M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
30
oldu. Türkiyə Avropa Birliyinə üzv olmaq kimi önəmli mövzular
da daxil olmaqla ABŞ-ın siyasi, iqtisadi, diplomatik dəstəyindən
yararlandı. Lakin bu münasibətlərin sonrakı mərhələlərində bəlli
oldu ki, ABŞ və Türkiyə siyasəti həmişə üst-üstə düşmür. Belə ki,
Türkiyənin ABŞ və Avropa dövlətləri tərəfindən terrorçu sayılan
Həmasla əlaqələrə girməsi, “Mavi Marmara” məsələsi, Fələstin
dövlətinin qurulması ideasının dəstəklənməsi, İran siyasəti və s.
göstərdi ki, ABŞ həmişə Türkiyəni, Türkiyə də həmişə ABŞ-ı dəs-
təkləmir. Lakin buna baxmayaraq sabit, demokratik və qərb yö-
nümlü Türkiyə ilə yaxın əlaqədə olmaq ABŞ-ın beynəlxalq ma-
raqları baxımından çox önəmlidir.
Əminliklə deyə bilərik ki, Türkiyənin beynəlxalq arenada
tutduğu mövqe müstəqil türk dövlətlərinə nisbətən daha genişdir.
Bu isə Türkiyənin uzunmüddətli təcrübəsindən, dünya miqyasında
əhəmiyyətli yer tutmasından irəli gəlir. Osmanlı dövləti dağıldıq-
dan sonra öz müstəqilliyini qoruyub saxlaya bilən, uzun müddət
dünya xəritəsində yeganə türk dövləti olan Türkiyə Cumhuriyyəti
regional inteqrasiyanın təşəbbüskarı kimi çıxış edir. 1991-ci ildə
SSRİ-nin əsarətindən xilas olmuş türk dövlətləri də istər iqtisadi,
istər siyasi baxımdan Türkiyənin təcrübəsindən yararlanmaqda
maraqlıdırlar. Bu mənada TÜRKSOY və TÜRKPA kimi təşkilat-
ların fəaliyyəti diqqətəlayiqdir. Xüsusilə Azərbaycan Türkiyə ilə
münasibətlərin önəmini vurğulayır. Məhz bu münasibətlər illərin
sınağından keçib bugünkü günümüzə qədər inkişaf edir. Hər za-
man Türkiyə və Azərbaycan bir-birinə dəstəkdir. Bu isə iki dövlə-
tin bir-birinə bağlılığının təməlidir. Hər zaman qürurla deyə bilə-
rik: “Biz iki dövlət bir millətik”.
ƏDƏBİYYAT
1. Rza İbadov. Avropa İttifaqının əsasları.
2. Faruk Sonmezoğlu. XXI yüzyılda Türk dış politikasının analizi.
İstanbul, 2012
3. Ipək yoluna və türk dünyasının birliyinə həsr
olunan beynəlxalq
konfrans – www.bizimyol.info
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
31
4. Əhməd Şahidov. Türk dövlətlərinin
beynəlxalq təşkilatlarda
təmsil olunması. - www.shadidov.com
______________________
Aygün ABDULLAYEVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, tarix müəllimliyi ixtisası,
II kurs tələbəsi
E-mail: aygun.abdullayeva.1997@mail.ru
AB-NİN TÜRKİYƏYƏ MÜNASİBƏTDƏ
“İKİLİ STANDARTLAR” YANAŞMASI
Elmi rəhbər:
Sevinc RUINTƏN
Bakı dövlət
Universitetinin dosenti
Açar sözlər: Türkiyə, Almaniya, İngiltərə, ikili standart, beynəl-
xalq təşkilatlarda əməkdaşlıq
İkili standart münasibətlər nədir? İnsanlar və insan qrupları
arasında ayrıseçkilik etmək, eyni məsələdə müxtəlif və ya eyni
prinsiplərlə baxmamaqdır. Geniş mənada desək, xalqlara, dövlətlə-
rə, irqlərə, dinlərə və digər insan topluluqlarına fərqli yanaşmaq, tə-
rəfkeşlik etmək (öz mənafeyi cəhətdən), haqqı və ədaləti birinin
xeyrinə, digərinin əleyhinə həll etməkdir. Məsələn, ABŞ-ın İsrailə
və Fələstinə, Azərbaycana və Ermənistana münasibətini göstərmək
yetərlidir.Ümumiyyətlə bir dövlətin digər iki dövlətə qarsı qərəzli
yanaşması ikili standartların ən çox müzakirə edilən və ağrılı tərə-
fidir.
Türkiyənin Avropa dövlətləri ilə sıx iqtisadi, siyasi əlaqələri
var. Avropa dövlələrinin Türkiyəyə münasibəti müxtəlifdir və ikili
xarakter daşıyır. Fransa ilə Türkiyə arasında həmişə ikili əlaqələr-
də müəyyən ziddiyyətlər olmuşdur. Bu əsasən Fransanın erməni
tərəfkesliyi ilə bağlıdır (məsələn, 2001-ci il). Hətta 2006-cı il 12
oktyabrda “erməni soyqırım”ını inkar edənlər cəzalandırılırdılar.
2011-ci ildə bu qərar rəsmi olaraq qəbul edildi. Bu isə Fransa ilə