Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə56/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   53   54   55   56   57   58   59   60   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
171
 
1932-ci  ildə  Meksikaya  səfir  təyin  olunan  Tahsin  Mayate-
pek  də  öz  tərəfindən  tədqiqatlara  başlayır.  Mayatepek  Mayya  və 
türk  dilləri,  mədəniyyətləri  arasında  əlaqələr  olduğunu  ortaya  çı-
xarır. Bir çox kəlmənin eyni olduğu məlum olur. 1933-cü ildə təd-
qiqatlar  zamanı  T.Mayatepek  J.Churchwardın  “İtmiş  qitə  Mu” 
əsərilə tanış olur. Kitabda yazılan Uyğurların Mu qitəsindən köç-
məsi haqqında olan məlumat onun diqqətini cəlb edir. O, bu barə-
də  Atatürkə  məlumat  verir  və  Atatürkün  istəyilə  Churchwardın 
bütün kitablarını Türkiyəyə göndərir. Kitablar 2 həftə ərzində 60 
tərcüməçi tərəfindən tərcümə edilir. 
Map from "Books of the Golden Age" (1927) James Churchward. 
Mənbə: http://www.bibliotecapleyades.net/arqueologia/esp_churchward08.htm 
 
Kitabların birində yazılmışdır: “Uyğur imperiyası Muya aid 
ən böyük koloniyadır”. Qeyd etmək lazımdır ki, adı çəkilən Uyğur 
imperiysının, orta əsrlərdə mövcud olmuş Uyğur xaqanlığı ilə bir-
başa  əlaqəsi  yoxdur.  Buna  əsasən  20000-10000  il  əvvəl  Mərkəzi 
Asiyada  sivilizasiyanın  mövcud  olduğunu  demək  mümkündür. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
172
 
Arxeoloji  qazıntılar  da  Mərkəzi  Asiyada  10000  il  əvvələ  aid  nü-
munələr  olduğunu  göstərir.  Türkmənistanda  Anau  ərazisində  e.ə. 
10000 - e.ə. 6000-ci illərdə bir mədəniyyət olduğu məlumdur. Bu-
rada ilk yazılar, petroqliflər aşkar olunmuşdur. 
Bu  sivilizasiyanın  təbii  fəlakət  nəticəsində  məhv  olduğu, 
Mərkəzi  Asiyada  quraqlıq  dövrünün  başlandığı  düşünülür.  Bun-
dan sonra köçəri türklər müxtəlif istiqamətlərə hərəkət edərək öz 
mədəniyyətlərini  getdikləri  yerlərə  aparırlar.  Qeyd  edək  ki,  Ata-
türk bu mövzuya elmi  yanaşırdı. O, bu fikrin konkret olaraq təs-
tiqləndiyini bildirmir, sadəcə araşdırılmasını istəyirdi. Yunan mə-
dəniyyətindən daha qədim bir mədəniyyətin varlığını qəbul etmək 
istəməyən Avropa isə bu fikirləri tamamilə rədd edirdi. 
Ümumiyyətlə, türk kimliyi, türkkırin anayurdu ilə bağlı mə-
sələlərin araşdırılması Mustafa Kamal Atatürkün böyük önəm ver-
diyi hədəflərdən biri olmuşdur. Bu səbəbdən, respublika quruculu-
ğunun ilk illərinin ardından türklük, türk tarixi haqda geniş  araş-
dırmalar  başlatmışdır.  Atatürkün  bu  hədəfi  gənc  elm  adamlarına 
da vəsiyyət olaraq qalmışdır. Nəticə olaraq, sonrakı illərdə də bir 
çox elm adamları, tədqiqatçılar bu çərçivədə araşdırmaları davam 
etdirmişlər. Və son  olaraq, bu fikrin tamamilə haqlı söyləndiyini 
qeyd  etmək  istərdim  ki,  “Atatürk  tarixə  sadəcə  önəm  verməklə 
kifayətlənməmiş, tarixin özünü yazmışdır”. 
ƏDƏBİYYAT 
1.Mustafa Kamal Atatürk və turkçülük / Atatürkün anadan olması-
nın  125  illiyinə  həsr  olunmuş  Elmi  Konfransın  materialları.  29 
oktyabr  2005.  Azərbaycan  Atatürk  Mərkəzi.  Bakı  -  AzAtaM  – 
2006. – Mənbə: http://anl.az/el/a/a001/a001001/a001001.htm 
2. James Churchward. Kayıp Kıta Munun Çocukları. İngilizceden 
çeviren: Ferit Burak Aydar. Ankara, Omega yayınları, 2010. 
3. Lord KİNROSS. Atatürk – Bir milletin yeniden doğuşu. Altın 
kitaplar, 1994. 
______________________ 
 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
173
 
 
Firuzə ƏSGƏROVA 
Sumqayıt Dövlət Universiteti, magistr 
E-mail: firuzeesgerova@icloud.com 
 
TÜRK DÜNYASININ NATİQLƏRİ 
Elmi rəhbər: Əzəmət RÜSTƏMOV 
Sumqayıt Dövlət Universitetinin dosenti 
Açar sözlər: natiqlik, türk, söz, dəqiq, məna 
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan 
məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiy-
yət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlli-
yi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti 
mərkəzində olmuşdur. 
Nitq praktikasında mənaya, məzmuna üstünlük vermək ona 
görə  vacib  sayılır  ki,  sözlərin  düzgün  tələffüzü,  intonasiyası  da 
məzmundan  asılı  olur.  Adi  işlər  haqqında  sadə,  böyük  işlər  haq-
qında əzəmətli, orta səviyyəli işlər barədə orta mövqeli bir üslubla 
danışmaq nitqə gözəllik verir. 
Düzgün, səlis, mənalı, rəvan və gözəl danışıq bacarığının ya-
radılması işində  natiqin  öz nitqi üzərində müşahidə aparması, onu 
təhlil edərək qüsurlarını müəyyənləşdirə bilməsi olduqca faydalıdır. 
Nitq prosesində özünənəzarət iki şəkildə həyata keçirilir. Birincidə 
danışan öz nitqini nəzarətdə saxlayır, onun ədəbi dil normaları əsa-
sında qurulmasına, məzmunun  əhatə olunmasına, fikrin ardıcıllığı-
na,  münasib  sözlərin,  ifadələrin  işlənməsinə,  cümlələrin  qurulma-
sına diqqət yetirir, nitqdəki çatışmazlıqları mümkün olduqca proses 
ərzində  aradan  qaldırmağa  çalışır.  Nitqdə  nəzarətin  ikinci  tərəfini 
müsahibi dinləmək, anlamaq təşkil edir [2, 252]. 
Ulu öndərimiz Heydər Əliyev cənabları və modern Türkiyə 
dövlətinin  qurucusu  Mustafa  Kamal  Atatürkün  çıxışları  bu  ba-
xımdan  ən  yaxşı  nümunədir.  Onların  nitqlərində  natiqlik  sənəti 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
174
 
özünün ən yüksək zirvələrinə ucala bilmişdir. Hər iki natiqin nit-
qində müəllimə verdiyi önəm daim diqqət mərkəzində olmuşdur. 
“Mən  bu  gün  Azərbaycanın  müəllim  ordusuna  hörmət  və 
ehtiramımı bir daha bildirirəm və bəyan edirəm ki, cəmiyyətimiz-
də,  Azərbaycan  ziyalılarının  içərisində  müəllimlər  xüsusi  yer  tu-
turlar, hörmətə layiqdirlər və xüsusi qayğı ilə əhatə olunmalıdırlar. 
Hər  bir  müəllim  qismən  də  olsa  natiqlik  sənətinə  yiyələnməlidir. 
Ana dilində səlis, aydın və təmiz, eyni zamanda yığcam və təsirli 
danışmağı  bacarmalıdır,  nitq  normalarını  və  üslubları  bilməlidir. 
Məktəbəqədər  tərbiyə  müəssələrində,  ümumtəhsil  məktəblərində, 
eləcə də ali məktəblərdə yazılı nitqin inkişafında fikir verildiyi qə-
dər  şifahi  nitqin  inkişafına  da  diqqət  yetirilməlidir.  Bunun  üçün 
zəruri  dərsliklər,  dərs  vəsaitləri  olmalıdır.  Hal-hazırda  ali  məktəb 
auditoriyalarında  yüksək  səviyyədə  mühazirə  oxuyan  müəllimlə-
rimiz  çoxdur.  Onların  natiqlik  məharəti  öyrənilib  ümumiləşdiril-
məlidir, yazılmalıdır ki, başqaları da bundan faydalana bilsin. Axı 
gələcəyin diplomatlarını, natiqlərini bu gün siz müəlimlər yetişdi-
rirsiniz” [1]. 
“Öğretmenler!  Yeni  nesli,  cumhuriyetin  fedakar  öğretmen 
ve eğitimcileri, sizler  yetiştireceksiniz. Ve  yeni nesil, sizin eseri-
niz  olacaktır.  Eserin  kıymeti,  sizin  maharetiniz  ve  fedakarlığınız 
derecesiyle  orantılı  bulunacaktır.  Cumhuriyet;  fikren,  ilmen,  fen-
nen, bedenen kuvvetli ve yüksek karakterli koruyucular ister! Ye-
ni  nesli,  bu  özellik  ve  kabiliyette  yetiştirmek  sizin  elinizdedir… 
Sizin başarınız, Cumhuriyetin başarısı olacaktır. Cahillik yok edil-
medikçe, yerimizdeyiz… Yerinde duran bir şey ise geriye gidiyor, 
demektir. Bir taraftan genel olan cahilliği yok etmeye çalışmakla 
beraber,  diğer  taraftan  toplumsal  yaşamda  bizzat  faal  ve  faydalı, 
verimli  elemanlar  yetiştirmek  lazımdır.  Bu  da  ilk  ve  orta  öğreti-
min uygulamalı bir şekilde olmasıyla mümkündür. Ancak bu sa-
yede  toplumlar  iş  adamlarına,  sanatkarlarına  sahip  olur.  Elbette 
milli  dehamızı  geliştirmek,  hislerimizi  layık  olduğu  dereceye  çı-
karmak için yüksek meslek sahiplerini de yetiştireceğiz. Çocukla-
rımızı da ayni öğretim derecelerinden geçirerek yetiştireceğiz. Ye-
ni  nesil;  en  büyük  Cumhuriyetçilik  dersini  bugünkü  öğretmenler 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə