45
44
İnsan resursları
Personalın inkişafı
Azərbaycanın ən iri özəl banklarından biri olan
«Unibank», məsuliyyətli iş təminatçısı statusunu
təsdiqləyərək, əməkdaşlarının sayının daima artırır.
Belə ki, 2011-ci ildə Bankın komandasına əlavə olaraq
245 yeni mütəxəssis cəlb olunub. Nəticədə işçilərin
ümumi sayı 17,6% artaraq ilk dəfə 835 nəfərə çatıb.
Artıq bu göstərici ölkənin özəl bank sektorunda
çalışanların 10% deməkdir.
İşə cəlb olunan əməkdaşların əksər hissəsi vakant
yerlərə elan olunan açıq müsabiqələrdə seçilmişdilər.
Vakansiyalar üzrə aparılan seçim namizədlərin
səriştəsi, iş təcrübəsi, təlim və təhsil səviyyəsindən
irəli gələn amillərə əsaslanırdı. Mikromaliyyə alətlərin
və pərakəndə biznesinin sürətli inkişafını nəzərə
alaraq, cəlb olunan yeni işçi heyətindən az olmayan
hissəsi bu sahələrdə çalışacaq. İnsan Resursları
bölməsi tərəfindən onlar üçün Bankın “Unitraining”
təlim mərkəzində Alman-Azərbaycan Fondu (GAF) ilə
birlikdə xüsusi treninq təşkil olunmuşdur.
Bundan başqa, bankdaxili attestasiyalar nəticəsində
aparılan rotasiyalar ötən il 150 işçiyə şamil olunub.
Maraqlıdır ki, onlardan 120 nəfər məhz yuxarı
vəzifələrə keçirilib. Eyni zamanda, mövcud işçi heyəti
arasında maddi həvəsləndirmə addımları aparılıb.
Əməkdaşların 50%-nin əmək haqları 10-15%
qaldırılmış, işçi heyətinin 1/3 hissəsində isə maddi
həvəsləndirmə addımları tutduqları vəzifə və peşə
dərəcələrin artırılması ilə bərabər keçirilib. Belə ki,
2011-ci ildə menecerlər və supervayzer vəzifələrinə
24 nəfər sıravi işçi dəvət olunub. Eyni zamanda, bütün
filial menecerləri və baş mühasibləri Azərbaycan
Respublikası Mərkəzi Bankının tələblərinə uyğun Bank
Tədris Mərkəzində müvafiq sertifakasiya prosedurunu
uğurla başa vurublar.
Motivasiya proqramları
2011-ci ilin aprel ayında kiçik və orta biznes
sahiblərinin Banka cəlb olunması üzrə əməkdaşlar
arasında motivasiya proqramına start verildi. Əsas
müsbət nəticə kimi, Bankın 33 əməkdaşı tərəfindən
ümumi məbləğləri 2,815 mln. manata çatan 53
kreditin ayrılmasında iştirakını qeyd etmək olar.
Əməkdaşların fəallığı hesabına iki yeni müştəri 130
min manat həcmində zəmanətlərin verilməsinə cəlb
olunub. Bundan başqa, daha 13 korporativ müştəri
“Unibank”-ın hesablaşma-kassa xidmətlərindən
istifadə etməyə başlayıb. Sadalanan əməliyyatlardan
Bankın əlavə qazancı 65,47 min manat təşkil etdiyi
halda, ötən ilin aprel ayında start götürən motivasiya
proqramında iştirak edənlərə bu məbləğin 13%
ödənilib.
İnsan resursları bölməsinin iştirakı ilə 2011-ci ildə
“Unibank”-da “Yeni İDEA” layihəsinə start verildi.
Əməkdaşların təşəbbüsünü dəstəkləyən Bank
rəhbərliyi, onlar tərəfindən irəli sürülən hər bir
ideyaların göndərilməsi, toplanması və öyrənilməsi
üçün xüsusi sistem yaratdı. “Yeni İDEA” layihəsi
Bankın struktur bölmələrinin işinin təkmilləşdirilməsi,
müştəri xidmətinin yaxşılaşdırılması, məhsul xəttinin
genişləndirilməsi məqsədi ilə səmərələşdirici
təkliflərin qeydə alınmasına və təhlil olunmasına
yardım edir. Bir nəticə kimi il ərzində bu layihə
çərçivəsində onlarla əməkdaşdan 100 yaxın təklif
və ideyalar irəli sürülmüş. Təklif və təşəbbüslərin bir
neçəsi artıq həyata keçirilir. Cəmi 75 müəllifin təklifləri
sırasında 24 səmərəli təşəbbüs təqdirəlayiq və ən
əsası aktual hesab edilib.
Bankın İnsan resursları bölməsi tərəfindən mütəmadi
təşkil olunan işlərdən biri “İşçi məmnunluğu”
mövzusunda sorğudur. 2011-ci ildə keçirilən sorğuda
ilk dəfə olaraq 406 nəfər iştirak edib. Əsas məqsəd
əməkdaşların iş həyatında məmnun və qeyri–məmnun
olduğu vəziyyətlər barədə kifayət qədər məlumat əldə
etmək idi. İşçilərə təklif olunan 50 sualdan hər birinə
cavablar məmnunlluq dərəcələrini əks etdirən hazır
cavab formaları təklif olunurdu. Suallar 3 qrup üzrə
bölünmüşdür: komanda ruhu və idarəetmə, motivasiya
və HR ilə əlaqəli fəaliyyət. Motivasiya mövzusunda
verilən sualların cavabları, əməkdaşların əksər
hissəsində (71%) məsələyə müsbət yanaşmasını
aşkarlayıb. Eyni zamanda, İnsan resursları bölməsinin
işinə aid verilən cavablar, işçilərin “Unibank”-da tətbiq
olunan HR-siyasətdən razı qalmaqlarına dəlalət edirlər.
Qeyd edək ki, obyektivlik naminə sorğu məhz anonim
sürətdə təşkil olunub.
Gənclərlə iş
HR-menecmentin təşəbbüsü ilə hesabat ili
ərzində Bankda 200-ə yaxın tələbə təcrübəkeçmə
proqramlarında iştirak edib. Onların cəlb olunması
müxtəlif dövlət və özəl universitetlərin karyera
mərkəzləri ilə yaradılan sıx əməkdaşlıq nəticəsində
təmin olunub. Bu zaman, əlavə işçi qüvvəsinin dəvət
olunması ilə bərabər, gənclərin gələcək peşələrinə
adaptasiyaları üçün bütün lazımi şərait yaradılıb.
İlin sonunda iqtisadi profilli universitetlərdə təhsil
alan istedadlı tələbələr arasında “UniŞans” müsabiqəsi
keçirildi. Seçilən tələbələrə 100 AZN məbləğində
xüsusi iki illik təqaüdün ödənilməsi barədə qərar
çıxarıldı. Layihənin daimi əsaslarda həyata keçirilməsi
2012-ci ildən aparılır.
Unitraining
İl ərzində “Unitraining” təlim mərkəzində 80 yaxın
treninq keçirilib. Onlardan 27 təlim proqramı aktual
sayılan bankdaxıli prosedurlara və qaydalara aid olub.
Təlim proqramlara 800 nəfər işçi cəlb olunub. Təlim
aparan Bank işçilərin sayı bu zaman 24-ə çatdırılıb.
2011-ci ildə “Unitraining” təlim mərkəzində məşhur
rusiyalı biznes-trenerlərin iştirakı ilə idarəetmə
strategiya və təlimlərin peşəkar təşkili üzrə xüsusi
təlimlər keçirilib. Miqyaslı maliyyə və istehsal
qurumlarda iyirmi illik təcrübəsi olan Rusiyanın
“TrenerPROFİ” Mərkəzinin təmsilçisi Natalya
Krasnova, Bankıın 25 menecerləri üçün layihələrin
idarə olunması, strategiyaların qurulması, təşkilatı
strukturların optimallaşdırılması, eləcə də hər bir
işçinin töhvəsini əks etdirə bilən əmsalların (Кey
Performance İndicators), hesablanması üzrə treninq
keçirib. Üç gün davam edən intensiv təlimlərdə onlarla
menecerlərlə bərabər, Bankın rəhbərləri də iştirak edib.
Bu zaman xarici treyner tərəfindən operativ və strateji
idarəetmə sahəsində müsbət xarici təcrübələrə
xüsusi diqqət yetirilib. Bundan başqa, daha bir
tanınmış xarici ekspert tərəfindən “Trenerlər üçün
treninq” mövzusunda korporativ təlim təşkil olunub.
Bu təlimlərdə 30-dan çox mütəxəssis iştirak edib.
Treninqləri məşhur “DeltaKredit” bankının treninqlər
və personalın inkişafı mərkəzinin rəhbəri, London
Metropolitan University-nin yetirməsi Valentina
Satarova keçirdi.