Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər


Mühazirə Mövzu 10. Zenkerləmə. Rayberləmə. Dartma. Deşmə



Yüklə 3,03 Mb.
səhifə49/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   63
-Ma n istehsal texnologiyas [1]

Mühazirə
Mövzu 10. Zenkerləmə. Rayberləmə. Dartma. Deşmə.


Zenkerləmə.
Zenkerləmə əməliyyatı dəqiq deşiklərin e'malında deşmədən sonra pəstahlardakı mövcud deşiklərin ilkin e'malı üçün tətbiq olunur. Deşmə əməliyyatından sonra aparılan təmiz zenkerləmədə 10÷8 dəqiqlik kvalitetlərini, 5÷6 kələ-kötürlük siniflərini, pəstahlardakı mövcud deşik­lərin ilkin e'malı kimi aparılan zenkerləmədə 13÷11 dəqiq­lik kvalitetlərini, 3÷4 kələ-kötürlük siniflərini əldə etmək mümkündür.
Zenkerləmə, tökmə və döymədə olan kobud deşikiəri yarımtəmiz hala gətirmək və burğu ilə açılmış deşikiəri böyütmək üçün tətbiq olunur. Zenkerləmə başlıca olaraq spiral zenkerlərin vasitəsilə aparılır.
Diametri 10-20 mm olan zengerlər konusvari və ya silindrik quyruqlu olaraq bütöv hazırlanır (10.1-ci ab şəkilləri), diametri 20-50 mm olan zenkerlər taxma konstruksiyalı (10.1-ci v şəkil), diametri 50 mm-dən yuxarı olan zenkerlər isə qondarma dişli bütöv və ya taxma konstruksiyalı hazırlanır (10.1-ci qd şəkilləri).
ZenKerləməni deşmədən sonra tətbiq etdİKdə, onun üçün təxminən diametrin 1/8-i qədər pay saxlanılır (cədvəl 10 a).

Şəkil 10.1. Müxtəlif konstruksiyalı zenkerlər

Cədvəl 10 a


Zenkerləmədən qabaq deşiyi açmaq üçün burğunun diametri

Deşiyin diametri, mm ilə

Burğunun diametri, mm ilə

Deşiyin diametri, mm ilə

Burğunun diametri, mm ilə

16

14,3

30

27,6

17

15,3

32

29

18

16,3

34

31

19

16,6

35

32

20

17,6

36

33

21

18,6

37

35

22

19,6

40

37

23

20,6

42

39

24

21,6

44

41

25

22,6

45

42

26

23,6

48

45

28

25,6

50

47

Bə’zən zenkerləmə əvəzinə burğu ilə böyütmə (ikinci deşmə) tətbiq olunur. Burğunun kəsən tiyələrinin sayı, zenkerinkindən az olduğu üçün, təkrar deşmənin məhsul­darlığı zenkerləmənin məhsuldarlığından az olur. Bundan başqa, deşiyin divarında burğunun əmələ gətirdiyi təmizlik də zenkerin əmələ gətirdiyi təmizlikdən az olur. Bunlara əsasən ikinci deşməni zenkerləmə ilə əvəz etmək məsləhət görülür. Hazırda bərk xəlitə tiyəli zenkerlərdən geniş surətdə istifadə olunmaqdadır. Bərk xəlitə tiyəli zengerlərin ümu­mi quruluşu tezkəsən polad zengerlərdə olduğu kimidir. Məsələn, 10.2 b göstərilmiş bərk xəlitə tiyəli zenkerlərin ümumi konstruksiyası 10.2 a şəkildə bütöv və taxma zengerdən çox az seçilir.





Şəkil 10.2 a. Beşağızlı həlqəvi burğunun başlığı.

Şəkil 10.2 b. Bərk xəlitə tiyəli zenkerlər

TezKəsən poladdan hazırlanmış və diametri 15-80 mm olan zengerlərlə işlərkən polad material üçün veriş 0,2-2,0 mm/dövr, çuqun üçün isə 0,4-4,0 mm/dövr olur.


Bu zenkerlərlə işlərkən, kəsmə sür’əti kəsmə dərinliyindən, verişdən, zenkerin diametrindən və başqa amillərdən asılı olaraq geniş hədlər arasında dəyişir. Məsələn, Ϭv = 75 kq/mm2 olan poladı, t = 2 mm payla, soyutma tətbiq edərək zenkerlərkən, kəsmə sür’əti 7,5 ilə 43,8 m/dəq arasında alınır.
Bərk xəlitə tiyəli zenkerlərlə işlərkən polad mə’mullar üçün veriş 0,4-1,5 mm/dövr, çuqun üçün isə 0,4-2,4 mm/dövr olmalıdır. Bərk xəlitə tiyəli zenkerlər sür’ətli kəsmə rejimi ilə işləyir. Bu zenkerlərin kəsmə sür’əti və məhsuldarlığı tezkəsən poladdan hazırlanmış zenkerlər ə nisbətən xeyli böyükdür. Məsələn, Ϭν = 75 kq/mm2 poladdan hazirlanmiş mə’mulun diametri 80 mm olan S= 1,2 mm/dövr verişlə zenkerlərkən, tezkəsən polad zenkerə 9,8 m/dəq, bərk xəlitə tiyəli zenkerə isə 56 m/dəq kəsmə sür’əti vermək lazımdır.



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə