M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
34
Nazlı QULİYEVA
Bakı Dövlət Universiteti,
Tarix fakultəsi, I kurs magistrant
E-mail: quliyevanazli@gmail.com
MÜASİR DÖVRDƏ TÜRKİYƏ XARİCİ SİYASƏTİNİN
UZAQ ŞƏRQ VEKTORU
Elmi rəhbər:
Aida BAĞIROVA
Bakı Dövlət
Universitetinin dosenti
Açar sözlər: Türkiyə, Uzaq Şərq, Cənub Şərqi Asiya, iqtisadi əla-
qələr,
xarici siyasət
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 6,2 mil-
yardlıq dünya əhalisinin 3,5 milyardı Uzaq Şərq regionunda yaşa-
yır və bu regionun dünya ticarətindəki çəkisi, təxminən, 50% təş-
kil edir. Hal-hazırda ABŞ və Aİ ilə birlikdə dünyanın
üç böyük iq-
tisadi və ticarət mərkəzlərindən biridir. Asiyanın Sakit okean böl-
gəsi 35 müstəqil dövlətdən ibarət bir coğrafiyadır.
Uzaq Şərqin bir region olaraq ilk baxışdan Türkiyənin ma-
raqlarından uzaq olsa da, XX əsrin 90-cı illərinin əvvəllərindən
Ankaranın xarici siyasət kursunda Uzaq Şərq istiqamətinin əhə-
miyyəti artmağa başladı. Bu sırada bu coğrafiyada yerləşən ölkə-
lərlə öz iqtisadi əlaqələrini eninə və dərininə inkişaf etdirməklə
Sovet İttifaqının süqutundan sonra dünyada baş verən köklü dəyi-
şikliklər kontekstində Uzaq Şərq regionunda mövqelərini güclən-
dirməklə, oradakı dövlətlərlə ilk növbədə ticari-iqtisadi əlaqələrini
dərinləşdirmək imkanı qazanmaq idi.
Türkiyə xarici iqtisadi əlaqələrini genişləndirməyə əslində
XX əsrin 80-ci illərin sonundan başlamışdır. O, T.Özalın sözləri
ilə desək, «Avropa ilə müdafiə sahəsindəki əməkdaşlığın iqtisadi
sahədə əməkdaşlıqla uyğunlaşdırmağın zərurətini» dilə gətirir,
Avropa Birliyində tam təmsil olunmaq cəhdləri ilə yanaşı digər
qonşu və uzaq ölkələrlə əlaqələrini genişləndirməyə çalışlrdı. Bu
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
35
baxımdan ABŞ, Orta Şərq regionu ölkələri, Sovet İttifaqının da-
ğılmasından sonra yaranmış müstəqil dövlətlərlə, Uzaq Şərqdə isə
Yaponiya və Cənubi Koreya kimi ölkələrlə əməkdaşlığın 90-cı il-
lərdən etibarən yüksələn xətlə inkişafını qeyd etmək lazımdır.
Ümumiyyətlə, 90-cı illərdə Türkiyənin xarici siyasətində əv-
vəllər formalaşmış və dönməz xarakter almış başlıca prinsiplərə
sədaqətlə əməl olunmasına önəm verilməsi ilə yanaşı, bir sıra ye-
niliklərin də təzahür etdiyini söyləməliyik. ÇXR, Yaponiya, Cənu-
bi Koreya və Hindistan başda olmaqla Asiya ölkələri ilə ticarətdə
disbalansın Türkiyənin xeyrinə olmaması, bir tərəfdən, Asiya öl-
kələrinə ixracatı, digər tərəfdən isə, onlardan Türkiyəyə sərmayə
qoyuluşu üçün cəhdlərin artırılması istiqamətində addımlar atıl-
malı idi. Uzaq Şərq regionu ilə Türkiyə arasında iqtisadi əlaqələri-
nin inkişafını təmin etmək üçün ÇXR, Cənubi Koreya, İndonezi-
ya, Filippin, Malayziya, Tayland və Vyetnam ilə ticarət sazişləri
imzalanmış və Karma İqtisadi Komissiyası (KİK) mexanizmi ya-
radılmışdır. Digər tərəfdən, Yaponiya, ÇXR, Cənubi Koreya, Hin-
distan, Malayziya, İndoneziya, Filippin və Pakistan ilə İş birlikləri
də mövcud idi. Bütün bunları nəzərə alaraq, region ölkələri ilə iq-
tisadi və ticarət əlaqələri üçün hüquqi zəmin yaradılmışdır.
Son illərdə istər regional, istərsə də dünya miqyasında kifa-
yət qədər güclü xarici siyasət aparan və fərqli coğrafiyalarda möh-
kəmlənməyi bacaran Türkiyə həm də Uzaq Şərq, xüsusən də, Cə-
nub Şərqi Asiya istiqamətində irəliləyə bilmişdi. Türkiyənin o
dövrki Baş nazir R.T.Ərdoğanın 2014-cü ilin ilk səfərini Uzaq
Şərqdən başlaması Türkiyə-Uzaq Şərq əlaqələri baxımından çox
əhəmiyyətli idi. Bu çərçivədə səfərin ilk dayanacağı Yaponiya ol-
du. Texnoloji və iqtisadi cəhətdən böyük potensiala malik olan
Yaponiya ilə Türksat 4-A peyki və Sinop Nüvə stansiyası layihəsi
həyata keçirilirdi. Səfərin ikinci dayanacağı Sinqapur oldu. Tex-
noloji məhsullar emal və ixrac edən Sinqapur ilə Türkiyə arasında
qisa müddətə iqtisadi sahələrdə isgüzar əlaqələrin qurulması nə-
zərdə tutulmuşdur. Baş nazirin üçüncü dayanacağı Malayziya ol-
du. Yaponiya və Sinqapurdan fərqli olaraq, Malayziya-Türkiyə
əlaqələri
həm də dini, mədəni və tarixi yaxınlığı ilə seçilirdi.