Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə48/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   63
-Ma n istehsal texnologiyas [1]

Z 0,04D
Bir başa frezləmə üçün tə’yin olunmuş frez diş­lərinin qabaq bucağı - 5°-dən - 20°-yə qədər, dal bucağı isə, 10-dan 15°-yə qədər olur.
Qabaq bucağı seçərnən e’mal edilən metalın möhkəmliyini, həmçinin dəzgahın, mə’mulun və frezin sərtliyini nəzərə almaq lazımdır. E’mal edilən metalın bərnliyi artdıqca, mənfi qabaq bucaq böyüməli və sərtlin azaldıqca niçilməlidir.
Dal bucaq e’mal edilən materialdan asılı olaraq seçi­lir. Təcrübə göstərir ki, dal bucaq böyün olanda dişlərin tiyəsi ovxalanır. Ona görə də, bərn metallar üçün dal bucaq kiçin və ancaq yumşaq metallar üçün böyük olmalıdır.
Bir başa frezləmənin məhsuldarlığına, dişlərin tiyəsi­nin qabaq və dal bucaqlarından başqa, baş plan bucağı φ, baş ağzın meyi bucağı λ və başqa ölçülər tə’sir edir. Bu ölçülər ayrı-ayrı hallarda frezləmənin iş şəraitindən asılı olaraq tə’yin olunmalıdır.
Kəsmənin (frezləmənin) dərinliyi, sür’ətli frezləmə zamanı, alətin davamlılığına (Kəsmə sür’ətinə və verişə nisbətən) çox az tə’sir edir. Məsələn, müəyyən bir şərait üçün kəsmə dərinliyini 50% artırdıqda, davamlılığı saxlamaq üçün kəsmə sür’ətini ancaq 4% azaltmaq lazım gəlir. Verişi 50% artırsaq, kəsmə sür’ətini 30% azaltmaq lazımdır. Buna əsasən demək olar ki, adi frezləmədə olduğu kimi, sür’ətli frezləmədə də (alətin davamlılığı üçün) böyük dərinliklə işləmək, böyük veriş və ya sür’ətlə işləməkdən əlverişlidir. Lakin kəsmə dərinliyini çox böyütmək olmur, çünki kəsmə dərinliyini çox böyütdükdə bərk xəlitə lövhəsi ovxalanır və qırılır. Ona görə də, əməli olaraq kəsmə dərinliyini yumşaq və orta bərklikli karbonlu poladlar üçün 10-12 mm-dən, xüsusi cins yumşaq və bərk karbonlu poladlar üçün 7-8 mm-dən və bərk (termik e’mal edilmiş) xüsusi cins poladlar üçün 5-6 mm-dən artıq verməyi məsləhət görmürlər.
Bir dişin verişi sür’ətli frezləmə üçün mühüm amillərdən biridir. Kiçik (0,02-0,04 mm) verişlə işlərkən metalın kəsilən qatı çox nazik olduğundan, frez dişləri tiyələrinin yonqar altına girməsi çətinləşir və dişlər qismən sürüşür. Bunun nəticəsində dişlərdən çox güclü qığılcım çıxır, mə’mul qızır və alətin davamlılığı azalır. Veriş böyüK olarsa, dişlər metala girərkən böyük zərbə əmələ gəlir və tiyələr ovxalanır. Ona görə də, ümumiyyətlə 0,08­0,20 mm verişlə işləmək məsləhət görülür.
Əməli olaraq, bərk (termik e’mal edilmiş) poladı 0,08-0,12 mm, karbonlu və yumşaldılmış xüsusi cins poladı 0,15-0,20 mm və çuqunu 0,3-1,0 mm verişlə frez- ləyirlər.
Kəsmə sür’əti sür’ətli frezləmə prosesinin məh­suldarlığına tə’sir edən ən əsas amillərdən biridir. Kəsmə sür’əti əməli olaraq hazırda tətbiq olunan sür’ətlərdən çox olarsa, alətin tiyəsinin davamlılığı kəskin surətdə azalır. Sür’ət müəyyən həddən az olarsa, yonqarın əmələ gəlməsi çətinləşir, titrəmə əmələ gəlir, bərk xəlitə lövhəsi ovxala­nır və qırılır. Buna görə də, hazırda əməli olaraq poladı 100-300 m/dəq (alt hədd xüsusi cins bərk poladlar üçündür), çuqunu 75-150 m/dəq və rəngli metalları 2000 m/dəq-yə qədər sür’ətlə frezləyirlər.
Bir başa frezləmə əməliyyatını poladın üzərində apararkən, T15K6 və T30K4 markalı və çuqun üzərində apararkən, BK8 markalı bərk xəlitələrdən istifadə olunur.
Son illərdə yeni texnologiya sahəsində ən yaxşı nəticə verən tədbirlərdən biri də sür’ətli frezləmənin geniş surətdə tətbiq olunmasıdır. Frezləmə, yonma, dəlmə və başqa əməliyyat dəzgahlarında aparılan bir çox əməliy­yatların sür’ətli frezləmə ilə əvəz olunması, zavodlarda yüz minlərlə dəzgah saatlarını qənaət etməyə imKan ver­mişdir.
b) Nazik frezləmə
Nazik yonmanın çox yaxşı nəticə verməsi, bu növ yonqar götürməyən başqa e’mal üsullarına, o cümlədən də frezləməyə, tətbiq edilməsinə səbəb olmuşdur.
Nazik frezləmə prosesi də, nazik yonma kimi, e’mal edilən üzü tamamlamaq üçün tətbiq olunur. son zamanlar mə’mulu, dişlərinin tiyəsi bərk xəlitədən olan yanı dişli frezlər vasitəsilə nazik frezləyirlər. Nazik frezləmə kiçik kəsmə dərinliyi və xırda verişlərlə aparılan sür’ətli frezlə­mə prosesindən çox az fərqlənir. Sür’ətli frezləmənin kəs­mə dərinliyi və verişi azaldıqca, yavaş-yavaş nazik frezlə­məyə çevrilir.
Nazik frezləmə əməliyyatını 4-dən - 15°-yə qədər qa­baq bucağı olan bərk xəlitə tiyəli frezlər vasitəsilə, yüksək kəsmə sür’ətləri (polad üçün 200 - 300 m/dəq) və xırda (frezin bir dişi üçün 0,03-dən 0,10 mm-ə qədər) verişlərlə aparırlar. Nazik frezləmə ilə e’mal edilmiş üzün təmizliyi pardaxlanmış üzün təmizliyinə yaxın olur.
Nazik yonma kimi, nazik frezləmə prosesi də, yüksək dövr sayları və böyük sərtliyi olan güclü dəzgahlarda apa­rılmalıdır.


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə