M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
16
nümunə göstərərək, Türkiyənin də Osmanlı Millətlər Birliyi qura
biləcəyini açıqlayır. Ayrıca Ə.Davudoğlu, 25 aprel 2011-ci ildə Ça-
naqqalada "Bizdən qoparılan dünya, bizimlə təkrar bütünləşək. Tür-
kiyə önümüzdəki 12 il içində dünya dövləti olacaq "şəklində şərhlər
etdi. Davudoğlu Osmanlı İmperatorluğundan qoparılan torpaqların
yenidən sülh və sabitliyə qovuşmalarını istədiyini ifadə etmişdir.
Nəticə. Osmançılıq - osmanlı imperiyasının siyasəti idi və im-
periyanın sərhədləri daxilində həyata keçirilirdi. Dövlətin möhkəm-
lənməsinə, güclənməsinə xidmət etməli idisə, neoosmançılıq Türki-
yə Cümhuriyyətinin səhrədlərindən kənarda, yəni keçmiş Osmanlı
ərazilərinə aid edilir və bu, artıq Türkiyənin
digər dövlətlərlə müna-
sibətləri məsələsidir və Türkiyənin hazırkı vəziyyətinə məni təsir
göstərdiyini qeyd edə bilərik.
ƏDƏBİYYAT
1. Mango ANDREW.
Atatürk: The Biography of the Founder of
Modern Turkey. Overlook Press, 2002. – 666 p.
2. Atatürk ilke ve inkilapları -
http://www.ataturkinkilaplari.com/ik/126/ataturk-ilke-ve-
inkilaplari.html
3. Ahmet Tamer KIŞLALI.
Kemalizm, Laiklik ve Demokrasi. İmge
kitap evi yayınlari, 1999.
4. Hami KARSLI. “Yeni Osmanlıcılık”. -
www.hamikarsli.com/yeni-osmanlicilik
______________________
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
17
Nuranə HÜSEYNOVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, III kurs Sabah qrupu tələbəsi
E-mail: nurana.huseynova.1996@gmail.com
TÜRKİYƏNİN BOĞAZLAR MƏSƏLƏSİ
LOZANNA KOFRANSINDA
Elmi rəhbər:
Yeganə GÖZƏLOVA
Bakı Dövlət
Universitetinin dosenti
Açar sözlər: Türkiyə, konfrans, Rusiya, boğazlarda hegemonluq,
diplomatik
mübarizə,
konvensiya
Lozanna konfransında ən mühüm beynəlxalq məsələ Çanaq-
qala, Mərmərə dənizi və Bosfordan ibarət olan boğazlar məsələsi
idi. Birinci dünya müharibəsi zamanı İstanbul
və boğazlar Çar Ru-
siyasına vəd edilmişdi. Rusiyanın iflasından sonra Böyük Britani-
ya özü bu regionda hökmranlığa nail olmaq istəyirdi. Lozanna
konfransında boğazlarla bağlı əsas diplomatik mübarizə Sovet Ru-
siyası ilə İngiltərə arasında gedirdi. Rusiya, Ukrayna və Gürcüstan
nümayəndələri də problemin müzakirəsində iştirak edirdilər. Rusi-
yanın layihə təklifində Qara dənizin əsas dayağa çevrilməsi və
Rusiyanın bu sularda və son nəticədə boğazlarda hegemonluq et-
məsi nəzərdə tutulurdu. Dekabrın 6-da keçirilən toplantıda Kerzon
Çiçerinin boğazlarla bağlı planının əleyhinə çıxdı və müttəfiq
dövlətlərin təkliflərini açıqladı. Boğazlarda rejimi haqqında müttə-
fiqlərin yeni sxemi dekabrın 18-də təqdim edildi. Yeni təkliflərə
görə hərbsizləşdirilmiş zonalar azaldılır, Türkiyənin qoşunlarına
bu zonalardan keçmək və Türkiyə donanmasına boğazlarda üzmək
və ya qalmaq icazəsi verilirdi. Türkiyənin təqdim etdiyi layihədə
boğazlar üçün məhdudlaşdırılmış sərsəstlik nəzərdə tutulurdu. La-
yihə hərb gəmilərinin məhdudlaşdırılması və tənzimlənməsində
düzəlişlər etmək şərti ilə sərbəstlik prinsipi ilə razılaşır və Türki-