Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə46/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   63
-Ma n istehsal texnologiyas [1]

Frezləmə.
Frezləmə. Bu əməliyyatın kobud, yarım təmiz, təmiz növləri başlı frezlərlə yonduqda nazik frezləmə növləri mövcuddur və bə'zi hallarda bir dəfə frezləmə növündəndə istifadə edirlər.
Kobud frezləmə əməliyyatından tökmə və döymə üsulu ilə hazırlanmış pəstahların ilkin e'malı üçün pay 3 mm- artıq olduqda istifadə edilir. kobud frezləmə əməliyyatı nəticəsində 13-11 dəqiqlik kvaliteti 2-3 kələ- kötürlük siniflərini əldə etmək mümkündür. Düzxətlilik üzrə dəqiqlik 1 m-də 0,3-0,15 mm olur.
Yarım təmiz frezləmədən həndəsi forma xətalarının və onların bir-birinə nəzərən yerləşmə dəqiqliyinin artırılması məqsədilə aparılır, 12-10 dəqiqlik kvalitetini, 3-4 kələ-kötürlük sinfini, müstəvilikdən olan xəta isə 0,2­0,1 mm arasında alına bilər.
Təmiz frezləmə əməliyyatı son əməliyyat kimi kobud və yarımtəmiz əməliyyatlardan sonra və ya aralıq əməliyyat kimi kobud frezləmədən sonra tamamlama əməliyyatından qabaq aparılır. Təmiz frezləmə nəticəsində 10-8 dəqiqlik kvalitetlərini, 4-6 kələ-kötürlük siniflərini və müstəviliyi 1m-də, 0,08÷0,04 mm dəqiqliyilə əldə etmək olur.
Nazik frezləmə müstəvi səthlərin finiş əməliyyatı kimi başlı frezlərlə aparılır. Nazik frezləmədə 8÷6 dəqiqlik kvalitetini, 6÷8 kələ-kötürlük sinfini və müstəvililiyini 1 m-də, 0,04÷0,02 mm dəqiqliklə əldə etmək mümkündür.
Bir dəfəyə aparılan frezləmə əməliyyatından yüksək dəqiqlik tələb olunmayan və e'mal payı 2 mm-dən az olan halda istifadə edirlər. Bu əməliyyat nəticəsində 12÷10 də­qiqlik kvalitetlərini və müstəvililiyini 1m-də, 0,1÷0,06 mm dəqiqliklə əldə etmək mümkündür.
Hazırda düz üzvləri e’mal etmək üçün ən geniş tətbiq olunan proses frezləmədir (şəkil 9.5). Frezləmə düz üzlər­dən sonra fasonlu üzləri e’mal etməK üçün geniş surətdə tətbiq olunur. Külli istehsalda və iri seriya istehsalında eninə və uzununa yonma dəzgahlarında e’malı, frezləmə tamamilə əvəz etmişdir. Orta və xırda seriya istehsalında, həmçinin fərdi istehsalda, müəyyən e’mallar üçün tətbiq olunan düzyonuşla bərabər frezləmə də geniş tətbiq olunmaqdadır. Frezləmənin belə geniş tətbiq olunmasına onun məhsuldarlığı səbəb olmuşdur. Frezləmə prosesində həm alətin, həm də dəzgahın KonstruKsiyası yonmaya nisbətən, böyÜK sür’ətlə işləməyə və böyÜK məhsuldarlıq əldə etməyə imKan verir. Düzyonuş dəzgahlarında işlərKən, alət və dəzgah böyÜK sür’ətlə e’mal etməyə imKan vermədiyindən, habelə alətin və ya mə’mulun geriyə qayıtma hərəKətinə müəyyən miqdarda səmərəsiz vaxt sərf olunduğundan, düzyonuş prosesinin məhsuldarlığı frezləməninKindən xeyli azdır.







Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə