Mühazirənin planı : Qanyaranma: embrional və postembrional, qısa səciyyəsi. Qanyaradıcı üzvlər



Yüklə 0,82 Mb.
səhifə5/5
tarix25.03.2018
ölçüsü0,82 Mb.
#33302
növüMühazirə
1   2   3   4   5

Yetkin B limfosit mərhələsində əlavə olaraq hüceyrə səthində IgD molekulları ekspressiya olunurlar. Sonuncu hüceyrələrin səthlərində 50000-dən 100000-ə qədar IgM və IgD molekulları aşkar edilirlər. Qeyd etmək lazımdır ki, B limfosit reseptoru (B-cell receptor - BCR) dedikdə əsasən IgM molekulu nəzərdə tutulur. Qırmızı sümük iliyindən qan dövranına daxil olan yetgin B limfositlər hələ qeyri-aktiv vəziyyətdə olurlar. Onların aktivləşməsi üçün vacib şərtlərdən biri, digər antigen-təqdim edən hüceyrələrdə olduğu kimi, co-stimulyator rolunu oynayan CD40 molekullarının hüceyrə səthində ekspressiya olunmasıdır (Şək. 24, 25) - ikinci siqnalın Th-rə çatdırılması ücün.

Şək.. 24


Şək. 25


Plazmatik B limfositlər (plazmositlər və ya effektor B limfositlər də adlandırılırlar) digər eyni qrup hüceyrələrlə müqayisədə böyük olçüyə malik olub, monoklonal əkscisimciklər sintez edən ixtisaslaşmış hüceyrələrdir. Elektron mikroskopik olaraq sitoplazmalarının əksər hissəsini dənəli endoplazmatik şəbəkə sisternaları tutur. Qısa müddətdə (10 - 30 gün) yaşamaq qabiliyyətinə malikdirlər.

T limfositlər həm humoral, həm də hüceyrəvi immunitet formalarında mühüm əhəmiyyətə malikdirlər. Bu hüceyrələrin sitodifferensasiyası haqqında ətraflı məlumat timusa həsr olunmuş bölmədə verilmişdir. NK hüceyrələrindən başqa T limfositlərin digər subpopulyasiyalarına ən xarakter olan xüsusiyyət onların səthlərində T hüceyrə reseptorunun (T cell reseptor - TCR) ekspressiya olunmasıdır. TCR-n təşkilində iştirak edən qlikoprotein zəncirlərinin növündən asılı olaraq T limfositlər iki qrupa bölünürlər. Orqanizmdə olan T limfositlərin 95%-dən çoxunu təşkil edən αβ T huceyrələr (bir qayda olaraq bu hüceyrələri sitotoksik T hüceyrələr adlandırırlar), yerdə qalanları isə γδ T hüceyrələrdir. Bu hüceyrələr tərəfindən yerinə yetirdiyi funsiyalarında da nəzərə çarpacaq fərq mövcuddur (Şək. 25)

Treg (tənzimləyici, supressor) hüceyrələr öz antigenlərinə qarşı immun cavab reaksiyalarını tormozlamaqla yanaşı, kəskin immun cavab reaksiyalarını zəiflədərək orqanizmin antigenlərə qarşı tolerantlığının (toxunulmazlığnın) təmin edilməsində mühüm rol oynayırlar.

Təbii cəllad (natural killer – NK) hüceyrələr həm limfoid, həm də mieloid mənşəyə malik, quruluşca böyük dənəli limfoisitlərə aid edilən, sayına görə T və B limfositlərdən sonra 3-cü yerdə duran, digər T limfositlərə xas TCR, CD3 nişanları olmayan hüceyrələrdir.

İmmun cavab zamanı immunkompitent hüceyrələrin qarşılıqlı əlaqələri. İmmun cavablar ixtisaslaşmış əkscisimciklərin yaranması ilə müşahidə olunursa - onu humoral immunitet, hüceyrələrin ölümü ilə nəticələnən sitotoksik hüceyrələrin formalaşması ilə nəticələnirsə - onu hüceyrəvi immunitet adlandırırlar.

Humoral immunitet B və Th2 limfositlərin qarşılıqlı əlaqələri ilə başlayır. Hər iki hüceyrə tipi TLR təsiri nəticəsində aktivləşdikdən sonra qarşılıqlı əlaqələr yarada bilirlər. B limfositlər antigen-təqdim edən hüceyrə olduğuna görə ancaq proqramlaşmış olduqları antigen ilə əlaqə yarada bilirlər. Bu zaman B limfositlərin reseptor rolunu oynayan IgM-in Fab fraqmenti və antigen arasında əlaqə yarananda endositoz yolu ilə B limfositin reseptor kompleksi ilə birlikdə antigen də sitoplazmaya daxil edilir. Əvvəllər ətraflı izah olunmuş mexanizmlərlə II MHC molekulu epitopla birlikdə B limfositin səthinə çıxarılır (Şək. 27). İkinci tərəfdən yenə də TLR təsiri nəticəsində co-stimulyator rolunu oynayan CD40 molekulu da B limfositin səthınə çıxarılır. II MHC+epitop kompleksi Th2 limfositlərin TCR+CD4 kompleksi ilə birləşərək birinci siqnalı əmələ gətirirlər. Bir daha qeyd etmək lazımdır ki, immun cavabın başlanması üçün mütləq iki siqnal lazımdır. İkinci siqnal CD40-ın Th2 limfositlərinin səthinə çıxarılan CD40 reseptoru ilə birləşməsi zamanı meydana çıxır. İkinci siqnalı qəbul etdikdən sonra Th2 limfositləri IL-4, IL-5, IL-6 və IL-10 sitokinlərini ifraz edirlər. Onlardan IL-4, IL-5 və IL-6 təsirindən bir tərəfdən B differensasiya edərək immunoqlobulinlər sintez edən hüceyrələrə çevrilirlər. İkinici tərəfdən həmin sitokinlərin təsiri zamanı antigen epitopunu tanımağa daha da ixtisaslaşan, ikincili immun cavabda aktiv iştirak edən, yaddaş B limfositlər əmələ gəlirlər. Maraqlısı odur ki, yerdə qalan IL-10 təsirindən hüceyrəvi immunitetdə iştirak edən TH1 limfositlərin say artımlarını (proliferasiyanı) tormozlayırlar (Şək. 26).



Şək. 26

Huceyrəvi immunitet Th1, CTL və antigen-təqdim edən hüceyrələrin (əsasən dendritik hüceyrələrin) iştirakı ilə baş verir. Nəzərə çarpanı odur ki, antigen-təqdim edən hüceyrə Th1-lə CTL arasında özünə məxsus körpü yaradır. Belə körpünün yaranmasının iki səbəbi var. Birinci, T limfositlər ancaq antigen-təqdim edən hüceyrələrlə sıx əlaqə (immunoloji sinaps) yaratdıqda aktivləşə bilirlər. İkinci, antigen-təqdim edən hüceyrələr Th2 limfositlərlə ancaq II MHC, CTL isə I MHC molekullarının köməkliyi ilə əlaqə yarada bilirlər. Sonuncunun da əsasında II MHC molekullar ancaq hüceyrəyə kənardan daxil olmuş antigenlərin epitopu, I MHC molekulları vasitəsi ilə isə antigen-təqdim edən hüceyrələrin sitoplazmalarında farmalaşmış epitopla birləşə bilirlər. Antigen-təqdim edən hüceyrə ilə Th1 və CTL hüceyrələrin hər biri arasında əlaqə yenə də iki siqnal vasitəsi ilə olmalıdır (Şək. 27).



Şək. 27.

Antigen-təqdim edən hüceyrə səthində olan II MHC+epitop kompleksi Th1 limfositinin TCR+CD4 kompleksi ilə birləşərək birinci siqnalı, antigen-təqdim edən hüceyrə səthində olan B7 molekulu isə Th1 səthində olan CD28 molekulu ilə birləşdikdə ikinci siqnal yaranır.



Digər tərəfdən antigen-təqdim edən hüceyrə MHC+epitop kompleksi ilə TCR+CD8 kompleksi əlaqə yarandıqda ikinci siqnal formalaşır. Nəticədə Th1 limfositlərin ifraz etdiklri IL-2 və IFN-qammanın təsirindən CTL hüceyrələr proliferasiya etməklə yanaşı kəskin aktivləşirlər. Sonuncular bədxassəli şiş transformasiyasına məruz qalmış, viruslar, hüceyrədaxili mikroorqanizmlər və parazitlərlə yoluxmuş, transplantasiya olunmuş hüceyrələri sitotoksik üsulla öldürürlər. Sitotoksik təsir zamanı CTL-in TCR+CD8 kompleksi patoloji dəyişikliyə uğramış hüceyrənin səthində ekspressiya olunan I MHC+epitopla birləşirlər. Bu zaman CTL perforin və qranzim molekullarını sintez edirlər. Xaric olmuş perforin transformasiya olunmuş hüçeyrənin səthində kompliment zülallarından olan C9-la birləşərək membran parçalayan kompleksin tərkibinə daxil olur. Perforinin özü transformasiya olunmuş hüçeyrənin zarına daxil olaraq çoxlu miqdarda dəliklər əmələ gətirir. Dəliklərin miqdarı həddən artıq çox olan zaman transformasiya olunmuş hüçeyrələr tamlıqlarını itirdiklərinə görə nekroza məruz qalır.
Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə