M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
21
PKK terror qrupu 1996-cı ildən intihar yolu ilə yüzlərlə sivil
vətəndaşın ölümünə səbəb olmuşdur. Buna cavab olaraq Türkiyə
höküməti geniş miqyaslı anti-terror əməliyyatlarına başlamışdır.
Əməliyyatın nəticəsində PKK lideri ələ keçirilmişdir. PKK terror
qrupunun lideri Abdullah Öcalanın 1999-cu ildə Nairobidəki Yuna-
nıstaın səfirliyində gizlənmiş və saxta adla, Cənub Kipr Rum dövlə-
tinə məxsus diplomatik pasportla ələ keçirilmişdir.
Bu faktlar göstə-
rir ki, Türkiyə bir çox hallarda terrorla mübarizədə tək qalır.
Bu gün Türkiyə “Xəndək mübarizəsi” adı altında PKK ilə
mübarizəni davam etdirir. Fikrimcə, dünya dövlətləri özləri üçündə
təhdid mənbəyi olan PKK-dan Türkiyəyə qarşı istifadə etmək əvə-
zinə, bu mübarizədə Türkiyəyə dəstək olmalıdırlar.
ƏDƏBİYYAT
1. Türkiye Ve Terrorizm. TBB Tarafından Oluşturulan Proje Grupu
Tarafından Hazırlanmışdır.
2. Türkiyedeki Terrörün Nedenleri / www.emniyet.gov.tr
3. Yunanistanin Türkiyedeki Bugünkü Terröre Etkilerı /
www.emniyet.gov.tr
4. Terrorun Yayılma Sebebleri / www.etarih.net
5. Terrörün Ekonomik, Siyasal Ve Yönetıme İlıskın Nedenleri /
www.kenandabiuyku org
6. Türkiyenın Terörlemücadilesı / www.mfa.gov.tr
7. Terorle Mücadilede Uluslararası İşbirligı Ve Tanım Sonu /
www.mfa.gov.tr
8. PKK /Kongra - Gel ile mucadelenin uluslararası boyutu /
www.mfa.gov.tr
______________________
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
22
II Bölmə
T
ÜRKIYƏ BEYNƏLXALQ MÜNASIBƏTLƏR SISTEMINDƏ
Sevinc İBADOVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, Sabah qrupu III kurs tələbəsi
E-mail: Sevincibadova.212@mail.ru
XX ƏSRİN 20-30-CU İLLƏRİNİN BİRİNCİ YARISINDA
TÜRKİYƏ-İRAN MÜNASİBƏTLƏRİ
Elmi rəhbər: İqbal
AĞAYEV
Bakı Dövlət
Universitetinin dosenti
Açar sözlər: Türkiyə, İran, diplomatik münasibətlər, dostluq və
təhlükəsizlik
müqavilələri
“Dünya adasının mərkəzi” hesab edilən Türkiyə tarixən çox
ağrılı, lakin şərəfli mübarizə yolu keçmiş, I DM-dən sonra başlanan
milli-azadlıq hərəkatı 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhu-
riyyətinin yaradılması ilə nəticələnmişdi. Lozannada əldə olunmuş
diplomatik qələbə sonrakı dövrdə Türkiyə Cümhuriyyətinin xarici
siyasətində ilk uğurlu addımların təməli oldu. “Yurdda sülh, cahan-
da sülh” şüarı əsasında formalaşmış xarici siyasət xətti əsas tutula-
raq qonşu ölkələrlə əlaqələr yaradılmağa başlanıldı. Bu dövrdə
Türkiyə Cümhuriyyətinin xarici siyasət fəaliyyətinin Şərq istiqamə-
tində başlıca yerlərdən birini də yaxın qonşusu İranla münasibətlər
tutur.
Mürəkkəb və ziddiyyətli inkişaf yolu keçmiş Türkiyə ilə İran
arasındakı dövlətlərarası əlaqələr müasir dövrümüzdə də arzuolun-
maz səviyyədədir. Hər şeydən öncə, Türk - İran əlaqələrini araşdı-
rarkən nəzərdən qaçılmaması lazım olan faktor
iki ölkənin xarici si-
yasətinin ortaq parametrlərə söykənməsidir. İki ölkənin də xarici si-
yasətləri təhlükəsizlik oxunda istiqamətlənməkdədir. Bu vəziyyətin
ən əhəmiyyətli səbəbi iki ölkənin də geopolitik strateji əhəmiyyətə