Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə4/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   87

 
 
 
11 
 
•  I  mərhələ •  
Azərbaycan Xalq Cümhuriyyətinin 
yaranmasından əsrin ortalarına qədər 
 • 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Otuz ildən artıq bir dövrü əhatə edən birinci mər-
hələnin başlanğıcı kimi Azərbaycan Xalq Cümhuriy-
yəti illərində yaranmış ədəbiyyat götürülür. 1918-ci 
il  may  ayının  28-də  Şərqdə  ilk  demokratik respub-
likanın ölkəmizdə yaranması təkcə ədəbiyyatımızda 
deyil, milli-mədəni düşüncəmizdə özünüdərkin, özü-
nəqayıdışın möhkəm təməlini qoydu. Cəmi iyirmi üç 
ay  fəaliyyət  göstərən  milli  dövlətimiz  vətənimizin 
tarixində silinməz izlər qoymuş, müstəsna rol oyna-
mışdır. Xalq Cümhuriyyəti böyük ictimai-siyasi ha-
disə  kimi  vətənimizin  sonrakı  taleyinə,  gələcək  inkişafına  əhəmiyyətli  təsir  göstərmişdir. 
Qısa  zaman  kəsiyində  bu  hakimiyyətin  həyata  keçirdiyi  tədbirlər,  reallaşdırdığı,  yaxud 
planlaşdırdığı  işlər  milli  zəmində  köklü  dəyişikliyin  nə  demək  olmasından  xəbər  verirdi. 
Azərbaycan türkcəsinin dövlət dili elan olunması, milli mətbuatın genişlənməsi, Bakı Dövlət 
Universitetinin təsis edilməsi, Azərbaycan Dövlət Teatrının, müxtəlif cəmiyyət və birliklərin 
yaranması və s. Cümhuriyyət dövründə  çoxsahəli səmərəli işin aparıldığını təsdiq edirdi. 
Cümhuriyyət dövrü ədəbiyyatı mövzu, problem baxımından fərqlənir, yeni çalarlar qa-
zanırdı. Başqa sözlə, Xalq Cümhuriyyəti ədəbiyyatda mövzu və məzmunca yeni əsərlərin 
meydana  gəlməsinə,  yeni  problemlərin  orijinal  bədii  həllinə  rəvac  verdi.  Müstəqil  Azər-
baycanın üçrəngli bayrağının mədhi, suveren milli dövlətin dəstəklənməsi, milli dövlətçilik 
ideologiyasına rəğbət və onun təbliği, torpaqlarımızın erməni qəsbkarlarından müdafiəsi və 
azad edilməsi, 31 martda Bakıda baş vermiş faciəli hadisələr, şimaldan gələn təhlükə, müs-
təqilliyin taleyi ilə bağlı narahatlıq və bir çox digər taleyüklü məsələlər həmin dövrdə yaranan 
ədəbiyyatın başlıca mövzuları idi. 
Cümhuriyyət  illərində  nəsr  və  dramaturgiya  ilə  müqayisədə  poeziya  daha  böyük  uğur 
qazanmışdı. Çevikliyi ilə seçilən, sürətlə yayılan lirik janrlar həyatda baş verənlərə dərhal 
reaksiya  vermək  imkanından  yararlanır,  coşqun  inkişaf  yolu  keçirdi.  M.Hadi,  H.Cavid, 
A.Şaiq, C.Cabbarlı, Ə.Cavad və digər sənətkarların çap etdirdikləri şeirlərdə zamanın hadi-
sələrinə həqiqi vətəndaş-şair münasibəti əksini tapırdı. Vətən uğrunda, azadlıq yolunda mü-
barizəni  əks  etdirən  əsərlər  (M.Hadi.  “Əsgərlərimizə,  könüllülərimizə”,  “Məfkureyi-aliyə-
miz”, A.Şaiq. “Marş”, “Vətənin yanıq səsi”, Ə.Cavad. “Bismillah” və s.) oxucuların diqqətini 
dərhal cəlb edir, sürətlə yayılır, oxunur və sevilirdi. 
ƏN YENİ DÖVR 
AZƏRBAYCAN ƏDƏBİYYATI 
 
I mərhələ 
AZƏRBAYCAN  XALQ 
CÜMHURİYYƏTİNİN 
YARANMASINDAN ƏSRİN 
ORTALARINA QƏDƏR 
1
Milli-mədəni dirçəliş və
Azərbaycan Xalq 
Cümhuriyyəti  
dövründə ədəbiyyat 
(1918 – 1920)
 
••• 

••• 


 
 
12 
 
Cümhuriyyət dövrünün gerçəkliyini əks etdirən nəsr nümunələri kəmiyyətcə çox deyildir. 
Bu, ilk növbədə janrın özünün təbiətindən irəli gəlir. Ən kiçik hekayənin yazılması belə həyat 
hadisələrini dərindən öyrənməyi, uzunmüddətli müşahidələr aparmağı tələb edir. Bunu da 
unutmaq olmaz ki, qısa bir zaman kəsiyində – iyirmi üç ayda Cümhuriyyət dövrü ədəbiyyatı 
bütünlüklə durulaşmış, aydın, nəzəri cəhətdən əsaslandırılmış inkişaf yolu tuta bilməzdi. Bu 
isə, təbiidir ki, həmin illərdə yaranan ədəbiyyatın məzmununa, inkişaf istiqamətinə az təsir 
etmirdi. Müxtəlif ədəbi nəsli təmsil edən yazıçıların – C.Məmmədquluzadə, Ə. Haqverdiyev, 
Y.V.Çəmənzəminli,  A.Şaiq,  C.Cabbarlı  və  başqalarının  bu  dövrdə  fərqli  mövzularda 
yaratdıqları nəsr əsərləri ədəbiyyatımızın dəyərli  nümunələri kimi qəbul edilir. Bilavasitə 
həmin dövrdə baş verən hadisələri əks etdirən nümunə kimi S.Hüseynin “İsmailiyyə” əsəri 
böyük  maraqla  qarşılanmışdır.  Ümumiyyətlə,  bu  dövrdə  yaradılmış  nəsr  əsərlərinin  çoxu 
ənənəvi mövzudadır. 
Cümhuriyyət dövründə meydana çıxmış dramatik əsərlər həm aktual mövzuda  olmaları, 
həm  də  yüksək  bədii  keyfiyyətləri  ilə  diqqəti  cəlb  edir.  C.Məmmədquluzadə,  H.Cavid, 
C.Cabbarlı kimi böyük söz ustalarının bu illərdə qələmə aldıqları əsərlər yüksək ideya-bədii 
keyfiyyətlərinə görə ədəbiyyatımızın ən yaxşı nümunələrindən hesab edilir. 
C.Məmmədquluzadənin  “Anamın  kitabı”  pyesində  milli  birlik  ideyasının  zəruriliyi  ön 
plana çəkilmiş, problemin inandırıcı bədii həlli verilmişdir. 
H.Cavidin “İblis” əsərində dövrün mühüm ictimai-siyasi qüsurları, mənəvi aşınmalar və 
bunun səbəbləri yüksək romantik-bədii boyalarla əks etdirilmişdir. 
C.Cabbarlının  Türkiyədə  baş  verən  siyasi  hadisələrə,  xüsusən  milli  azadlıq  hərəkatına 
rəğbətini əks etdirən və hələ Cümhuriyyətdən əvvəl qələmə alınan “Ədirnə fəthi”, “Trablis 
müharibəsi, yaxud Ulduz” pyesləri maraqlı süjeti, lirik-psixoloji səhnələri ilə böyük maraq 
doğurmuşdur. Dramaturqun 1918-ci ilin qanlı mart hadisələrinə həsr etdiyi “Bakı mühari-
bəsi” əsəri günümüzə çatmamışdır. 
C.Cabbarlının  Cümhuriyyət  dövrü  yaradıcılığına  aid  edilən  “Aydın”  pyesində  ədalət-
sizliyin hökm sürdüyü cəmiyyətdə şəxsiyyət azadlığının necə boğulduğu, məhvə məhkum 
olduğu təsirli boyalarla əks etdirilmişdir. 
Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda fəaliyyət göstərsə də, ölkəmizin istər so-
sial-siyasi, istərsə də ədəbi-mədəni həyatında müstəsna rol oynadı.  
 
 
 
•••
 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə