M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
12
rin hər birinin müəyyən maraq çərçivəsində Türkiyə öz əhəmiyyətli
mövqeyini tuturdu. Bəhs edilən bu dövrdə İngiltərə Ankara hökü-
mətini rəsmən tanımamışdı. Fransa və İtaliya ilə müqayisədə İngil-
tərə Türkiyəyə qarşı qeyri-səmimi mövqe tutur və bütün məsələlər-
də Yunanıstanın tərəfini saxlayırdı. İngiltərənin xarici işlər naziri
Lord Kerzonun Lozan konfransında iştirak etməkdə ən ümdə məq-
sədləri Türkiyə ilə Yunanıstan arasında sülh yaratmaq, Ankaranı
Rusiya, İran və Əfqanıstandan uzaqlaşdırıb, ölkəni Qərbi Avropaya
doğru istiqamətləndirmək idi. Amerika Birləşmiş Ştatlarının Türki-
yəyə qarşı müharibədə iştirak etməməsinə baxmayaraq, boğazların
sərbəstliyinin qorunmasında, kapitulyasiya rejiminin müdafiə olun-
masında, təhsil, xeyriyyə və dini institutların qorunmasında, milli
azlıqlara təminat verilməsi məsələlərində xeyli maraqlı idi. Boğaz-
lar məsələsində Türkiyə ilə siyasi cəhətdən maraqlı
olan ölkələr So-
vet Rusiyası, Ukrayna və Gürcüstan idi. Sovet Rusiyası məhz öz
mənafeyi naminə Türkiyənin maraqlarının müdafiəçisi kimi çıxış
edirdi.
1922-ci il noyabrın 20-də İsveçrənin Lozan şəhərində İngiltə-
rə, Fransa, İtaliyanın iştirakı ilə Türkiyə ilə sülh müqaviləsi imzala-
maq üçün beynəlxalq konfrans öz işinə başladı. Konfransda Türki-
yə, Yunanıstan, İngiltərə, Fransa, İtaliya, Yaponiya, Rumınya və
Yuqoslaviya iştirak etmişdisə, boğzalarla bağlı görüşlərdə Sovet
Rusiyası və Bolqarıstan da qatılmışdı. Türkiyə tərəfində İsmət Paşa,
Rıza Nur bəy və Həsən bəydən ibarət olan komissiya çıxış etməli
idi. Reqlamentdə qəbul edilən qanuna görə konfransa Türkiyə tərə-
finin etirazına baxmayaraq, birinci komissiyaya İngiltərədən Ker-
zon, ikinci komissiyaya İtalyadan Harroni və üçüncü komissiyaya
Fransadan Barrer təyin olundu. Konfransı İsveçrə federasiyasının
prezidenti M.Haab açdı. Türkiyə tərəfinin konfransda həll olunma-
sını gözlədiyi əsas məsələlər bunlar idi:
1) Mudanya müqaviləsində göstərilən məsələləri gerçəkləş-
dirmək;
2) Kapitulyasiyaları aradan qaldırmaq;
3) Şərqi Anadoluda erməni dövlətinin yaranmasına əngəl ya-
ratmaq;
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
14
Bənövşə SOLTANOVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, Regionşünaslıq
(Qafqazşünaslıq) ixtisası üzrə IV kurs tələbəsi
E-mail:banovshasultan@gmail.com
Şahruz SULTANZADƏ
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, Regionşünaslıq
(Qafqazşünaslıq) ixtisası üzrə IV kurs tələbəsi
E-mail: sahruz.sultanzade@mail.ru
XX ƏSR – XXI ƏSRİN ƏVVƏLLƏRİNDƏ
OSMANLIDA VƏ TÜRKİYƏDƏ DÖVLƏTÇİLİK
İDEOLOGİYALARI HAQQINDA
(Osmançılıq – Kamalçılıq – Yeni osmançılıq)
Elmi rəhbər:
Cavid ƏLISGƏNDƏRLI
Bakı Dövlət
Universitetinin müəllimi
Açar sözlər: Osmanlı imperiyası, Türkiyə Cümhuriyyəti, ideolo-
giya, osmançılıq, kamalçılıq, yeni osmançılıq
Günümüzdə Türkiyə dövlətini və hökümətini həm xarici, həm
də daxili siyasətdə Atatürkçülükdən uzaqlaşmada, yeni osmançılıq
siyasəti yürütməkdə ittiham edən fikirlər eşidilməkdədir. Bu fikirlə-
rin nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirmək baxımdan aşa-
ğıdakı anlayışlara aydınlıq gətirməyi lazımlı hesab edirik:
- Kamalçılıq, yaxud Atatürk düşüncə tərzi nə deməkdir.
- Osmançılıq nə deməkdir. Yeni osmançılıq deyərkən nə nə-
zərdə tutulur.
- Osmançılıqla yeni osmançılığın oxşar və fərqli çəhətləri
hansılardır.
İlk olaraq,
Kamalçılıq, yaxud Atatürk düşüncə tərzi anlayışı-
na aydınlıq gətirək. Kamalçılıq – Türkiyə Cümhuriyyətinin Osman-
lı sələfindən fərqli olaraq, qərbyönümlü inkişafını nəzərdə tutan və