Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər


Şəkil 9.4. a - yonma ilə əmələ gətirilən üzün kələ - kötürlüyünün verişdən asılılığı



Yüklə 3,03 Mb.
səhifə45/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   63
-Ma n istehsal texnologiyas [1]

Şəkil 9.4.
a - yonma ilə əmələ gətirilən üzün kələ - kötürlüyünün verişdən asılılığı;
b, vq - dərinlik nasosu borularını yonmuş mineral-saxsı kəsgilər

Nazik yonma böyük (1000-6000 dövr/dəq-yə qədər) dövrlər sayı və xırda (0,01-0,15 mm/dövrə qədər) verişləri olan və titrəməyərək sakit işləyən ağır dəzgahlarda aparılmalıdır. Hal-hazırda sənayedə xarici və daxili nazik yonma üçün xüsusi dəzgahlar buraxılır.


b) mineral-saxsı tiyəli kəsgilərlə yonma
Mineral-saxsı tiyəli kəsgilər son zamanlar üstyonuş əməliyyatlarında bərk xəlitə lövhəciklərini müvəffəqiyyətlə əvəz etməyə başlamışdır.
Bir sıra zavodlarda istehsal miqyasında aparılan sınamalar göstərir ki, mineral-saxsı kəsgilər poladı və çuqunu yarımtəmiz və təmiz yonmaq üçün müvəffəqiyyətlə tətbiq oluna bilər. Bir sıra zavodlarda mineral-saxsı kəsgilərdən geniş surətdə istifadə edən tornaçılar bu kəs­gilərlə çuqunu yonarkən, kəsmə sür’ətini 1400-1845 m/dəq-yə çatdırmışdır.
Başqa kəsici materialdan hazırlanmış lövhəciklərdə olduğu kimi, mineral lövhəciklərin də tiyəsinin e’mal edilən müxtəlif materiallar üçün müxtəlif həndəsəsi olma­lıdır. Məsələn, boz çuqun yonmaq üçün lövhəcik tiyəsinin əsas bucaqları belə ola bilər, a = 10°; y = 0°; 9 = 45°; 9 = 10°; X = +10°.
Mineral-saxsı lövhəciklər kəsginin başına istiyə davamlı yapışqan vasitəsilə yapışdırılır; qırmızı mis, bü­rünc və ya mis-sing lehimi vasitəsilə lehimlənir; habelə me­xaniki üsulla bağlanır. Mineral lövhəciklərini lehimləmək üçün adi neft və ya qaz ocaqlarından istifadə olunur. La­kin qızdırma və soyutma kiçik sür’ətlə getməlidir, çünki mineral-saxsı az istilikkeçirən material olduğu üçün sür’ətli qızdırma və soyutma zamanı çatlayır.
Çuqunu mineral-saxsı kəsgilərlə yonarkən, onun yo­nulma sür’əti bərk xəlitə k əsgilər inkindən çox olur. Məsələn,

  1. t = 0,5 mm, S =0,18, v = 317 m/dəq

  2. t = 1,0 mm, S =0,25, v = 258 m/dəq

v) t = 1,5 mm, S =0,32, v = 217 m/dəq.
Mineral-saxsı kəsgiləri başlıca olaraq tiyəsinin dal üzündən yeyilir;
E’mal zamanı mineral-saxsı kəsgiləri zərbədən və titrəmədən qorumaq lazımdır.
A.İ.İsaev, N.N.Zorev və L.K.Kuçmanm tədqiqatlarına əsasən demək olar ki, mineral-saxsı kəsgilər poladı da xeyli böyük sür’ətlə yona bilir. Məsələn, müvəqqəti müqaviməti cv = 65 Kq/mm2 olan poladı ÜM-332 marKalı mineral kəsgi ilə yonarkən kəsmə sür’ətləri 9.2 cədvəlində verildiyi kimi olur.

Cədvəl 9.2.



v) tezkəsən polad kəsgi ilə yonma
Maşın hissəsinin konstruksiyası, dəzgahm güc və ya sür’ətləri imkan vermədikdə, habelə alətin tiyəsini bərk xəlitədən və ya mineral-saxsıdan hazırlamaq mümkün de­yilsə, yaxud hər hansı bir səbəbə görə bu materiallardan istifadə etmək mümkün olmursa, o zaman tezkəsən polad tiyəli alətdən istifadə edilir. Ona görə də, neft maşınqayırma sənayesində hələlik bərk xəlitələrlə yanaşı olaraq tezkəsən polad tiyəli alətlər də işlədilir.
Yonma dəzgahlarında, xüsusən dəlmə dəzgahında polad hissələr, tezkəsən polad alətlərlə yonulur. Yiv burğulari, plaşkalar, rayberlər, yiv frezləri və b.k. alətlər (P9 və P18 markalı) tezkəsən poladdan hazırlanır.
Bir sıra hallarda tezkəsən poladdan başqa, onu əvəz edən Gİ-184, Gİ-260 və s. markalı poladlardan, habelə U10A, U12A markalı alət poladlarından hazırlanmış alətlər də (rəngli metalları, plastik kütlədən hazırlanan hissələri və s. yonmaq üçün) tətbiq olunur.
q) yonma prosesinin tətbiqi
Yonma, maşın hissələrinin mexaniKi e’mal prosesində ən çox tətbiq olunur. Yonma prosesi tətbiq olunan dəz- gahlar mexaniki sex dəzgahlarinin, demək olar ki, üçdə ikisini təşkil edir. Yonma prosesi, torna, revolver, karusel, düzyonuş və dəlmə dəzgahlarında; avtomat və yarımavtomatlarda, içyonan və nazikyonan dəzgahlarda; bir çox müxtəlif maşın hissələrini e’mal etmək üçün tətbiq olunur. mexaniki e’mal edilən maşın hissələrinin çoxu yonma prosesindən keçir. Mexaniki e’mal prosesini keçməyən maşın hissəsi çox azdır.
Neft maşınqayırma zavodlarında bucurqadların, bu­xar nasoslarının, sür’ət qutularının və başqa maşınların vallarını, dişli çarxlarını, yataqlarını, dərinlik nasoslarının silindrlərini, plunjerlərini və bir çox başqa maşın hissələri­ni hazırlarkən müxtəlif yonma əməliyyatı tətbiq olunur.
Yonma prosesindən daxili və xarici silindrik və konusvari üzləri və müstəviləri kobud, təmiz və zərif e’mal etmək üçün istifadə olunur.



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə