Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə52/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   63
-Ma n istehsal texnologiyas [1]

Dərin deşmə
Uzunluğunun diametrinə nisbəti beşdən artıq olan (l > 5d) deşikiərin burğu ilə açılmasına dərin deşmədeyilir. Dərin deşmə iki növ olur: 1) bütöv deşmə (Şəkil 10.7) 2) həlqəvi deşmə əkil 10.7, b).
Bütöv deşmə nəticəsində açılan deşikdən çıxan metal tamamilə yonqara çevrilir, həlqəvi deşmədə isə deşikdən çıxan metalın böyük bir hissəsi çubuq şəkiində alınır.
Böyük diametrli deşikiəri bütöv deşikdə çoxlu metal yonqara çevrilir, həm də bu yonqarı dərin deşikdən çıxar­maq çətin olur. Diametri kiçik deşikiəri həlqəvi deşmək üçün müvafiq alət konstruksiya etmək çətin olur. Ona görə də diametri 75—100 mm-ə qədər olan deşikiəri bütöv, bundan böyük diametrli deşikləri isə, həlqəvi açırlar.
Açıq (iki başı açıq) dərin deşikləri iki üsulla deşmək olur: 1) bir tərəfdən deşmə və 2) iki tərəfdən deşmə.



Şəkil 10.7. Bütöv və həlqəvi deşmə:
1 və 2 — mayenin axma istiqamətləri; 3 — alətin saplığı; 4 — mərKəzi çubuq
Bir tərəfdən deşilmiş deşiyin oxu az-çox düz alınır. lakin deşik dərinləşdikcə oxun yana getməsi çoxalır, yonqarın çıxması çətinləşir və verişi azaltmaq lazım gəlir. Nəticədə deşmə vaxtı çox olur.
İki tərəfdən deşərkən əksər hallarda, mə’mulun ortasında deşiklərin oxları kəsişir və ya çarpazlaşır.
Oxlar çarpazlaşan halda deşiyin en kəsiyi ortada böyüyür. Deşmədən sonraki əməliyyatın (içyonuşun) gedişi çətinləşir. Ortada oxlar arasındaki məsafə çox böyük olduqda, mə’mul yaramaz olur.
Vintvari burğunun haşiyələri ona çox zəif istiqamət verdiyi üçün, o açdığı deşiyin düzoxlu olmasını tə’min edə bilmir. Ona görə də dərin deşikləri, deşməyə yaxşı istiqamət verən xüsusi burğuların vasitəsilə açırlar.
Dərin deşiyi bütöv deşmək üçün işlədilən xüsusi konstruksiyalı burğular əsasən birtiyəli, ikitiyəli və çoxtiyəli olur.
Dərin deşikləri açmaq üçün ən çox birtərəfli xüsusi burğulardan istifadə edilir.
Bütöv deşmə zamanı alətin mərkəzi hissəsinin, sıfır sür’ətli hərəkətlə əlaqədar olaraq, kəsməməsi deşmə alətinin mühüm nöqsanıdır. 10.7 a şəklindəki burğunun ağızlarında sıfır sür’ətilə işləyən nöqtə yoxdur, çünki bu burğu ilə deşərkən deşiyin mərkəz hissəsinin metalı yonqara çevrilmir, deşiyin ortasında 0,8-1,0 mm diametrli mərkəzi çubuq əmələ gəlir (şəkil 10.8).

Şəkil 10.8. Mərkəzi çubuğun əmələ gəlmə sxemi
Mərkəzi çubuğun əmələ gəlməsi nəticəsində veriş gücü az tələb olunur, deşik oxunun yana getməsi və əyilməsi azalır.
10.7 a şəklindəki burğu ilə deşərkən maye burğunun üstü ilə deşiyə daxil olur. Tiyələrdən çıxan yonqarı maye özü ilə götürərək (yuyaraq), burğunun mərkəzi deşiyi vasitəsilə bayıra çıxır.
Dərin deşikdə əmələ gələn yonqarın şəkil və ölçüləri elə olmalıdır ki, onu asanlıqla oradan çıxartmaq mümkün olsun. Xırdalanmış yonqar maye vasitəsilə deşİKdən asan çıxdığı üçün burğu yonqarqıranla tə’min edilmişdir.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə