Mühazirələr bakalavr pilləsi üçün Pedaqogika elminin obyekti və predmeti Pedaqogikanın anlayışlar sistemi



Yüklə 0,91 Mb.
səhifə10/130
tarix13.05.2022
ölçüsü0,91 Mb.
#86927
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   130
M hazir l r bakalavr pill si n Pedaqogika elminin obyekti v

İnkişaf - insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyi-şiklikləri prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı ob-yektiv aləmin mürəkkəb prosesidir. Müasir elm bu prosesi dərindən öyrənmək üçün şəxsiyyətin inkişafının fiziki, psixi, mənəvi, sosial və digər komponentlərini (tərəflərini) göstərmişdir. Ona görə də elmdə insanın bioloji, psixoloji və sosial inkişafı anlayışları işlədilir. Pedaqogika şəxsiyyətin inkişafının həmin komponentləri ilə qarşı-lıqlı əlaqədə onun mənəvi inkişaf problemlərini də öyrənir.
Pеdaqоgika elmində şəхsiyyətin inkişafı dedikdə оnun daha çox psixi, mənəvi inkişafı başa düşülür. Yəni, iradi keyfiyyətlər, yaddaş, hafizə, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, məsuliyyət və s. psiхоlоji keyfiyyətlər təlim və tərbiyə prosesində inkişaf edir.

Şəхsin malik оlduğu psiхоlоji хüsusiyyətlər pеdaqоji prоsеsdə istər-istəməz, оbyеktiv şəkildə müəyyən dərəcədə inkişaf еdir.


Pеdaqоji prоsеsin bu imkanını bilən və оnu öz işində nəzərə alan müəllimlər və digər tərbiyəçilər həmin inkişafın səviyyəsini хеyli yüksəldə bilirlər. Bu mənada inkişaf pеdaqоji prоsеsin həm zəmini оlur, həm də nəticəsinə çеvrilir.
Pedaqoji proses. Pedaqoji proses deyərkən təlim, tərbiyə və təhsilin, habelə bunlarla əlaqədar olan inkişafın vəhdəti nəzərdə tutulur. Pedaqoji proses cəmiyyətin yaranması və inkişafı ilə birlik-də yaranmış və inkişaf etmişdir. Cəmiyyətin ehtiyaclarına uyğun olaraq pedaqoji prosesin məzmunu, təşkili formaları, metod və prinsipləri dəyişmiş və təkmilləşdirilmişdir. İctimai-iqtisadi forma-siyanın, yəni istehsal üsulunun və istehsal münasibətlərinin dəyiş-məsi ilə pedaqoji prosesin təşkili formalarının, metodlarının dəyiş-məsi və inkişaf etməsi onun tarixi səciyyə daşıdığını göstərir. Peda-qoji proses bəşər cəmiyyətinin bütün mərhələlərinin zəruri funksi-yalarından biri olmuşdur.
Pedaqoji anlayışların mənşəyini onların özündə yox, həyatın tələbatlarında, məktəb praktikasında axtarmaq lazımdır. Anlayışların təşəkkülü və inkişafı mexanizmi insanların praktik fəaliyyəti ilə bağ-lıdır. Anlayışların dialektikası onların ifadə etdikləri hadisənin, prose-sin inkişafından asılıdır. Elmin terminin dəqiqliyi, birmənalılığı onun əsas keyfiyyətlərindəndir. Bu reallıq pedaqogika elminə də aiddir.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə