberləmə əməliyyatı rayber deyilən kəsici alətin vasitəsilə əmələ gətirilir. rayberlər əsasən iki növdür: əl rayberi və maşın rayberi.
Əl rayberi bütöv və qondarma dişli hazırlanır. Bütöv əl rayberlərinin diametri 3-50 mm (10.3 ab şəkilləri), qondarma dişli rayberlərin diametri isə 24-80 mm olur.
Maşın rayberləri bütöv, taxma və qondarma dişli hazırlanır (10.3 b, v, q, d, ej şəkilləri).
Rayberləmə üç növdür: kobud, təmiz və əllə rayberləmə.
Kobud rayberləmə deşmədən, zenkerləmədən və ya içyonuşundan sonra tətbiq olunur. Diametri 5-80 mm olan deşikləri kobud rayberləmək üçün diametr üzrə orta hesabla 0,1-0,5 mm, təmiz rayberləmə üçün 0,05-0,15 mm pay saxlanılır (10 b-ci cədvəl). Payın lazımi miqdardan çox və ya az olması, rayberləmənin keyfiyyətini azaldır. Pay az olarsa, alətin dişlərinin kötürdüyü yonqarın qalınlığı da az olur. Yonulacaq qat çox nazik olarsa, dişlər fasiləsiz yonqar götürmür, gah yonur, gah da yonulacaq qatın üstü ilə sürüşərək onu böyük təzyiqlə əzir. Bunun nəticəsində həm rayberləmənin təmizliyi az olur, həm də alətin dişlərinin tiyələri tez kütləşir.



Şəkil 10.3. Müxtəlif konstruksiyalı rayberlər
Cədvəl 10 b

Deşiyin diametri, mm ilə

Burğunun
diametri,
mm ilə

Deşiyin
diametri mm ilə

Burğunun
diametri, mm ilə

Deşiyin diametri, mm ilə

Burğunun
diametri,
mm ilə

5

4,9

18

17,6

34

33,5

6

5,8

19

18,6

35

34,5




7

6,7

20

19,6

36

35,5

8

7,7

21

20,6

37

36,5




9

8,7

22

21,6

39

37,5

10

9,7

23

22,6

40

39,5

11

10,7

24

23,6

42

41,5

12

11,7

25

24,6

44

43,5

13

12,7

26

25,6

45

44,5

14

13,7

27

26,6

46

45,5

15

14,7

28

27,6

47

46,5

16

15,6

30

29,6

48

47,5

17

16,6

32

31,5

50

49,5


Pay lazımi miqdardan çox olarsa, dişlərə düşən yük də çoxalır. Bunun nəticəsi olaraq rayberləmənin təmizliyi azalır, həm də alətin dişləri çox tez yeyilir.
Əl ilə rayberləmə, axırıncı əməliyyat olaraq tətbiq olunur. Bu e’mal üçün çox az pay saxlanılır. Əl ilə rayberlənmiş deşiyin diametri rayberin diametrindən çox az seçilir, yə’ni böyümə çox az olur. Əl ilə rayberlənmiş deşiyin dəqiqliyi və təmizliyi dəzgahda rayberlənmiş deşiyinkindən çox olur.
Diametri 75-150 mm olan deşikləri rayberləmək üçün bıçaq şəkilli üzən rayberdən (10.3-cü j şəkil) istifadə olunur.
Rayberləmənin dəqiqliyi deşiyin diametrindən, rayberləmənin sayından və növündən asılı olaraq, 7÷10 dəqiqlik kvalitləri üzrə alınır. rayberlənmiş deşiyin kələ- kötürlüyü, dəzgahda bir dəfə rayberlədikdə 6-7-ci siniflər üzrə, iki dəfə rayberlədikdə isə 8 və ya 9 siniflər üzrə alınır (10 b cədvələ bax).
Ümumiyyətlə, reybeorləmənin kəsmə rejimi enliağız kəsgilərin rejimi kimidir, yə'ni əməliyyat böyük veriş və nisbətən kiçik kəsmə sür'əti ilə gedir. Tezkəsən polad tiyəli rayberlərlə dəzgahda rayberlərkən, veriş təqribən polad üçün 0,15-2,6 mm/dövr, çuqun üçün 0,4-7,5 mm/dövr, əl ilə rayberlərkən polad üçün 0,3-2,4 mm/dövr, çuqun üçün isə 0,65-6,0 mm/dövr olur.
İri verişlər kobud rayberləmə, orta verişlər JT7 dəqiqlik kvaliteti üzrə (kobud rayberləmədən sonra) təmiz rayberləmə, xırda verişlər isə JT8 dəqiqlik kvaliteti üzrə bir dəfə rayberləmək üçündür.
Tezkəsən polad rayberlərlə işlərkən, kəsmə sür'əti müxtəlif şərait üçün 17,5-2,5 m/dəq olmalıdır. Rayberləmədən yüksək təmizlik tələb olunursa, kəsmə sür'əti kiçik olmalıdır. Məsələn, poladı rayberlərkən 8-ci kələ-kötürlük sinfini əldə etmək lazım isə kəsmə sür'əti 4­6 m/dəqdən artıq olmamalıdır.
Hal-hazırda bərk xəlitə tiyəli rayberlər geniş surətdə tətbiq olunmaqdadır. Bərk xəlitə tiyəli rayberlərin davamı çox, kəsmə sür'əti böyük və məhsuldarlığı yüksək olduğu üçün bu alətlərlə işləmək, qənaət nöqteyi-nəzərincə tezkəsən polad tiyəli rayberlərə nisbətən, daha əlverişlidir.
Bərk xəlitə rayberlərlə işlərkən, müxtəlif iş şəraiti üçün veriş 0,2-0,3 mm/dövr, kəsmə sür'əti isə təqribən polad üçün 8-58 m/dəq, çuqun üçün 12-49 m/dəq olmalıdır. Verilən hədlər arasında iri verişlər kobud rayberləmə üçündür.


Dartma.
Dartma əməliyyatı müxtəlif quruluşlu deşiklərin, yuvaların müstəvi, fasonlu və xarici silindrik səthlərin e'malı üçün tətbiq olunur. Dartmanın tətbiqi e'malı olduq­ca sadələşdirir, beləki, müxtəlif keyfiyyətli əməliyyatları bir olduqca mürəkkəb alətin köməyilə bir keçiddə yerinə yetirmək mümkündür. İstifadə olunan dəzgahında qurulu­şu heç də metalkəsən dəzgahlara oxşamır, sadəcə olaraq hidravlik silindrdən ibarətdir.
Dartma əməliyyatının köməyilə 9-6 dəqiqlik kvalitetini və 5-7 kələ-kötürlük sinfini əldə etmək mümkündür.
Basma əməliyyatı xarakter etibarı ilə dartmadan se­çilmir, fərq ondadır ki, bu halda alət olan basqı e'mal olu­nacaq deşikdən basılaraq keçirilir. Bu halda heç dəzgahda tələb olunmur. əməliyyat hidravlik presin köməyi ilə aparılır.
Bu üsulla işləyəndə alətin boyu qısa olmalıdır. Əks təqdirdə alətin boyuna əyilmək və qırılmaq qorxusu baş ve­rir. Ona görə də, basma ancaq kiçik payı olan üzləri e'mal etmək üçün yarayır. Basqılar 250÷400 mm uzunluğunda işlədilir.

Deşmə.
Deşmək, yə’ni bütöv materialda deşik açmaq, başlıca olaraq tezkəsən poladdan hazırlanmış və ya tiyəsi bərk xəlitədən olan vintvari burğular vasitəsilə əmələ gətirilir (şəkil 10.4).
Tezkəsən poladdan hazırlanmış vintvari burğularda adətən diametri 80 mm-ə qədər olan deşikləri açırlar. Diametri 35 mm-dən böyük olan deşikləri bütöv materilda adətən iki burğu ilə açarkən, kəsmə rejimi düzgün tə’yin edilmiş olarsa, maşın vaxtı bir burğu ilə deşmənin maşın vaxtından az da ola bilər.
Deşmənin rejimi burğunun diametrindən və materialından, həmçinin deşilən mə’mulun materialından asılı olaraq tə’yin edilir.
Tezkəsən polad burğularla polad mə’mulda uzunluğu l 3d və diametri 6-60 mm-ə qədər olan deşikləri açarkən veriş 0,02-0,75 mm/dövr, kəsmə (deşmə) sür’əti isə müvəqqəti müqaviməti Ϭv = 75 kq/mm2 olan karbonlu poladları soyudaraq deşərkən 14,5-52,6 m/dəq olmalıdır, çuqun mə’mulları deşərkən veriş 0,1-1,5 mm/dövr, deşmə sür’əti isə, bərkliyi Hb = 190 kq/mm2 olan boz çuqun üçün 15,1-48,8 m/dəq-yə qədər tə’yin edilir.
Bərk xəlitə burğuları düz və vintvari yuvalı ola bilər (şəkil 10.5). Polad materialları üçün vintvari yuvalı, çuqun materiallar üçün isə həm düz, həm də vintvari yuvalı burğulardan istifadə edilir. Bərk xəlitənin lövhəciyi burğunun baş hissəsindəki yarığa yerləşdirilmiş halda lehimlənmiş olur. Tezkəsən polad burğularda olduğu kimi, bu burğularda da, çatığın uzunluğunu azaltmaq məqsədilə burnunun yanlarını götürürlər.
Bərk xəlitə burğularla işlərkən deşmə prosesi sür’ətli kəsmə rejimi ilə gedir, yə’ni burğu böyük çevrə sür’ətilə deşir. Məsələn, diametri 10-30 mm olan burğularla av = 55 kq/mm2 olan poladları soyudaraq deşərkən kəsmə sür’əti 81-65 m/dəq və bərkliyi Hb = 190 kq/mm2 olan çuqunu quru deşərkən kəsmə sür’əti 95-60 m/dəq olmalıdır.

Şəkil 10.4. Daxili silindrik səthlərin emal növlərinin təsnifatı




Şəkil 10.5. Bərk xəlitə tiyəli burğular

Bərk xəlitə tiyəli burğuların məhsuldarlığı da böyük olur. Tezkəsən burğu əvəzinə bərk xəlitə burğu ilə deşmək əsas vaxtın (maşın vaxtının) bir neçə dəfə azalmasına səbəb olur.
Deşmə əsasən iki növ ola bilər: a) sərbəst deşmə və b) yönəldilmiş deşmə.
Sərbəst deşmə, başlıca olaraq fərdi istehsalda və qismən də seriyalı istehsalda tətbiq olunur. Sərbəst deşmə iki növ ola bilər. 1) nişan üzrə deşmə; 2) tərtibatda yerləşdirərək deşmə. Birinci halda açılan deşikiər qabaqcadan mə’mulun üzərində cizgilərlə çəkilir və mərkəzi burğunun oxunu mərkəz nişanının üstünə gətirir, sonra isə deşməyə başlayırlar. Belə deşmədən başlıca olaraq deşik oxunun dəqiq vəziyyət alması lazım gəlməyən hallarda istifadə edirlər.
İkinci halda tərtibat bir vəziyyətdə dəzgaha bağlanır, mə’mul isə müəyyən bazalara əsasən tərtibatın içində yer­ləşdirilir və bu vəziyyətdə deşilir. Bu üsul hər mə’mulda bir deşik açmaq üçün tətbiq olunur.
Ümumiyyətlə, sərbəst deşmənin iqtisadi dəqiqliyi orta hesabla 12-14 dəqiqlik kvalitetləri üzrə alınır.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə