Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə6/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   87

 
 
 
15 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

 
 
 
ANA 
 
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, 
Ürək süqut eləməz aldığı mətanətdən. 
Ricavü xəvfə məkan vermərəm, gər alimlər 
Min il də vəz edələr dəhşəti-qiyamətdən. 
 
Pələnglər tuta dövrüm, çəkinmərəm, haşa, 
Və ya ki vəd edələr dövləti-cahanı mənə 
Ki, bir kəsə baş əyib iczimi bəyan eləyim
Əyilmərəm, nə ki yer, versələr səmanı mənə. 
 
Yanımda gər dura cəllad əlində şəmşiri, 
Ölüm gücüylə mənə hökm edə,  – olum təslim, 
Əyilmərəm yenə, haşa! Ölüm nədir ki, onun 
Gücüylə xalqa həqiranə eyləyim təzim?! 
 
Cahanda yox elə bir qüvvə, baş əyim ona mən, 
Fəqət nə güclü, zəif bir vücud var, yahu 
Ki, hazıram yıxılıb xaki-payinə hər gün
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o? 
 
Ana! Ana!.. O adın qarşısında bir qultək 
Həmişə səcdədə olmaq mənə fəxarətdir; 
Onun əliylə bəla bəhrinə yuvarlansam, 
Yenə xəyal edərəm, bəzmi-istirahətdir. 
 
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! 
Atıl cahana  sən, ey ildırım, alış, parla! 
• O, klassik Azərbaycan dramaturgiyası 
və  klassik şeiri əsasında yetişmiş, milli 
ədəbiyyatımızın ən gözəl ənənələrini 
inkişaf etdirmiş, yeni bir dramaturgiya 
ədəbi məktəbini yaratmış şəxsiyyətdir.   
Səməd Vurğun  
CƏFƏR CABBARLI 
(1899 – 1934) 
Yada salın 
– Anaya həsr olunmuş hansı əsərləri xatırlayırsınız? 
– Bu əsərlərdə ana obrazı necə səciyyələndirilir? 
Düşünün 
– Anaya həsr olunmuş əsərlərdə ümumi cəhətlər nə ola bilər? 
Oxuda aydınlaşdırın 
– Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu 
kitablarının köməyi ilə aydınlaşdırın. 
– Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. 


 
 
16 
 
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl 
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla! 
 
Bunlar mənə əsər eylərmi? Mütləqa yox!  Yox! 
Fəqət ana! O müqəddəs adın qabağında  – 
O, pak bağrına bassın məni, desin lay-lay
Təbəssüm oynadaraq titrəyən dodağında. 
 
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, 
Uçar səmalara o, aləmi-xəyalətdə. 
Yatar, ölər bədənim, nitqdən düşər bir söz: 
– Ana… Ana… Sənə mən rahibəm itaətdə!.. 
 
 
 
1.  Müəllimin oxusunu və izahını diqqətlə izləyin. Tanış olmayan sözlərin mətnə müvafiq mənasının 
aydınlaşdırılmasında fəal iştirak edin. 
2.  Dörd qrup yaradın. Hər qrup iki bəndin üzərində işləməklə məzmununu ətraflı öyrənin. 
3.  Təqdimat əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
 
• İncəsənətin digər növlərindən  –  teatr və kino sənətindən tanış olduğunuz ana obrazlarının 
müqayisəsinə həsr olunmuş məruzə mətni hazırlayın.  
 
 
• Əsərin təhlilinə hazırlaşın. 
1.  Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ordakı fikirlərdən faydalanın. 
Ədəbiyyatımızda  qüdrətli  dramaturq  kimi  tanınan  C.Cabbarlı  yaradıcılığa  müxtəlif  mövzularda 
yazdığı şeirlərlə başlamışdır. Əruz vəznində olan “Ana” şeiri maraqlı məzmununa, parlaq ideyasına və 
bənzərsiz bədii xüsusiyyətlərinə görə oxucuların böyük rəğbətini qazanmışdır. Şeirdə diqqəti ilk cəlb 
edən  lirik  qəhrəmanın  coşqun  hisləri,  emosionallığı  olur.  O,  oxucunu  dərindən  düşündürür  və  uzun 
müddət  unudulmur.  Əsərin  üzərində  müşahidələrinizi  davam  etdirin,  lirik  qəhrəmanın  yaddaqalan 
olmasının səbəbini, xarakterindəki mühüm cəhətləri aydınlaşdırmağa çalışın.  
Şeirin  bədii  gözəlliyini  təmin  edən  vasitələri  aşkara  çıxarmağa  çalışın.  Bədii  təsvir  və  ifadə 
vasitələrindən
 
necə istifadə olunduğuna xüsusi diqqət yetirin. 
 
 
2.  Şairin bu mövzuda əsər yazmasının səbəbini necə izah edərsiniz? 
3.  Lirik qəhrəmanın hiss və duyğuları sizdə hansı düşüncələr  yaratdı? 
4.  Lirik qəhrəmanın hislərinin səmimiliyi şeirdə uğurla ifadə edilibmi? Əgər edilibsə, müəllif buna 
necə nail olub? Cədvəldən istifadə edin.
 
Lirik qəhrəmanın keçirdiyi hislər 
Bu hisləri ifadə etmək üçün şairin istifadə etdiyi vasitələr
 
 
 
 
5.  Lirik qəhrəmanın xarakterindəki mühüm cəhətlər, sizcə, hansılardır? Əsərdən səciyyəvi  nümunələr 
seçməklə fikrinizi əsaslandırın. Cədvəldən istifadə edin. 
Lirik qəhrəmanın xarakterindəki başlıca cəhətlər 
Fikrinizi nümunələrlə əsaslandırın
 
 
 
I   d ə r s 
M ə z m u n   ü z r ə i ş
 
E v d ə   i ş  
I I   d ə r s 
T ə h l i l   ü z r ə   i ş  
 
A r a ş d ır ı n  •  F i k i r l ə ş i n   •  C a va b   v er i n 


 
 
 
17 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

6.  Şeirin təsir gücünü əhəmiyyətli dərəcədə artıran bədii vasitələr hansılardır? Fikrinizi əsərdən seç-
diyiniz nümunələrlə əsaslandırın. Cədvəldən istifadə edin. 
Şeirdə işlənmiş ən mühüm bədii vasitələr 
Şeirin bədii təsir gücünün artmasında onların rolu
 
 
 
7.  Şeirin başlıca ideyası nədir? Cədvəldən istifadə edin. 
Şeirin əsas ideyası 
Nə üçün belə düşünürsünüz?
 
 
 
 
 
• Müxtəlif mənbələrdən (kitabxana, internet və s.) topladığınız məlumat əsasında “Ədəbiyyatımızda 
ana obrazı” mövzusunda təqdimata hazırlaşın. 
 
 
1.  Ə.Xaqaninin “Ana” şeirini oxuyun (bunu fərqli formalarada yerinə yetirə bilərsiniz), tanış olmayan 
sözlərin mənasını aydınlaşdırın. 
 
 
ANA 
 
Əgər olmasaydı ana zəhməti, 
Qazana bilməzdim heç bu şöhrəti. 
Yandırmaq istərkən qəlbimdə çıraq 
Qəlbini mum etdi, sözlərini yağ. 
 
Onun ruzisilə xoş olar halım, 
Onun duasilə gülər iqbalım. 
 
Onun hər sözündən alıram qüvvət; 
Qaladır verdiyi hər bir nəsihət. 
 
 
Düşmən tənəsilə kəsilsə yolum, 
O zəif qarıdan güc alar qolum. 
 
Onun duaları olmasaydı, ah! 
Ömrüm puç olardı, yəqin, bir sabah. 
 
Onun haqqı çoxdur boynumda, bişəkk, 
Boynumda əmimin haqqı olan tək. 
 
Tərcümə edəni: M.Soltan 
 
 
2.  Kiçik qruplarda birləşərək şeirin məzmununa aid suallar tərtib edin. 
3.  Sualları və onlara hazırladığınız cavabları təqdimat əsasında müzakirə edin. 
4.  Şeirin məzmununu mənimsədiyinizə əmin olduqdan sonra ideyasını müəyyənləşdirin. 
5.  Şeiri C.Cabbarlının “Ana” əsəri ilə hansı əsaslar (əlamətlər) üzrə müqayisə edəcəyinizi müəyyənləşdirin. 
 
 
E v d ə   i ş  
I I I   d ə r s 
T ə t b i q   •  M üz a k i r ə   •   Y a r a d ı c ı  i ş  


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə