M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
27
tiqamətli düşməncə bir layihə olaraq gördü. Həmçinin İran da ey-
niylə belə hesab edirdi.
Türkiyə bu gün Rusiya, İran və Suriya ilə münasibətlərində
bir sıra problemlər yaşayır ki, bu halda “0 problem” siyasətini
fərqli tərəfdən nəzərdən keçirməyi məcbur edir. Davudoğlu “0
problem” nəzəriyyəsini Türk diplomatiyasının təməli olaraq irəli
sürdüyündə bu nəzəriyyə Türkiyənin Şimali Atlantika Müqaviləsi
Təşkilatı üzvü və Amerika Birləşmiş Ştatları ilə koalisiya strategi-
yası ilə “obyektiv olaraq” üst-üstə düşmürdü.
Bundan başqa Türkiyənin iqtisadi inkişafı qarşısında da cid-
di problemlər yaranmışdır. Burada diqqət yetirilməli olan bir mə-
sələ də dövlətlərin müdafiə sənayesinin necə inkişaf etməsidir.
Demək olar ki, bütün silah ehtiyacını özü təmin edən ABŞ üçün
Suriyaya hərbi müdaxilə onun silah arsenalının yenilənməsi və iq-
tisadiyyatının canlanmasına təkan verə bilər. Ancaq müdafiə səna-
yesi ABŞ-dakı qədər güclü olmayan Türkiyə kimi dövlətlərin Su-
riyaya müdaxilədən sonra iqtisadiyyatını canlandırması ehtimalı
olduqca azdır.
Bütün bunlar yekun olaraq bizə bu fikri deməyə əsas verir
ki, Türkiyə hökumətinin Yaxın Şərq siyasəti iflas etmişdir.
İstənilən halda, hesab etmək olar ki, Türkiyə “0 problem”
siyasəti çərçivəsində münasibətləri nizama salmağa, qonşularla
daha uğurlu siyasət mərhələsinə keçməyə cəhd etdi. Lakin nəti-
cə olaraq deyə bilərik ki, Türkiyənin “0 problem” başlıqlı xarici
siyasəti istənilən nəticəni vermədi. Bu məsələdə beynəlxalq
aləmdə baş verən hadisələr də, təsirsiz ötüşmədi.
ƏDƏBİYYAT
1. Ahmet DAVUTOĞLU.
Stratejik derinlik. Türkiyenin uluslar-
arası konumu. 80 Baskı. İstanbul; Küre Yayınları, 2012. – 585 s.
2. Ahmet DAVUTOĞLU.
Teoriden pratiğe. Türk dış politikası
üzerine konuşmalar. 4 Baskı. İstanbul; Küre Yayınları, 2013. –
441 s.
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
28
3. Sevinc RUİNTƏN.
Türkiyə Cümhuriyyətinin xarici siyasəti
(konsepsiya məsələləri) // Tarix və onun
problemləri, 2015, №2,
s.198-216.
4. http://sam.gov.tr/wp-
content/uploads/2012/09/Vision_Papers_no3_Azerice.pdf
5. http://www.hurriyet.com.tr/davutoglu-sifir-sorun-politikasi-
basarili-22873019
6. http://akademikperspektif.com/2015/01/23/turkiyenin-dis-
politika-stratejileri-2/
7. http://www.mfa.gov.tr/yeni-donemde-sifir-sorun-
politikasi.tr.mfa
8.http://www.orsam.org.tr/tr/trUploads/Yazilar/Dosyalar/2012619
_tarikoguzlu2.pdf
______________________
Aygül ƏLİYEVA
Milli Aviasiya Akademiyası,
İqtisadiyyat və hüquq fakültəsi, I kurs tələbəsi
E-mail: ayguleliyeva99@gmail.com
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN BEYNƏLXALQ
TƏŞKİLATLARDA İŞTİRAKI
Elmi rəhbər:
Ellada KƏRIMOVA
tarix elmləri üzrə fəlsəfə doktoru,
Milli Aviasiya Akademiyasının
baş
müəllimi
Açar sözlər: Türkiyə, beynəlxalq təşkilatlar,
münasibətlər, siyasət
1923-cü ildə Türkiyə Cumhuriyyətinin birinci prezidenti
Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulan Türkiyə siyasəti
və beynəlxalq münasibətləri bugünkü günümüzdə böyük əhəmiy-
yətə malikdir. Müstəqil türk dövlətləri içərisində öz çəkisi və nü-
fuzuna görə seçilən Türkiyə Cümhuriyyətinin beynəlxalq arenada
tutduğu mövqe də xeyli böyükdür. Digər türk dövlətlərinə nisbə-
tən daha çox beynəlxalq təşkilatlarla üzv
olan Türkiyə bununla ey-