Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə55/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
168
 
vəziyyəti  daha  da  pisləşməyə  doğru  gedirdi.  Noyabr  ayının  1-də 
Məclisin  yeni  iclası  başladığı  vaxtda  Atatürkün  yerinə  ilk  dəfə 
olaraq  baş  nazir  İsmet  İnönü  çıxış  etdi.  Noyabrın  10-da  bütün 
türklər Türkiyənin qurucusu  vəfat etdi. 
ƏDƏBIYYAT 
1.Bernard  LEWIS.  Modern  Türkiyenin  doğuşu,  səhifə:  383,  384, 
385, 386, 387. 
2.İlber ORTAYLI.(1923). Cumhuriyyetin ilk yüzyılı 2023
3.The economy of Turkey. 1951, s.9. 
______________________ 
 
 
Nilufər MƏMMƏDOVA 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, IV kurs tələbəsi 
E-mail:niluferaydın94@gmail.com  
 
ATATÜRK VƏ TÜRK TARIXI MƏSƏLƏLƏRI 
Elmi rəhbər: Sevinc RUİNTƏN 
Bakı Dövlət Universitetinin dosenti 
Atatürkçülük - həyata keçmiş qəhrəmanlıqdır. 
Açar sözlər: Atatürk, Türk Tarix Qurumu, “Türk Tarix tezi”, Ayşe 
Afet  İnan  (Uzmay),  Tahsin  Mayatepek,  James  Churchward,  Mu 
qitəsi 
Atatürk Türkiyə Cümhuriyyətini bir hərbi-siyasi xadim olaraq 
qursa  da,  fəaliyyətinin  sonrakı  illərində,  yəni  20-ci  illərin  ortala-
rından elmin, mədəniyyətin, milli ictimai şüurun inkişafına və bü-
tün bunlara nail olmaq üçün təhsilə ayrıca diqqət yetirmiş, bir çox 
mədəni-mənəvi tədbirlərin həyata keçirilməsinin təşəbbüsçüsü ol-
muşdur. “Nə mutlu türküm deyənə” sözlərinin müəllifi olan Ata-
türk türk kimliyinin düzgün dərk edilməsi, düzgün tanıdılması isti-
qamətində bir sıra addımlar atılmasını vacib hesab etmişdir. Məsə-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
169
 
lən,  Atatürkün  mənəvi  qızı,  fransız  məktəbində  təhsil  alan  Ayşe 
Afet İnan (Uzmay) fransızca tarix kitablarında türk mədəniyyətinə 
yer verilmədiyini, türklərdən "ikinci dərəcəli, sarı irqdən olan isti-
laçı  barbar  tayfa"  olaraq  bəhs  edildiyini  Atatürkə  anladır.  (Yeri 
gəlmişkən  qeyd  edək  ki,  Ayşe  Afet  İnan  sonralar  tarix  müəllimi 
kimi fəaliyyət göstərmiş, Türk Tarix Qurumunun sədrlərindən bi-
ri, “Türk tarih tezi”nin həmmüəlliflərindən olmuşdur). Həmin ki-
tablarda  türklərin  heç  bir  mədəniyyət  yaratmamalarından  əlavə, 
hətta  qərbə  yürüşləri  zamanı  həmin  ərazilərdə  mövcud  mədəniy-
yətləri  məhv  etdikləri  qeyd  edilirdi.  Belə  fikirlərlə  qətiyyən  razı 
olmayan, qədim türklərin dünya mədəniyyətinin formalaşmasında 
hansı dərəcədə iştirak etdiyini müəyyənləşdirmək istəyən Atatürk 
20-ci  illərin  sonlarında  türk  tarixi  ilə  bağlı  araşdırmalar  başlatdı. 
Atatürk türk tarixi və mədəniyyəti ilə bağlı qərb tarix  nəzəriyyə-
lərinin yeganə doğru nəzəriyyələr olaraq qəbul edilməsinin, mək-
təblərdə məhz onların tədris edilməsinin əvəzinə, milli tarixin ya-
zılmasının yetişməkdə olan gənc nəslin milli ruhda tərbiyə alması 
baxımından daha düzgün olacağını hesab edirdi. 
Bu məqsədlə, Atatürkün səyləri nəticəsində Türk Tarih Ku-
rumu yaradıldı. 1930-cu illərdə qərb tarixçilərinin fikirlərinə qarşı 
alternativ olaraq “Türk tarix tezi” orataya qoyuldu. Bu tezisə görə 
türklərin ataları Mərkəzi Asiyadan bir çox ərazilərə köçlər etmiş-
lər. Dalğalar halında olan bu köçlərdə türklər getdikləri yerlərə öz 
mədəniyyətlərini aparmışlar. Onlar həmçinin qərb mədəniyyətinin 
formalaşmasında da yaxından iştirak etmişlər. Roma mədəniyyəti-
nin  əsasını  qoyan  etruskların  da  türklərlə  əlaqəsi  olduğu  məlum-
dur. Etrusk əlifbası və qədim türk əlifbasının müqayisəsində onla-
rın demək olar ki, eyni  olduğu ortaya çıxmışdır. Qeyd  etmək la-
zımdır  ki,  günümüzdə  istifadə  olunan  latın  əlifbasının  kökündə 
etrusk əlifbası durur. “Türk tarih tezi”ndə türklərin dövlətçilik ta-
rixi məsələlərinə də xüsusi diqqətlə yanaşılmışdır. 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
170
 
Türk tarixində baş vermiş köçlər və 
türklərin  ilkin  məskənini  araşdırar-
kən  James  Churchwardın  tədqiqat-
ları Atatürkün diqqətini cəlb etmiş-
di (The Lost Continent of Mu (1926); 
Books  of  the  Golden  Age  (1927); 
The  Children  of  Mu  (1931);  The 
Sacred  Symbols  of  Mu  (1933)). 
Churchward  Hindistanda  olan  za-
man  Tibetli  bir  rahiblə  tanış  olur. 
Ondan üzərində qədim mədəniyyət-
lər  və  dinlər  haqqında  məlumatlar 
olan daş kitabələr olduğunu öyrənir 
və  bundan  sonra  burada  qalaraq 
Naakal dilini öyrənir. Kitabələri oxuyarkən 70000 il öncə Mu qi-
təsinin mövcudluğu haqqında məlumat əldə edir. Churchward Mu 
qitəsində  mövcud  olan  sivilizasiyanın  günümüzdə  olan  sivilizasi-
yaya yaxın olduğunu iddia edirdi. Batmış qitə haqqında daha çox 
məlumat əldə etmək üçün o, başqa ölkələrdə də tədqiqatlarını da-
vam  etdirmişdi.  Meksikada  aparılan  araşdırmalar  nəticəsində 
Churchward belə qənaətə gəlir ki, bir Mayya məbədinin divarında 
yazılan  yazı  ilə  Hindistandakı  kitabələrin  dili  eynidir  (bu  yazıda 
da Mu qitəsinin batmasından bəhs olunurdu). Eyni zamanda Çində 
və Cənubi Asiyada “Qitəmiz batdı, biz də buraya gəldik” şəklində 
qayaüstü  yazılar  aşkar  olunmuşdur.  Alimlər  tərəfindən  təsdiq 
olunmuşdur ki, bu yazılı qayaların 14000 il yaşı var. Mu qitəsinin 
12000 il əvvəl təbii fəlakət nəticəsində sulara qərq olduğu düşünü-
lür. Lakin daha əvvəl burada insanlar digər qitələrə yayılaraq ko-
lonoyalar yaratmışlar. Bəzi tədqiqatçılara görə, dünyanın fərqli qi-
tələrində yaşayan müxtəlif xalqların dilində olan eyni mənalı “ata” 
kəlməsinin mövcud olması  da bütün  bu xalqların bir kökdən gəl-
məsilə əlaqədardır. Verilən məlumatlara görə, qitədən köçlər əsa-
sən Meksika, Mesopotamiya, Hindistan və Uyğur türklərinin yaşa-
dığı ərazilərə olmuşdur. 
Türk Tarihinin Ana Hatları. 
(1931-1941-ci illərdə litseylərdə 
istifadə olunan tarix dərs kitabı
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə