M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
24
Kürd tayfalarının fəaliyyəti ilə əlaqədar olaraq 30-cu illərin
əvvəllərində Türk-İran münasibətlərində soyuqlaşma yarandı. La-
kin 1932-ci ildə Türkiyə-İran müqaviləsi ilə iki ölkə arasındakı sər-
həd anlaşılmazlıqları aradan qaldırıldı. Əsası qoyulmuş dialoqun
davamı olaraq 1934-cü ildə Rza şah Türkiyəyə rəsmi səfər etdi və
ardınca iki ölkə kürd üsyanlarını yatırmaq barədə razılığa gəldi.
1934-cü ildə MC-nin X sessiyasında İran öz namizədliyini Türkiyə-
nin xeyrinə olaraq geri götürmüşdü.
Fikrimcə, Türkiyə-İran siyasi əməkdaşlığının genişlənməsini
30-cu illərdəki beynəlxalq vəziyyət zəruri edirdi. 20-30-cu illərdəki
Türk-İran diplomatik əlaqələri bu zəruriyyəti özündə birbaşa əks et-
dirən Səadabat paktının təməli oldu.
ƏDƏBIYYAT
1. Ağayev İ.Q. Türkiyə 1918-1945-ci illərdə. Bakı, 2008.
2. Hüseynov V.İ. İkinci dünya müharibəsi ərəfəsində Türkiyə Cüm-
huriyyətinin Yaxın və Orta Şərq siyasəti (1923-1939). B., 1992.
3. Hüseynov Q.H. Atatürk dövründə Türkiyənin xarici siyasətinə
dair. B., 1970.
4. Məmmədzadə G.M. İranın sosial-siyasi və beynəlxalq vəziyyəti
(XX əsrin 20-ci illəri-XXI əsrin ilk illəri ). B., 2010.
5. Baskın O. Türk dış politikası: kurtuluş savaşından bugüne
olgular, belgeler, yorumlar (1980-2001). cild II,
Istanbul, 2010.
______________________
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
25
İlahə KƏRİMLİ
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, “Türk dünyası tarixi”
ixtisası üzrə I kurs magistrant
E-mail:
ilahekerim@gmail.com
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİNDƏ
QONŞULARLA “0 PROBLEM” DOKTRİNASI
Elmi rəhbər: Sevinc RUİNTƏN
Bakı Dövlət
Universitetinin dosenti
Açar sözlər: “qonşularla 0 problem”, Türkiyə XXI əsrdə, Ahmet
Davutoğlu, “Strateji dərinlik”,
xarici siyasət prinsipləri
Avropa və Asiyada eyni zamanda yerləşməsi – iki qitəni bir-
birinə bağlaması, eləcə də, önəmli tranzit yollarını özündə birləş-
dirməsi, zəngin neft-qaz qaynaqlarına sahib olan ölkələrlə qonşu
olması və bu məhsulların dünya bazarına ən ucuz Türkiyədən da-
şınmasının mümkünlüyü, siyasi proseslerdə fəal iştirakı Türkiyə-
nin region üçün əhəmiyyətini artırır ki, məhz bu baxımdan Türki-
yənin hal-hazırda yeritdiyi xarici siyasət xətti diqqət mərkəzinə
gəlir.
Müasir dövrdə Türkiyə xarici siyasətinin əsas
istiqamətlərin-
dən birini “qonşularla münasibətlərin bütünləşməsi” təşkil edir.
Son dövrlər Türkiyə xarici siyasətinin müəyyən edilməsində Ah-
met Davutoğlu isminin mövqeyinin analiz edilməsi vacibdir. Öl-
kənin xarici siyasətinin əsasları Davutoğlunun müəyyən etdiyi nə-
zəri əsaslara dayanmaqdadır. Bunlardan ən önəmlisi şübhəsiz ki,
“Strateji dərinlik” nəzəriyyəsidir. “Strateji dərinlik” nəzəriyyəsinə
görə Türkiyə hesab edir ki, yerləşdiyi coğrafi mövqe və zəngin ta-
rixi-mədəni irsinin olması ölkənin tək tərəfli və tək ölçülü xarici
siyasət aparmasını mümkünsüz edir. Bu baxımdan, Türkiyə regio-
nun mənafeyi müzakirə olunarkən özünü daimi mərkəzdə görmək
istəyir.
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
26
Türkiyənin xarici siyasətində “qonşularla 0 problem” prinsi-
pi sülh prosesinə bütün regional qüvvələrin fəal cəlb edilməsini
nəzərdə tutur. Türkiyənin bu prinsip çərçivəsində məqsədi qonşu
ölkələrlə problemlərin sıfıra endirilməsi, qonşu regionlarla müna-
sibətdə səmərəli diplomatiya yeridilməsidir. Türkiyənin qonşulara
“0 problem” siyasəti elan olunduğu ilk dönəmdə öz bəhrəsini ver-
di.
Bunun nəticəsi kimi, 2005-2008-ci illərdə Türkiyənin qonşuları
ilə ticarətinin həcmi üç dəfədən çox artmışdır. 2001-2002-ci illər-
də müqayisədə 2008-ci ildə ticarətin həcmi 30%-ə qədər artmışdır.
Qonşularla “0 problem”inin davamı olaraq “uyğunsuzluqla-
rın çözümü və vasitəçilik” siyasəti Türkiyənin yeni xarici siyasət
mərhələsinin əsasını təşkil etməli idi. Türkiyə bu istiqamətdə re-
gionda baş verən bir sıra mübahisəli məsələlərdə yaxından iştirak
edir. İsrail və Suriya arasındakı mübahisəli məsələlərdə göstərdiyi
fəallıq, İranın nüvə proqramı ilə bağlı problemin sülh yolu ilə, da-
nışıqlarla həlli məsələsindəki mövqeyi, yenə 2001-ci il illərdə
Amerikanın İraqa müdaxiləsi zamanı danışıqlar yolu ilə razılığa
gəlmək üçün apardığı mübarizə və s. buna misaldır. Lakin qeyd
edilməlidir ki, Türkiyənin ciddi cəhdlərinə baxmayaraq “qonşular-
la 0 problem” Türkiyənin istədiyi və gözlədiyi nəticələri vermədi.
“Qonşularla sıfır problem” yanaşması ətrafında formalaşan
Türk xarici siyasəti son illər tükənmiş vəziyyətdədir. Ərəb Baharı
əsnasında Türkiyənin təsirli bir xarici siyasət sərgiləyə bilmədiyi
və son nəticədə bölgəsində arzu etmədiyi hadisələrin ortaya çıx-
masına mane ola bilmədiyi fikiri getdikcə yayılmaqdadır. Bəzi si-
yasətçilərə görə “qonşularla sıfır problem”dən “problemsiz sıfır
qonşu”ya doğru bir keçid etməkdədir. Belə gedərsə Türkiyənin
yaxın ətrafında yaxşı qonşuluq əlaqələrində olduğu ölkələrin sa-
yının gedərək azalacağı irəli sürülür.
Türk diplomatiyası 2011-ci ilin əvvəlindən bir çox proble-
min həllində baş qarışıqlığı yaşamağa başladı. “Sıfır problem”
strategiyasının tam tərsi bir strategiyaya keçdi. Belə ki, Amerika
raketdən müdafiə proyektini təsdiqləməsi sonrası
Rusiya ilə əlaqə-
lərində bir gərginlik müşahidə edildi. Rusiya bu layihəni özünə is-